Bakıda ailəsinin 5 üzvünü baltalayaraq öldürməkdə şübhəli bilinən 25 yaşlı Əhməd Əhmədovla bağlı bəzi təfərrüatlar məlum olub.
Reportyor.info Sonxeber.az-a istinadla xəbər verir ki, Space televiziyasında yayımlanan Amil Xəlilin müəllifi olduğu “Gəl,Danış” verilişində iştirak edən ekspert bildirib ki, oğlu tərəfindən öldürülən Mehman Əhmədov 20-dən çox avtomobili taksi kimi icarəyə verib:
“Bundan sonra xeyli sayda restoranları, Rusiyada da böyük biznesi olub. Hətta əldə etdiyim məumatlara görə Mehman Əhmədovun yaşadığı binada kirayə verdiyi başqa mənzilləri də olub”.