Hava şəraiti ilə əlaqədar xəbərdarlıqların verilməsi məqsədilə dövlət investisiyası çərçivəsində xüsusi tətbiqlər üzərində iş aparılır.
Reportyor.info xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.
O bildirib ki, 2024-cü ilin ortalarına kimi əhali xüsusi proqram təminatı üzərindən xəbərdarlıqla təmin olunacaq:
“40-dan artıq iri çayda avtomatik müşahidə sistemi mövcuddur. Bəzi çaylarda 24 saat fəaliyyət göstərən müşahidə kameraları da var. Buradan alınan məlumatlar Situasiya Mərkəzinə daxil olur”.