“Edu Times Academy“ şirkəti ilə bağlı bir neçə gün əvvəl open.az saytında dərc edilən xəbərdə yanlışlığa yol verilib.
AFN xəbər verir ki, oktyabrın 26-da open.az saytında gedən “Atatürk universitetinə qəbul neçəyə başa gəlir?” başlıqlı yazıda “Edu Times Academy “ şirkətinin adı səhvən hallandırılıb.
“Edu Times Academy “ şirkətinin həmin materialda göstərilən məlumatla heç bir əlaqəsi yoxdur. Bu barədə open.az saytı da artıq təkzib məlumatı yayımlayıb.