12-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

DYP Bakıda reyd keçirib – 14 sərxoş sürücü, 3 avtoxuliqan saxlanılıb (FOTOLAR)

15 Oktyabr 2018, 17:29
Uncategorized
A A
DYP Bakıda reyd keçirib – 14 sərxoş sürücü, 3 avtoxuliqan saxlanılıb (FOTOLAR)

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyini daha da səmərəli təşkil etmək və gecə saatlarında kobud qayda pozuntuları törədən sürücülərin aşkar edilməsi istiqamətində görülən tədbirlər davam etdirilir. Bu istiqamətdə idarə əməkdaşları əməkdaşları həftə sonu paytaxtın müxəlif küçə və prospektlərində maarifləndirici və profilaktik tədbirlər keçiriblər.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, reyd zamanı xeyli sayda sərxoş sürücü aşkar olunub, yol polisinə tabe olmayan, avtoxuliqanlıq edənlərə də rast gəlinib. Keçirilən tədbirlər zamanı polisin qanuni saxlama əmrinə tabe olmayaq avtomobili saxlamaqdan imtina edən və bununla da kobud qayda pozan xanım sürücü Səbail rayonu Rəşid Behbudov küçəsində süni tıxac yaradıldıqdan sonra saxlanılıb.

Daha bir avtoxuliqanlıq hərəkətləri edən sürücü Nərimanov rayonu Həsən Əliyev küçəsində aşkar edilib. Belə ki, “Niva” və “Lexus” markalı avtomobillərin sürücüləri qarşı yola çıxaraq yüksək sürətlə hərəkət edib və digər hərəkət iştirakçılarına aşkar təhlükə yaradıblar. Yol polisi əməkdaşlarının “saxla” işarəsinə tabe olmayan sürücülər məsuliyyətdən yayınmaq üçün ayrı-ayrı istiqamətlərə gediblər. Sonda DYP əməkdaşları süni sıxlıq yaradaraq “Lexus” markalı avtomobilin sürücüsünü Ziya Bünyadov prospektində saxlamağa nail olublar.

Qeyd edək ki, avtoxuliqanlıq edən digər 90- GJ-444 dövlər qeydiyyat nişanlı “Niva”nın sürücüsünün isə saxlanılması barədə qərar çıxarılıb.

Reyd zamanı sərxoş vəziyyətdə saxlanılan sürücü Əhməd Hüseynov polisdən qaçmaq üçün maşını yolun hərəkət hissəsində saxlayaraq düşüb qaçmağa çalışsa da, saxlanılıb. Sürücü nəqliyyat vasitəsini mühafizə olunan müvəqqəti duracağa yerləşdirmək üçün avtomobilin açarlarını polislərə verməkdən boyun qaçırıb. Daha sonra tibbi müayinə zamanı onun ağır dərəcəli sərxoş olduğu üzə çıxıb.

“Mersedes” markalı avtomobili sərxoş vəziyyətdə idarə edən daha bir sürücü Zakir Rüstəmov isə Xətai rayonu Xocalı prospektində saxlanılıb. O, əvvəlcə polislərə spirtli içki qəbul etmədiyini desə də, sonradan sükan arxasına sərxoş vəziyyətdə əyləşdiyini etiraf edib.

Sərxoş vəziyyətdə saxlanılan “Prado” markalı avtomobilin sürücüsü isə əvvəlcə özünü dövlət qurumlarından birinin əməkdaşı kimi təqdim edərək məsuliyyətdən yayınmağa çalışıb. Amma polislər tərəfindən onunla profilaktik söhbətlər aparılaraq spirtli içkinin təsiri altında nəqliyyat vasitəsini idarə etməyin törədə biləcəyi ağır fəsadlar barədə məlumat verilib. Daha sonra bu sürücü barəsində də qanunamüvafiq tədbir görülüb.

“Mersedes” markalı mikroavtobusu sərxoş hala idarə edən növbəti sürücü Ziya Bünyadov prospektində saxlanılıb. Sürücü nə qədər təəccüblü olsa da, etdiyi əmələ haqq qazandırmağa çalışıb. O, içki vəziyyətdə avtomobil idarə etdiyi üçün peşman olmadığını bildirib.

Qeyd edək ki, son zamanlar bəzi sürücülər avtomobilə konstruksiya dəyişikliyi etmədən maşının yük yerinə su qabları, beton qırıntıları, sement, mərmər və digər ağır əşyalar yığırlar. Bununla da onlar avtomobilin ön hissəsinin qalxmasını, arxa hissəsinin isə aşağı düşməsini təmin edirlər. Reyd zamanı bu üsulla, yəni avtomobilin yük yerinə beton qırıntıları yığaraq görünüşü dəyişən sürücülər də aşkar edildi.

Reyd zamanı sərxoş halda nəqliyyat vasitəsini idarə edən 14, avtoxuliqanlıq edən 3, polisə tabe olmayan 2 sürücü aşkarlanıb. Digər kobud qayda pozuntularına yol verən sürücülər barəsində də müvafiq tədbirlər görülüb. Ümümilikdə, reyd zamanı 50-dən artıq sürücü saxlanılaraq inzibati qaydada cərimə edilib, bir neçəsinin barəsində toplanmış materiallar isə məhkəmələrə təqdim edilib. Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi əməkdaşları tərəfindən bu tipli maarifləndirici tədbirlər bundan sonra da davam etdiriləcək.

Əvvəlki yazı

Prezident İlham Əliyev Lerikə səfərə gedib

Sonrakı yazı

Prezident və birinci xanım “Azərxalça”nın Lənkəran filialının açılışında iştirak ediblər

“Boz kardinal”ın həmin səs yazısı yayıldı – İlk dəfə

“Boz kardinal”ın həmin səs yazısı yayıldı – İlk dəfə

12 Fevral 2026, 14:34
DTX: Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb

DTX: Ramiz Mehdiyev cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb

12 Fevral 2026, 14:33
Epşteynə bənzədildiyinə görə yaşadığı şəhərdən köçdü

Epşteynə bənzədildiyinə görə yaşadığı şəhərdən köçdü

12 Fevral 2026, 14:31
Faciəli şəkildə ölən Rəşad Əliyev “Qara polkovnik”in qohumu imiş

Faciəli şəkildə ölən Rəşad Əliyev “Qara polkovnik”in qohumu imiş

12 Fevral 2026, 14:30
DTX: Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın KTMT-yə tam üzv olacağı barədə razılıq olub

DTX: Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın KTMT-yə tam üzv olacağı barədə razılıq olub

12 Fevral 2026, 14:28
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı – VİDEO

DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı – VİDEO

12 Fevral 2026, 14:27
Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

Prezident müşavirə keçirdi – Video – Fotolar – Yenilənib

11 Fevral 2026, 17:34
“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

“Papanin hospitalı”nın rəisi işdən çıxarıldı – Yeni rəis odur

11 Fevral 2026, 16:34
“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

“Kapital Bank” müştərilərinin kartlarını kütləvi bloklayıb – maaş kartları da siyahıdadır

11 Fevral 2026, 14:25
Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

Şumaxerin qardaşı həmcinsi ilə nişanlandı

11 Fevral 2026, 13:52
“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

“Okuklu Holding” gecəqondu tikintisi aparıb…” – Qarşı TƏRƏF

11 Fevral 2026, 13:50

11 Fevral 2026, 13:49

11 Fevral 2026, 13:48
Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

Nəriman Axundzadə ABŞ-də milyonçu olacaq

11 Fevral 2026, 13:44
Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.