Son 20 ildə düyüdə ən böyük tədarük açığının qiymət artımlarını da gətirəcəyi və bu vəziyyətin idxalçı ölkələrə mənfi təsir edəcəyi gözlənilir. Türkiyədə istehlak edilən düyünün böyük hissəsi yerli istehsal hesabına qarşılanır. Lakin ekspertlər bildirirlər ki, ərzaq qiymətlərinin yüksək olması səbəbindən Pakistan, Suriya və bəzi Afrika ölkələri, o cümlədən Türkiyə mövcud vəziyyətdən mənfi təsir göstərə bilər.