Yaponiyada keçirilən G7 Sammitində liderlərə müraciət edən Beynəlxalq Enerji Agentliyinin prezidenti Fatih Birol dünyanın ən güclü liderlərinə xüsusi təqdimat edib. İştirakçı liderlər daha sonra enerji və iqlim məsələləri üzrə konsensus əldə ediblər. “Hürriyet”ə danışan Birol, “Liderlər qarşılıqlı razılaşma əsasında enerji və iqlim siyasətlərində onlara rəhbərlik etməyimizə qərar verdilər. Mən özüm və komandam adından bununla fəxr edirəm”. Liderlərə elektrikli avtomobillərdəki inkişafı da izah edən Birol, “Elektrikli yük maşınları və avtobuslar həyatımıza düşündüyümüzdən çox daha sürətli girəcək” dedi.