28-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

DÜNYANIN ƏN ZƏNGİN QADINLARI…- Milyardlara sahib olan bu qadınlar necə varlanıblar?

09 Aprel 2019, 09:18
Araşdırma
A A
DÜNYANIN ƏN ZƏNGİN QADINLARI…- Milyardlara sahib olan bu qadınlar necə varlanıblar?

“Amazon” şirkətinin sahibi Ceff Bezosla xanımı Makkenzi Tattlın boşanma xəbəri yayılanda məlum idi ki, ayrılığın rəsmiləşəcəyi təqdirdə həm də böyük pulların aqibətini müəyyənləşdirmək lazım gələcək. Boşanma baş verdi və bir neçə gün əvvəl cütlük sahib olduğu sərvəti bölüşdürdü. Razılaşmaya əsasən, Makkenziyə “Amazon” şirkətinin səhmlərinin 4 faizi (35,6 milyard) çatdı. Bu o deməkdir ki, xanım Bezos bir günün içində dünyanın ən zəngin qadınları sırasına daxil oldu. Artıq Makkenzi dünya zənginləri arasında 24-cü pillədə qərarlaşıb. Qadınlar arasında isə dünya üçüncüsüdür.

 

1. Fransuaza Bettankur-Mayers

 

Hazırda dünyanın ən zəngin qadını Fransuaza Bettankur-Mayersdir. Onun sərvəti 49,3 milyard dollardır. “Forbes”in məlumatına görə, o, dünya zənginləri arasında 15-ci sıradadır. Bu sərvət Fransuaza Bettankur-Mayersə anası Lilian Bettankurdan miras qalıb.

Lilian Bettankur məşhur kosmetika şirkəti “L’Oréal”ın sahibi olub. Hazırda şirkətin səhmlərinin 33 faizi Fransuaza Bettankur-Mayersə məxsusdur. Fransuazanın anası ilə münasibətləri yaxşı olmayıb. Ana-qız hətta 2007-ci ildə məhkəmədə çəkişib də.

Fransuaza məhkəmədə iddia etmişdi ki, anasının səhhəti getdikcə pisləşir və ətrafı bundan istifadə edərək onu maddi baxımdan istismar etməyə çalışır. Anasının ölümünə yaxın Fransuaza onunla münasibətlərini düzəltmişdi.

65 yaşlı Fransuaza Bettankur-Mayers həm də tədqiqatla məşğuldur. Onun yunan tanrıları və xristianlarla yəhudilərin əlaqələrinə dair tarixi əsərləri var.

 

2. Alis Uolton

 

Dünya zənginləri arasında 17-ci, zəngin qadınlar arasında 2-ci sırada olan Alis Uoltonun sərvəti 44,4 milyard dollardır.

69 yaşlı Alis “Walmart” supermarketlər şəbəkəsinin qurucusu Sem Uoltonun yeganə qızıdır. İki qardaşından fərqli olaraq o, şirkətin idarəetməsində iştirak edib, eyni zamanda incəsənətlə məşğul olur.

Alis Uolton həm də Arkanzasda Amerika İncəsənət Muzeyinin rəhbəridir.

 

3. Makkenzi Bezos

 

Həyat yoldaşı Ceff Bezosla boşanandan sonra dünyanın ən zəngin üçüncü qadını olan 48 yaşlı Makkenzi Bezosun sərvəti ən azı 35,6 milyard dollardır. Bu, onun “Amazon”dakı payının dəyəridir. Real sərvətinin bundan daha çox olduğu ehtimal edilir.

Ceff Bezos və Makkenzi Tattl 1993-cü ildə evləniblər. Cütlüyün üç oğlu və Çindən övladlığa götürülən qızı var. 25 illik evlilik həyatı olan cütlük hələ “Amazon”un qurulması planlaşdırılmayan dönəmlərdə tanış olublar. Həmin vaxt Ceff “D.E. Shaw” adlı sərmayə şirkətinin vitse-prezidenti idi. Makkenzi isə orada analitik kimi fəaliyyət göstərirdi.

Əslən Kaliforniyadan olan Makkenzi “Amazon”un ilk əməkdaşlarındandır. Eyni zamanda yazıçılıqla məşğul olan Makkenzi 2 roman müəllifidir.

 

4. Jaklin Mars

 

23,9 milyard dollarlıq varidata sahib olan Jaklin Mars dünyanın ən zəgin qadınları arasında 4-cü, dünya zənginləri arasında isə 33-cü yerdədir.

79 yaşlı Jaklin məşhur “Mars” (şokolad və ev heyvanları üçün yem istehsal edir) şirkətinin səhmlərinin üçdə birinə sahibdir. Şirkət 1911-ci ildə Jaklinin babası Frenk Mars tərəfindən qurulub.

Jaklin şirkətdə 20 il çalışıb və 2016-cı ilə qədər Direktorlar Şurasında təmsil olunub. Hazırda xeyriyyəçiliklə məşğul olur və Vaşinqton Milli Operası, eləcə də Vaşinqton Milli Arxivində İdarə Heyətinin üzvüdür.

 

5. Yan Hueyyan

 

Yan Hueyyan 22,1 milyard dollarlıq sərvəti ilə Çinin ən zəngin qadınıdır.

Dünyanın zəngin qadınları arasında isə beşinci sıradadır. 37 yaşlı Yan həm də planetin 42-ci ən varlı adamıdır. Dünyanın nəhəng tikinti şirkətlərindən olan “Country Garden Holdings”in səhmlərinin əksəriyyəti xanım Hueyyana məxsusdur.

ABŞ-da ali təhsil alan Yan Hueyyana şirkətin səhmlərinin 57 faizi atasından miras qalıb.

 

6. Suzan Klatten

 

Dünyanın ən zəngin 6-cı qadını olan Suzan Klattenin sərvəti 21 milyard dollardır.

Almaniya vətəndaşı olan 56 yaşlı Suzan dərman və avtomobil istehsal edən şirkətlərinin hesabına varlanıb.

Atasının ölümündən sonra “Altana” şirkətinin səhmlərinin yarısı Suzana keçib. O həm də BMW-nin səhmlərinin təqribən 50 faizinin sahibidir.

 

7. Lorin Pauell Cobs

 

Dünya zənginləri arasında 54-cü, ən zəngin qadınlar arasında 7-ci sıranı tutan Lorin Pauell Cobsun sərvəti 18,6 milyard dollardır.

Lorin “Apple”ın qurucularından olan Stiv Cobsun həyat yoldaşı olub. Ərinin ölümündən sonra Lorin 20 milyardlıq sərvətinin bir hissəsini mediaya yatırıb.

O həm də təhsildə islahatlar uğrunda mübarizə aparan, həmçinin miqrasiya qanunvericiliyi sahəsində fəaliyyət göstərən təşkilatlara yardım edir.

Tərcümə etdi: G.Hüseynova

Əvvəlki yazı

Deputat məktəbli qızın intiharından yazdı:“Savadsız direktor, ideyasız müəllim…”

Sonrakı yazı

Ərdoğan:”S-400 sistemlərinin alınması Türkiyənin suveren haqqıdır”

Maqsudovdan 400 min tələb edirlər – Həkim bu qədərinə razıdır

Maqsudovdan 400 min tələb edirlər – Həkim bu qədərinə razıdır

28 Avqust 2025, 15:51
Göyüşovun Amerika səfirliyində – Yarım milyonluq yeyintisi…

Göyüşovun Amerika səfirliyində – Yarım milyonluq yeyintisi…

28 Avqust 2025, 15:48
Putinlə imzalanan 9 noyabr bəyanatı qüvvədən düşüb – PAŞİNYAN

Putinlə imzalanan 9 noyabr bəyanatı qüvvədən düşüb – PAŞİNYAN

28 Avqust 2025, 14:49
Ramiz Mehdiyevin olduğu deyilən villaya 1 milyonluq endirim – Yenə alıcı tapılmır…

Ramiz Mehdiyevin olduğu deyilən villaya 1 milyonluq endirim – Yenə alıcı tapılmır…

28 Avqust 2025, 14:40
Muğam müsabiqəsində qalmaqal: “Biz onlara insaflı yanaşdıq” – Mələkxanım Əyyubova

Muğam müsabiqəsində qalmaqal: “Biz onlara insaflı yanaşdıq” – Mələkxanım Əyyubova

28 Avqust 2025, 14:32
“Qarabağ”ın qələbəsi 11 klubumuza sərvət qazandırdı

“Qarabağ”ın qələbəsi 11 klubumuza sərvət qazandırdı

28 Avqust 2025, 14:29
Baş İdarə Bərdədən Xankəndiyə köçürülür – Prezidentdən FƏRMAN

Baş İdarə Bərdədən Xankəndiyə köçürülür – Prezidentdən FƏRMAN

28 Avqust 2025, 14:18
Döyülən uşaqların vəziyyəti – Açıqlandı

Döyülən uşaqların vəziyyəti – Açıqlandı

28 Avqust 2025, 14:15
182 nömrəli məktəblə bağlı iddiaya CAVAB VERİLDİ

182 nömrəli məktəblə bağlı iddiaya CAVAB VERİLDİ

28 Avqust 2025, 14:12
Sabah 39 dərəcə isti olacaq

Sabah 39 dərəcə isti olacaq

28 Avqust 2025, 14:10
“Ayfon”, tozsoran, mebel – kreditlə alınan arzular problemə çevrilir

“Ayfon”, tozsoran, mebel – kreditlə alınan arzular problemə çevrilir

28 Avqust 2025, 14:07
“Rüzgarında dan sökülən, üzü gülən Kəlbəcərim”

“Rüzgarında dan sökülən, üzü gülən Kəlbəcərim”

28 Avqust 2025, 13:57
Paşinyan Rusiyaya gedəcək

Paşinyan Rusiyaya gedəcək

28 Avqust 2025, 13:49
Qaz olmayacaq

Qaz olmayacaq

25 Avqust 2025, 11:52
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı MÜHÜM XƏBƏR

25 Avqust 2025, 11:50
Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

Formula 1 yarışlarına görə viza prosedurları sadələşdirilir – Sərəncam

25 Avqust 2025, 11:46
“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

“Sədərək” ticarət mərkəzindən yanğınla bağlı – Açıqlama

25 Avqust 2025, 11:44
Şəkidə 11 yaşlı uşaq öldü

Şəkidə 11 yaşlı uşaq öldü

25 Avqust 2025, 11:41
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”

23 Avqust 2025, 12:18
Təcavüzdə ittiham olunurlar – Fotolar

Təcavüzdə ittiham olunurlar – Fotolar

23 Avqust 2025, 11:05

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.