Hərbi baxımdan ən güclü ölkələrin siyahısı açıqlanıb. “AzPolitika.info”nun məlumatına görə, “Global Fire Power” tərəfindən hazırlanan və 60 ölkənin yer aldığı siyahıda 2018-ci ilin göstəriciləri əsas götürülüb. Siyahıda dövlətlərin yeri müəyyənləşdirilərkən 50-dən çox faktor nəzərə alınıb. Bu zaman ölkənin mövcud silah potensialı ilə yanaşı, ordusunun təhciz edildiyi silahların texnoloji inkişaf səviyyəsi, silahların çeşidləri, insan gücü, ordunun sahədə uzun müddət qala bilmək, hərəkət qabiliyyəti və sair nəzərə alınıb. Sevindirici haldır ki, siyahıda Azərbaycan ordusu da yer alıb. Ermənistan ordusu isə siyahıya düşə bilməyib. Siyahıda Rusiya ordusu ABŞ-dan sonra ikinci, Türkiyə isə 8-ci sırada qərarlaşıb. Çin 3-cü, Hindistan, Fransa, İngiltərə və Yaponiya isə ardıcıl olaraq 4, 5, 6 və 7-ci pillədə yer alıblar. Türk ordusu gücünə görə Almaniya, Misir, İtaliya və Cənubi Koreyanı geridə qoyub. Reportyor.info həmin siyahını təqdim edir:
