Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 446 mindən çox artıb.
Reportyor.info xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 446 872 nəfər yeni koronavirusa yoluxub, 9 332 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 117 799 584, ölənlərin isə 2 615 018 nəfərə çatıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.