“Cəmi altı həftə əvvəl ÜST Böyük Britaniyadan kənara səyahət etməyən insanlar arasında meymunçiçəyi xəstəliyinə üç yoluxma halından ibarət klaster barədə bildiriş alıb. O vaxtdan bəri Nigeriya da daxil olmaqla 48 ölkədən ÜST-ə 3200-dən çox təsdiqlənmiş meymunçiçəyinə yoluxma və bir ölüm hadisəsi barədə məlumatlar gəlib”, – baş direktor deyib.
Onun sözlərinə görə, virusun insandan insana ötürülməsinin miqyası lazımi səviyyədə qiymətləndirilməyib.