Dünyada yeni növ koronavirusa yoluxanların sayı 16 milyon nəfəri ötüb.
Reportyor.info xəbər verir ki, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.
Bu gün saat 08.00-a dünyada 16 milyon 46 min 986 nəfər COVİD-19-a yoluxub, 644 min 528 nəfər həyatını itirib. Virusa yoluxanlarda 9 milyon 262 min 520 nəfər sağalıb.
Qeyd edilir ki, ən çox yoluxma halları ABŞ-da (4 178 021), Braziliyada (2 394 513) və Hindistanda (1 385 635) qeydə alınıb.




















