07-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Dünya mediası İmamoğlunun əzici qələbəsini müzakirə edir

24 İyun 2019, 14:24
Manşet
A A
Dünya mediası İmamoğlunun əzici qələbəsini müzakirə edir

İstanbul seçki komissiyası bu şəhərdə dünən keçirilən təkrar bələdiyyə başqanı seçkilərinin rəsmi olmayan yekun nəticələrini açıqlayıb. Bu nəticələrə əsasən 9 milyona yaxın seçicinin səs verdiyi seçkilərdə CHP-İYİ partiya ittifaqının namizədi Əkrəm İmamoğlu 4 milyon 742 minə yaxın səs alıb. Onun əsas rəqibi Binəli Yıldırımdan 806 min  415 səs çox topladığı açıqlanıb. 178 minə yaxın səs etibarsız hesab edilib.

Əkrəm İmamoğlunun təkrar seçkilərdə AKP-MHP ittifaqının namizədini bu cür əzici üstünlüklə məğlub etməsi beynəlxalq mediada geniş rezonans yaradıb.

“ The New York Times” qəzeti bu hadisəni “Təkrar sekilərdə Türkiyə prezidentinin acınacaqlı məğlubiyyəti” başlığı ilə çatdırıb. Qəzet yazıb ki, Ərdoğan ötən bazar günü siyasi karyerasının ən ağır məğlubiyyəti ilə üzləşib. İstanbulda məğlub olmaqla Ərdoğanın imici və prestiji zərbə alıb, üstəlik bu seçkilər onun üçün “bəzi praktik nəticələr” doğura bilər.

“The Guardian” qəzeti də İstanbul seçkilərinin nəticələrinin “Ərdoğan üçün böyük zərbə” olduğunu qeyd edir. Qəzet yazır ki, seçicilər dini, sinfi və etnik fərqliliklər arasında körpü quran CHP kampaniyasını mənimsəyib.

“Bu, bir çoxlarının demokratiya sahəsində geriləmələrə görə qorxduğu ölkədə cığır açan qələbədir. İmamoğlunun martın 31-də cüzi fərqlə, sürpriz şəkildə əldə etdiyi qələbəni geri çevirmək üçün təkrarlanan seçkilər həm Türkiyənin demokratik təsisatları, həm Ərdoğanın siyasi gələcəyi üçün misli görünməmiş bir sınaq oldu”,-qəzet belə yazır.

CNN kanalının reportajında isə deyilir ki, İstanbul seçkiləri Ərdoğanın Türkiyədəki hakimiyyətində “sürüşmə meyllərini” ortaya çıxarıb. Əkrəm İmamoğlu dəyişiklik, ümid və yeni başlanğıc vəd edib, onun “Hər şey gözəl olacaq” şüarı Türkiyədə dillər əzbəri olub. Habelə İmamoğlunun qələbəsi Türkiyənin yorğun müxalifətini canlandırıb.

“Daily Mail” qəzeti isə İstanbul seçkiləri barədə geniş məqaləsində İmamoğlunun əzici qələbəsinin “Ərdoğana zərbə” olduğunu qeyd edib. BBC isə öz reportajında qeyd edir ki, seçkinin nəticələri AKP-də ciddi parçalanmalara səbəb ola bilər. “Prezident Ərdoğan karyerasının ən ağır məğlubiyyəti ilə üzləşib. Nəticələr göstərir ki, o seçkilərin yenilənməsinə çağırmaqla böyük səhvə yol verib”,-reportajda bildirilir.

İmamoğlunun qələbəsini dünən bütün gecə boyu onun tərəfdarları həm İstanbulda, həm ölkənin digər şəhərlərində izdihamlı mitinqlərlə, yürüşlərlə qeyd ediblər. İmamoğlu nəticələrin məlum olmasından sonra CHP-nin Seyrantəpə rayonundakı seçki koordinasiya mərkəzindəki çıxışının ardınca Beylikdüzü rayonuna gedib. Orada onu yüz minlərlə tərəfdarı qarşılayıb. İmamoğlu izdiham qarşısında çıxışı zamanı İstanbulda demokratiyanın qalib gəldiyini bildirib.

O, seçki kampaniyası dövründə AKP və MHP-nin barəsində irəli sürdüyü “İmamoğlu FETÖ-nun projesidir” ittihamlarına eyhamla deyib. “Mən bir projeyəm. Mən Türkiyə cümhuriyyətinin, Atatürk cümhuriyyətinin projesiyəm. Hamınıza söz verirəm, uşaqların, gənclərin Əkrəm abisi olmağa gəlirəm. Sizlər bu şəhərdə demokratiyanı bərpa etdiniz”,-o deyib.

Əvvəlki yazı

Bakı sakini avtomobillə qətl törədib

Sonrakı yazı

Ermənilər viran qoyduqları Ağdamın ən son görüntülərini yaydılar — FOTOLAR

Paytaxtı iyrənc qoxu bürüyüb – SƏBƏB

Paytaxtı iyrənc qoxu bürüyüb – SƏBƏB

05 Avqust 2025, 18:08
AHİK endirim fırıldağı edir? – FOTO

AHİK endirim fırıldağı edir? – FOTO

05 Avqust 2025, 18:06
TBMM-də tarixi gün: “Terroruz Türkiyə” üçün komissiya işə başladı

TBMM-də tarixi gün: “Terroruz Türkiyə” üçün komissiya işə başladı

05 Avqust 2025, 18:04
Lerik Rayon İcra Hakimiyyətinin 400 minlik tenderi ləğv edildi

Lerik Rayon İcra Hakimiyyətinin 400 minlik tenderi ləğv edildi

05 Avqust 2025, 15:39
Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanıldı

Cəbrayılda yanğına səbəb olan şəxslər saxlanıldı

05 Avqust 2025, 15:36
Ana və azyaşlı övladının həyatına son qoyan səhlənkarlıq – BDYPİ-dən açıqlama

Ana və azyaşlı övladının həyatına son qoyan səhlənkarlıq – BDYPİ-dən açıqlama

05 Avqust 2025, 15:33
“Balaxanı Operating Company” LTD şirkəti cərimələndi – FOTOLAR

“Balaxanı Operating Company” LTD şirkəti cərimələndi – FOTOLAR

05 Avqust 2025, 15:31
“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin layihələri elan olunub

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin layihələri elan olunub

05 Avqust 2025, 15:27
Beynəlxalq axtarışda idi – Azərbaycanda tutuldu

Beynəlxalq axtarışda idi – Azərbaycanda tutuldu

05 Avqust 2025, 15:23
“Ai-95” yanacağı ilə bağlı AÇIQLAMA – Bu gündən

“Ai-95” yanacağı ilə bağlı AÇIQLAMA – Bu gündən

05 Avqust 2025, 13:38
Məşhur müğənninin qardaşı “Qocalar evi”nə yerləşdirildi – FOTO

Məşhur müğənninin qardaşı “Qocalar evi”nə yerləşdirildi – FOTO

05 Avqust 2025, 13:34
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

05 Avqust 2025, 13:06
Zaur Mikayılovdan rekord – 8 aya 21 milyonluq 41 tender

Zaur Mikayılovdan rekord – 8 aya 21 milyonluq 41 tender

05 Avqust 2025, 13:04
Bakı-Tbilisi-Bakı reysi üzrə qiymətlər artıb? – Rəsmi

Bakı-Tbilisi-Bakı reysi üzrə qiymətlər artıb? – Rəsmi

05 Avqust 2025, 12:59
Turist avtobusu yandı – 43 turist təxliyə edildi

Turist avtobusu yandı – 43 turist təxliyə edildi

05 Avqust 2025, 12:58
Prezident təsdiqlədi – Bu evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşdi

Prezident təsdiqlədi – Bu evlərin əvəzinə yenisinin tikilməsi qaydası müəyyənləşdi

04 Avqust 2025, 18:01
Sabah 41 dərəcə isti olacaq

Sabah 41 dərəcə isti olacaq

04 Avqust 2025, 12:33
BDYP-dən piyadalara çağırış

BDYP-dən piyadalara çağırış

04 Avqust 2025, 11:58
Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

Təmir bu avtobuslarda nasazlığa səbəb olub – RƏSMİ CAVAB

04 Avqust 2025, 11:56
“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

“CineMastercard”da Milli Kino Günü: Azərbaycan filmləri endirimdə!

04 Avqust 2025, 11:46

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.