11-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Dünya Azərbaycanlılarının həmrəyliyi Qələbə ilə yekunlaşdı

26 Aprel 2022, 16:23
Cəmiyyət
A A
Dünya Azərbaycanlılarının həmrəyliyi Qələbə ilə yekunlaşdı

“Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlıların birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”.
Ümummilli Lider Heydər Əliyev
Azərbaycanın tarixi torpaqları havadarlarının dəstəyi ilə erməni qəsbkarları tərəfindən 30 il işğal altında saxlanılırdı. Bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından didərgin düşmüş, öz doğmalarını itirmişdir. Milli-mənəvi sərvətlərimiz dağıdılıb, talan edilmiş, bir çox kəndlərimiz, qəsəbələrimiz tamamilə yer üzündən silinmişdir. ATƏT-in Minsk Qrupu, demək olar ki, tamamilə fəaliyyətsiz idi. Minsk Qrupunun qəbul etdiyi bəyanatlar yalnız kağız üzərində qalırdı. Erməni tərəfi bu bəyanatlara heç bir əhəmiyyət verməyərək yeni torpaq iddiasıyla təmas nöqtələrimizi durmadan atəşə tuturdu.
Uzaqgörən siyasətçi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin komandanlığı ilə yüksək səviyyədə təlim görmüş Milli Ordunun, qəhrəman, igid vətən oğullarının sayəsində doğma vətən torpaqlarımız işğaldan azad edildi.
Bu Zəfərin qazanılmasında dünya azərbaycanlılarının da payı var idi.
Artıq Azərbaycan doğma Qarabağda, azad olunmuş Şuşada Dünya Azərbaycanlılarının Zəfər qurultayını keçirir. Dünya azərbaycanlılarının V-ci Qurultayının Zəfər Qurultayı adlandırılması da təsadüfi deyildir. Tarixi zəfərimizdən sonra bu ilk qurultaydır ki, dünya azərbaycanlıları doğma vətənlərinə toplaşır. Bu qurultayın isə məhz Şuşada keçirilməsi olduqca qürurvericidir.
Sevimli Şuşa da qucağını açaraq illərlə görmədiyi doğmalarını ilıq hava ilə, hərarətlə, gül-çiçəklə qarşılayırdı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Dünya Azərbaycanlılarının həmrəyliyi Qələbə ilə yekunlaşdı. Həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, həm də dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq. Hər birimiz hər gün öz əməyimizlə, işimizlə, hərə öz yerində bu Qələbə gününü yaxınlaşdırdıq. Torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə yox idi”.
30 il gedən mənasız danışıqlara, kağız üzərində qalan bəyanatlara, qərarlara Azərbaycan 44 günlük müharibədə öz möhtəşəm Zəfəri ilə son qoydu. Beynəlxalq təşkilatların edə bilmədiyi və yaxud etmək istəmədiyi ədaləti bərpa etdi. Haqq öz yerini tutdu. Azərbaycan xalqı öz torpaqlarına sahib çıxdı. Beynəlxalq təşkilatlar Azərbaycan xalqını bu acı vəziyyətlə barışdırmaq üçün olduqca böyük səy göstərdi. Lakin bütün bu təziqlərə, haqsızlıqlara baxmayaraq, bu müddət ərzində xalqımız heç vaxt işğalla barışmaq fikrində olmayıb. Odur ki, Azərbaycan yalnız işğalçı Ermənistanla deyil, eyni zamanda onun himayədarları ilə də müharibə aparıb.
Ali Baş Komandanımızın 2020-ci il sentyabr ayının 27-də xalqa müraciəti-çağırışı ilə bütün mərd, vətənpərvər Azərbaycan xalqı ayağa qalxaraq canını vətən üçün fəda etməyə hazır olduğunu bildirdi. Vətənpərvərlik ruhunda yetişən gənclərimiz vətən üçün şəhid olmağı özlərinə şərəf bilirdilər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı olmalıdırlar. Heç olmasa, ildə bir dəfə hər bir azərbaycanlı öz ailəsi ilə Azərbaycana gəlsə, çox yaxşı olar – xüsusilə azad edilmiş torpaqlara getmək üçün. Azad edilmiş ərazilər on min kvadratmetrdən çoxdur və indi marşrutlar da açılır, aeroportlar da tikilir. Ona görə gediş-gəliş çox rahat olacaq”.
Azad edilmiş torpaqlarımızda bu gün qlobal işlər gedir. Yollar, tunellər çəkilir, binalar, evlər tikilir, bu yerlərdən qaçqın, köçkün düşmüş soydaşlarımızın öz doğma dədə-baba yurdlarında rahat yaşamaları üçün hər bir şərait yaradılır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “İşğaldan azad olunmuş bütün ərazilər erməni vandalizminin canlı şahididirlər. Şuşada bir dənə də salamat tarixi bina qalmamışdır. Ermənilər 17 bulağın 17-sini də qurutmuşdular, məscidlərimizi təhqir etmişdilər, sökmüşdülər, saraylarımızı sökmüşdülər. Təkcə Şuşa yox, bütün digər şəhərlər də eyni vəziyyətdədir. Tamamilə dağıdılmış Ağdamı xarici ekspetlər, jurnalistlər Xirosimaya bənzədirlər. İşğalçılar qəbirləri qazırdılar, ölülərin qızıl dişlərini çıxardırdılar. Ermənistan və erməni xalqı bu vəhşiliyə görə dünya miqyasında rəzil oldu. Biz təkcə işğalçını yox, faşizmi məhv etdik”.
Müharibədən əvvəlki dövrdə və müharibə vaxtı Azərbaycan Prezidenti dəfələrlə xarici mətbuatlara müsahibə verdi. Öz çıxışlarında cənab Prezidentimiz həqiqəti bütün dünyaya çatdırdı.
Xalqımız bundan sonra da susmamalı, daim haqq səsini ucaltmalıdır. Bu haqq səsimizi bütün dünyaya çatdırmaq üçün dünya azərbaycanlıları da olduqca fəal olmalıdır. Düşmən çox hiyləgər və məkrlidir, odur ki, belə qonşu ilə həmişə ayıq-sayıq olmalıyıq.
Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru

Əvvəlki yazı

“Ramiz Mehdiyev türk düşmənidir” – Hulusi Kılıçdan şok

Sonrakı yazı

Ramazanın 26-cı gününün duası – İmsak və iftar vaxtı

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32
Sevdadan yeni mahnı – FOTO- VİDEO

Sevdadan yeni mahnı – FOTO- VİDEO

09 Sentyabr 2025, 13:31
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

09 Sentyabr 2025, 13:30
Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

09 Sentyabr 2025, 13:29

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.