Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraqqərara alıram:
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:
general-mayor ali hərbi rütbəsi
polkovnik Rəşad Firidun oğlu Həmzəyevə
polkovnik İmran Surxay oğlu Tağı-zadəyə
ədliyyə general-mayoru ali hərbi rütbəsi
ədliyyə polkovniki Həsən İsa oğlu Mansurova.