19-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Dövlətin ayırdığı şəraitə xəyanət edənlərdi” – Müsahibə

16 Oktyabr 2018, 16:05
Cəmiyyət
A A
“Dövlətin ayırdığı şəraitə xəyanət edənlərdi” – Müsahibə

Azərbaycan millisi Maltaya qarşı 2 xal itirdi, yoxsa 1 xal qazandı? Sualın cavabını müasir dövrdə “cırtdan” ölkələrin də futbolu öyrənməsi” fonunda axtarsaq, onda nə itkini, nə də qazancı çox şişirtmək əhəmiyyət daşıyır. İnkişafın çevrəsi və sürəti artıbsa, o zaman müasir tələblərə uyğunlaşmağın yollarını mənimsəmək, səhih tətbiq etmək lazımdır. Son oyun və digər məsələlər ətrafında Ağasəlim Mircavadovla söhbətləşdik.

– Malta ilə oyuna baxdınız?

– Baxmışam. Bizim komanda heç-heçəyə layiq deyildi. İki oyuna bəs eləyəcək qədər qol vəziyyəti yaradan komandaya “pis oynadı” demək olmaz. Mən bizimkilərin həddən artıq canfəşanlıq elədiyinə, rəqibinsə xal qazanmaq üçün alışıb-yandığına görə vəziyyətin belə olduğunu düşünürəm.

– Taktiki yanaşma və start heyəti barədə təəssüratınızı bilmək istərdik.

– Heç vaxt məşqçinin taktikasına qarışmıram, fikir bildirmək də istəmirəm.

– Ancaq bu sualı məhz sizə verməyimiz təsadüf deyil. Ona görə ki, siz aidiyyatı komitədə təmsil olunursuz, bundan başqa, yerli məşqçilər arasında ən təcrübəli – ağsaqqal sayılırsız. Odur ki, istənilən çalışdırıcının səhvləri və doğrularını açıq demək ixtiyarınız var. Bu, həm də vacibdir. İctimai fikrin doğru yönəlməsi, peşəkar fikriylə tanış olmaları üçün.

– Əvvəlcə bir fikri qəbul etməliyik ki, Qurban Qurbanov özünü məşqçi kimi sübuta yetirmiş adamdı. Onun müasir futboldan bilgiləri hamımızdan çoxdur. Mən onun yanaşmasını, işini çox bəyənirəm. Malta qarşılaşmasına taktiki cəhətdən yanaşmasına gəlincə, start heyət də, taktiki düzülüş də məntiqli idi. Sadəcə, uşaqlar hələ komanda ola bilməyiblər. Budur problem. Bəzisinin  hazırlığı istənilən səviyyədə deyil, bəzisi yeni sistemdə özünü hələ tam rahat hiss etmir. Ona görə də əlimizə düşən şansları dəyərləndirməkdə çətinlik çəkdik. Son oyunlar göstərir ki, millidə yeni dəst-xətt formalaşmaqdadı və belə getsə, nəticələr də yaxşılaşacaq.

– İctimaiyyətdə aqressiya var.

– Başa düşürəm. İnsanlar baxır ki, Farer adaları, Malta – bu ölkələr futbolda bizdən güclü deyillər. Ancaq elə deyil. Kiçik ölkələr son illər əməlli-başlı inkişaf ediblər. İndi 5 il əvvəlki Malta deyil, çox artırıblar. Bunu nəzərə almaq lazımdır. Bizdə də inkişaf gedib. Ancaq klub səviyyəsində nəticələrin milli səviyyəsində də tələb edilməsi doğru deyil. Milli komanda hansısa klub deyil ki, istədiyin mövqeyə istədiyin oyunçunu götürəsən.

– Mahir Mədətov…

– Bilirəm nəyi soruşacaqsınız. Mahir çox perspektivli, istedadlı oyunçudur. İnsanlar çox dərinə getməməlidir. Bu oyunçuların psixoloji hazırlığını təmin eləmək lazımdır, yaxşı olacaq. Mahir son oyunda xeyli çalışdı. Qol ötürməsi vermək elə-belə bir şey deyil. Rəqib müdafiədə sıx oynadığı üçün Mahirə çətinlik oldu. Fikir verdinizsə, nə ki Mahir, Farerdə daha yaxşı çıxış eləyən Nazarov da, Rüfət də o qədər fəal ola bilmədilər. Rəqib sıx oynayırdı.

– Millinin nəticələrinin yaxşılaşması üçün ən vacib nəyə əməl edilməlidir?

– Zamana. Ən əvvəl zamana buraxmaq, diqqətlə izləmək lazımdır. Klublarla sıx iş qurulmalıdır. Milli üçün perspektivi olan oyunçulara həmişə şans verilməlidir. Paralel olaraq aşağı yaş qruplarında çatışmazlıqlar aradan qaldırılmalıdır. Ən əsas işi aşağı yaşlılarla görmək lazımdır.

– Və aşağı yaş liqalarında durum ağırdı…

– Bunun çarəsini tapmaq gərəkdir. Futbolda maliyyə problemi yoxdur. İstənilən işi görməkçün istənilən pul ayrılır, dövlətin qayğısı yüksək səviyyədədir.  Qalır işi düzgün qurmaq.

– Düzgün qurulmursa?

– Bilirsiz, indi elə zamandır ki, yaxşı nəticələrçün hamı birləşməlidir.

– Birləşmirsə?

– Onda futbolun düşmənidir elələri. Dövlətin ayırdığı şəraitə xəyanət edənlərdi.

– İslahat prosesi varmı?

– Var. Məşqçilər vahid sistemdə çalışır. Məncə, Qurbangil neylədiyini yaxşı bilirlər. Sadəcə, onlara vaxt verilməlidir.

– AFFA 6 illik müqavilə bağlayıb. Bu da vaxt.

– Mən insanları, cəmiyyəti nəzərdə tuturam.

– Ağasəlim müəllim, bu gedişatla fərqli nəsə görəcəyikmi?

– Mən inanıram. Əvvəldə də dedim, belə davam eləsə, yaxşı olacaq.

Elçin CƏLİLOV
Futbolpress.az

Əvvəlki yazı

Spiker: “Kofe, çay yerini bağlamalı olacağıq”

Sonrakı yazı

“ŞIĞORTA MAMED” ŞƏHİD AİLƏLƏRİNİN HAQQINI NİYƏ VERMİR? – Deputatlardan “Azərsığorta”ya ittihamlar

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.