06-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Dövlət qurumlarının “Pilot-16”-ya gücü çatmır – VİDEO

30 İyul 2024, 15:09
Sosial
A A
Dövlət qurumlarının “Pilot-16”-ya gücü çatmır – VİDEO

Nəsimi Rayon İcra Hakimiyyətindən (RİH) Pravda.az-a bildirilib ki, sözügedən ərazinin çox hissəsi boşaldılmış və hal-hazırda ərazidə bir binanın tikinti işləri davam etdirilir.

 

“Digər binaların bünövrəsinin təməli qoyulmuş. Sözügedən hissə isə təhlükəsizlik və tikinti norma-qaydalarına riayət olunması məqsədilə bağlanmışdır. Eyni zamanda həmin ərazidə alternativ yollar mövcuddur. Xahiş edirik nəzərə alasınız”, – məlumatda qeyd edilib.

 

***

2024-07-27 09:31

 

“”Nəsimi rayonu Novruzov qardaşları küçəsində(“Papanin” deyilən ərazi) “Elevan Park” yaşayış kompleksi inşa edən “Pilot-16” şirkəti nə qanunlara, nə dövlət qurumlarının tələblərinə, nə də vətəndaşların şikayətlərinə məhəl qoymur. Şirkətin qanunsuz əməlləri ilə bağlı bütün dövlət qurumlarına edilən müraciətlərə və onların da müvafiq tələblərinə baxmayaraq, “Pilot-16″ şirkəti ərazidə yaşayan sakinlərə divan tutmağa davam edir”. Bu sözləri Editor.az-a açıqlamasında ərazidə yaşayan sakinlər deyiblər. Onun sözlərinə görə, şirkət gecənin gec saatlarında, istirahət günlərində səhər çox erkən saatlarda onlarla ailənin yaşadığı ərazidə ağır tikinti, betonlama işlərini davam etdirir: “Bu şirkətin əlindən gecə evimizdə yata bilmirik. Traktor daimi tikinti meydançasında olmasına baxmayaraq, sanki sakinlərə işgəncə vermək üçün gecə saatlarında traktor yer qazmaqla məşğuldur. Bu zamanda yaranan dəhşətli və vahiməli səs-küydən bütün ərazi lərzəyə gəlir. İsti yay ayları olduğu üçün evin pəncələrini açmaq zərurəti yaranıb. Lakin yaranmış dəhşətli səs-küydən nəinki yatmaq, hətta bizi evimizin də başımıza uçacağını gözləyirik. Evdə yuxusuzluqdan yaşlıların, körpələrin, səhər erkən saatlarda işə getməli olan hər kəsin həyat ritmi məhv olub və səhhətində ciddi problemlər yaranıb.

 

Bundan başqa gecə saatlarında tikinti işləri aparan fəhlələrin bir-biri ilə yüksək səslə, söyüşlə, ağır ifadələrlə danışması qəbuledilməz vəziyyət yaradıb. Sanki bu şirkət məqsədli şəkildə bizi təxribata çəkir.

 

Ümumiyyətlə, evlərimizin cəmi 5-10 metrliyində bu hündürmərtəbli bina tikildikdən sonra gün işığına həsrət qalmışıq. Binada işləyən fəhlələlər hündürlükdən düz evlərin içinə baxır və yüksək səslə söyüşlə danışırlar.

 

Bu səbəbdən isti yay aylarında və ümumiyyətlə pəncərələrimiz daima bağlı və pərdəlidir.

 

Ərazi əsl xarabalığı xatırladır. Bütün ərazi zibilliyə, tikinti materiallarının məzarlığına çevrilib. Ərazidə antisanitar vəziyyət isti yay günlərində dəhşətli həddə çatıb. Hər yeri üfunət iyi bürüyüb. “Yaşıl Dünya naminə həmrəylik ili”ndə qlobal COP-29 tədbiri keçirən şəhərimizə belə dəhşətli vəziyyət yaraşmır”.

 

Sakinlər qeyd edirlər ki, şirkətin quraşdırdığı ağır kranının altından hər gün ölüm qorxusu ilə keçməyə davam edirlər: Bununla yanaşı düzgün təşkil edilməyən tikinti meydançasından hər gün müxtəlif ağır tikinti materialları vətəndaşların, evlərin və avtomobillərin üzərinə tökülür: “Bir neçə dəfə zərərçəkənlər olub. Şirkət isə vətəndaşların həyatını görməzdən gəlir”.

 

“Papanin” sakinləri bildirirlər ki, son 6 ayda “Pilot-16” MMC tərəfindən yeni yaşayış kompleksinin tikildiyi ərazidə bunların hər birindən daha təhlükəli və qəribə hadisələr yaşanır. Son aylarda qeyd olunan ərazilərdə “Pilot-16″ MMC ilə danışıqlar zamanı şirkət tərəfindən təklif olunan qeyri-adekvat təkliflərlə razılaşmayaraq evlərini tərk etməyən bir neçə sakinin mənzilində və ya bu evlərə bitişik sökülməkdə olan tikililərdə müəmmalı şəkildə yanğınlar baş verib. Son 6 ayda 4 belə hal qeydə alınıb. Bu müəmmalı yanğınların konkret kim tərəfindən törədildiyi ilə bağlı əlimizdə hər hansı sübut və konkret dəlil yoxdur.

 

Ancaq yanğınların şirkətlə razılaşmayan mənzillərdə və ya bu evlərə bitişik sökülməkdə olan tikililərdə baş verməsi hər kəsdə, o cümlədən şirkətin qeyri-adekvat təklifləri ilə razılaşmayan bir ailə olaraq bizdə ciddi narahatçılıq yaradır.

 

Ərazidə evlərin bir-birinə bitişik olması səbəbindən yanğının sürətlə yayılmaq ehtimalı bütün sakinlərdə ciddi qorxu və narahatçılıq yaradıb. Evimizdə bu təhlükə səbəbindən gecə yatmır və növbə çəkirik. Həyatımıza ciddi təhlükə hiss edirik. Bununla bağlı bütün hüquq-mühafizə orqanlarına müraciət etmişik”.

 

“Papanin” sakinləri qeyd edir ki, son olaraq isə şirkət Novruzov qardaşları küçəsində sakinlərin və avtomobillərin istifadə etdiyi işlək yolu bağlayaraq, vətəndaşları faktiki mühasirəyə salıb: “Pilot-16″ və onun rəhbəri Aslan Quliyevin dövlət qurumlarına və vətəndaşlara hörmətsizliyinin kökündə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov tərəfindən himayə edilməsi dayanır. Müraciət etdiyimiz qurumlar şikayətlərimizə reaksiya verib, müvafiq addımlar atıblar. Ancaq heç bir nəticə yoxdur. Şirkət öz qanunsuz və insanlıqdan kənar əməllərinə davam edir. İcra başçısı Asif Əsgərov şirkətin bütün qanunsuz əməllərinə göz yumur”.

 

 

Əvvəlki yazı

Rus ordusu bu şəhərə daxil olub – Ağır döyüşlər gedir

Sonrakı yazı

Qoşqar Təhməzlinin qardaşı bu qurumdan narazıdır

Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11
Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

Xaçmazda qatarla avtomobil toqquşdu – 22 yaşlı sürücü öldü – Yenilənib – Video

05 Fevral 2026, 15:10
Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

Aqşin Fatehin restoranında saxta içkilər satılırmış – Fotolar

05 Fevral 2026, 14:21
Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

Ağcabədidə 7 yaşlı uşaq bıçaqlandı

05 Fevral 2026, 14:19
TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

TƏCİLİ! “Karqo Şamil”in nümayəndəsi bina sakinini təhqir etdi

05 Fevral 2026, 14:18
26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü – Foto

05 Fevral 2026, 13:48
AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026, 11:21

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.