11-05-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Dövlət komitəsindən Reportyor-un araşdırmasına reaksiya

22 Avqust 2023, 15:31
Cəmiyyət, Manşet
A A
Dövlət komitəsindən Reportyor-un araşdırmasına reaksiya

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Reportyor.info-nun qurumun 3 il ərzində keçirdiyi satınalma müsabiqələri ilə bağlı araşdırma materialına rekasiya verib.

Reportyor.info bu məsələdə heç bir qərəz güdmədiyi və obyektivliyə üstünlük verdiyi üçün Komitənin açıqlamasını olduğu kimi oxucuların diqqətinə çatdırır:
“15.08.2023-cü il tarixində bəzi media resurslarında AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin büdcəsinin icrası ilə bağlı həqiqətə uyğun olmayan məlumat yayılmışdır.
Məlumatda Dövlət Komitəsi tərəfindən dövlət satınalmalarına ayrılan maliyyə vəsaiti ilə bağlı onun üçillik büdcə vəsaitini aşan şişirdilmiş rəqəmlər göstərilmiş və əsassız ittihamlar yer almışdır. Bu cür məlumatların ictimaiyyətdə çaşqınlıq yarada biləcəyini nəzərə alaraq aşağıdakıları bildiririk:
Nəzərə alınmalıdır ki, Dövlət Komitəsi dövlət büdcəsindən maliyyələşən təşkilat olaraq “Büdcə sistemi haqqında” AR Qanununa əsasən hər il maliyyə vəsaitlərinin hərəkətinə və istifadəsinə dair məlumatları AR Maliyyə Nazirliyinə və AR Hesablama Palatasına təqdim edir.
Əlavə olaraq bildiririk ki, 2020-ci ildə Covid-19 pandemiyası səbəbindən Dövlət Komitəsi tərəfindən maliyyə tutumlu tədbirlərin sayı məhdud olmuşdur. 2021-ci ildə 432462 (dörd yüz otuz iki min dörd yüz altmış iki), 2022- ci ildə 999198 (doqquz yüz doxsan doqquz min yüz doxsan səkkiz) və 2023–cü ildə 3313054 (üç milyon üç yüz on üç min əlli dörd) manat vəsait müqabilində tədbirlərin təşkili üzrə müqavilələr bağlanılmış və öhdəliklər yerinə yetirilmişdir.
Qeyd edilməlidir ki, həyata keçirilən tədbirlər Dövlət Komitəsinin illik fəaliyyət planına əsasən, ölkə rəhbərinin imzaladığı dövlət proqramları və milli fəaliyyət planları çərçivəsində Komitənin üzərinə düşən vəzifələrin yerinə yetirilməsi ilə bağlı olur. Həmçinin bu tədbirlər ictimaiyyət və çoxsaylı mətbuat nümayəndələrinin iştirakı ilə keçirilir və bu barədə məlumatlar müxtəlif KİV-də dərc edilir.
Hər il dövlət büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə, Komitə tərəfindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, satınalma proseduru (açıq tender) həyata keçirilir. Satınalma proseduru elektron formada “etender.gov.az” portalı vasitəsilə aparılır. Bütün proses qanunvericiliyin tələblərinə uyğun olaraq şəffaf formada icra edilir.

Açıq tender proseduru yekunlaşdıqdan sonra, təqdim olunmuş sənədlər tender komissiyası (Tender komissiyasının tərkibinə İqtisadiyyat və Maliyyə Nazirliyinin nümayəndələri daxil olur) tərəfindən qiymətləndirilir, yekun protokol hazırlanır və komissiya üzvləri tərəfindən imzalanır. İmzalanmış protokol qeydə alınması üçün bu sahədə səlahiyyətli orqan olan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məktub ilə yönləndirilir.
Yekun protokolun nəticələri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qeydiyyata alındıqdan sonra, qalib təşkilat ilə müqavilə bağlanılır və il ərzində öhdəliklər qarşılıqlı formada, yüksək keyfiyyətlə həyata keçirilir.
Dövlət Komitəsi media nümayəndələrinin informasiyanı almaq və yaymaq hüququna hörmətlə yanaşır, ictimaiyyətin diqqətini yanlış istiqamətə yönləndirən məlumatların yayılması yolu ilə oxucu sayını artırmaq niyyətində olan media subyektlərini bu məqsədlərinə çatmaq üçün konstruktiv yanaşma sərgiləməyə çağırmaqla yanaşı, belə əməllərə görə qanunvericilikdə müvafiq məsuliyyət nəzərdə tutulduğunu bir daha xatırlatmağı da vacib hesab edir”.
Reportyor.info olaraq diqqətə çatdırırıq ki, araşdırma materialında yer alan məlumatlar açıq mənbələrdən, daha dəqiqi dövlət satınalmalarının vahid elektron portalından götürülüb. Komitənin açıqlamasından belə anlaşılır ki, bəzi tenderlər yekunlaşsa da, şirkətlər satınalma müqaviləsinin imzalanması baş tutmayıb. Lakin bu barədə heç yerdə məlumat yoxdur. Bu isə Reportyor.info-nun problemi deyil. Materialda əks olunan məlumatlar hələ də dövlət satınalmalarının vahid elktron portalında saxlanılır. Sadə riyazi hesablamalarla tenderlərin sayını və təkliflərinin qiymətini hesablayaraq Reportyor.info-nun gəldiyi nəticəni əldə etmək mümkündür.

Əvvəlki yazı

Sonrakı yazı

İnam Kərimovun Şirvandakı hakimi qanunları necə ayaqlayıb: Lənkəranda sahibkar dövlətə meydan oxuyur -VİDEO

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

Müştərini “Tarqovı”dan Nəsimiyə 700 manata apardı – Həbs edildi

28 Aprel 2025, 17:07
Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

Dələduzluğun qurbanı olan vətəndaş zərərçəkmiş kimi tanınmır – Rafiq Əmirov Baş Prokuroluğa üz tutdu (VİDEO)

28 Aprel 2025, 15:46
Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

Azərbaycan və İran prezidentləri mətbuata birgə bəyanatlarla çıxış edir (YENİLƏNİB)

28 Aprel 2025, 15:36
DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

DSX-nın hərbçisi yaşadığı mənzildə özünə qəsd edib

28 Aprel 2025, 14:33
Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

Perinatal Mərkəzdə yanğınla bağlı məhkəmədə: Hadisə baş verən otaqdan suyun içində olan 15-ə yaxın körpə çıxarmışıq

28 Aprel 2025, 11:30
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutuldu

28 Aprel 2025, 11:00
Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

28 Aprel 2025, 09:23
Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

24 Aprel 2025, 14:53
Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

Çinə səfər azərbaycanlıya neçəyə başa gəlir?

24 Aprel 2025, 12:44
Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

Qubada körpü çökdü, 30-dan çox kəndin yolu bağlandı

24 Aprel 2025, 12:42
“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

“Stimul Hospital”ın adı daha bir ölüm işində hallanır: Oğluma iynə aldırıb vurublar… – ŞİKAYƏT

28 Yanvar 2025, 00:50
DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

DTX-nın hərbi qulluqçularının maaşları artırıldı

27 Yanvar 2025, 17:29
Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

27 Yanvar 2025, 17:22
Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

Tağı Əhmədovun 25 minlik qəbirüstü abidəsi – FOTO

27 Yanvar 2025, 17:17
Samir Şərifova yeni vəzifə həvalə edildi

Samir Şərifova yeni vəzifə həvalə edildi

27 Yanvar 2025, 16:50
Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

Gömrük Komitəsində təqaüd qalmaqalı: Generallar iş stajlarını necə artırıblar?

27 Yanvar 2025, 15:57
İlham Əliyev Lukaşenkoya məktub göndərdi

İlham Əliyev Lukaşenkoya məktub göndərdi

27 Yanvar 2025, 15:15
Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

Orxan Əsgərovun atası: “Oğlumun qatilinin edamında iştirak edəcəyəm”

27 Yanvar 2025, 14:38
Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

Kənd əhalisi əkinçilikdən niyə imtina edir? (ŞƏRH)

27 Yanvar 2025, 14:13
İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisini qəbul etdi (FOTO)

27 Yanvar 2025, 13:37

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.