14-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Dövlət Gömrük Komitəsi ləğv olunur? – AÇIQLAMA

16 Aprel 2021, 21:51
Seçmə
A A
Dövlət Gömrük Komitəsi ləğv olunur? – AÇIQLAMA

“Gömrüklə bağlı Azərbaycan şirkətlərinin, xarici iqtisadi əlaqələrlə məşğul olan şəxslərin, sahibkarların və eləcə də sərnişin kimi sərhəddən keçən vətəndaşların problemləri həm obyektiv, həm də subyektiv səbəblərdən qaynaqlanır”.

Reportyor.info bildirir ki, bu barədə Konkret.az-a açıqlamasında sabiq deputat, iqtisadçı alim Nazim Bəydəmirli fikir səsləndirib. O bildirib ki, Azərbaycanda əksər mallara tətbiq olunan gömrük rüsumları olduqca yüksəkdir: “Yəni 15 faizlik dərəcə ilə daha çox rüsum tətbiq olunur. Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Azərbaycana qarşı tələblərində bu rüsumun ən azı 2 dəfə azaldılması tələb edilir. Maksimum gömrük rüsumları 7,5 faiz təşkil etməlidir. Bu, həm mal və xidmətlərin normal gediş-gəlişini asanlaşdırmalı, həm də istehlakçıların hüquqlarının qorunması baxımından səmərəli olardı. Ancaq Azərbaycan yeganə ölkədir ki, ÜTT-yə üzv olmaq üçün danışıqlara başlayıb, lakin heç bir əməli addım atılmayıb. Gömrük orqanları yeni monopoliyanın növünü normallaşdırmaq, həm də proqnoz göstəricilərini guya artıqlaması ilə göstərmək üçün, idxal olunan mallara özlərindən bəyannamə qiyməti tətbiq edirlər. Bu da ölkədə süni qiymət artımı yaradır. Təsəvvür edin ki, sahibkar və ya şirkət mal alır və müqavilə əsasında bank üzərindən ödəniş edir. Gömrük orqanlarının vəzifəsi onun invoysunda yazılmış qiyməti hesablayıb, müvafiq gömrük rüsumunu almaq və əlavə dəyər vergisini tətbiq etməkdir. Ancaq 300 dollarlıq malın bəyannamə qiymətini süni artırıb 500 dollar tətbiq edirlərsə, deməli 200 dollar artıq tələb olunur. Müxtəlif sahibkarlar etiraz edirlər, mediada bu haqda kifayət qədər məlumatlar paylaşılır. Bütün bunların səbəbi Gömrük orqanlarının “fəaliyyəti”nin nəticəsidir”.

Nazim Bəydəmirli əlavə edib ki, bəyannamə qiyməti o vaxt tətbiq oluna bilər ki, müvafiq sənədlərlə malın gömrük dəyəri müəyyən oluna bilməsin: “Ancaq faktiki olaraq sahibkarlar idxal etdiyi mallara ödədikləri vəsaiti invoysla sübut edirlər. Lakin yenə də Gömrük orqanlarının əməkdaşları süni qiymət artımını yaradırlar. Eləcə də son zamanların ən böyük problemlərdən biri də, sərhəd-keçid məntəqələrində könüllü gömrükçü adı ilə qanunun pozulmasıdır. Belə ki, əksər dövlət qurumları könüllülük fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının qanunlarını düzgün tətbiq etmirlər. Ucuz işçi qüvvəsinə müxtəlif vədlər verərək, gənclərin əməyini istismar edirlər. Bu isə həm Əmək Məcəlləsinə, həm də könüllülük fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının qanunlarına ziddir. Bundan əlavə bilirsiniz ki, müxtəlif dövlət orqanları yanında ictimai şuralar yaradılır. Təəssüf ki, Gömrük orqanının açıqladığı ictimai şura, onların öz əməkdaşlarından təşkil olunub. Bir növ mövcud qanunun verdiyi imkanlardan şəxsi məqsədlər üçün istifadə edirlər”.

İqtisadçı-alim qeyd edib ki, Gömrük orqanları tərəfindən cəlb edilən könüllülər vətəndaşlara müxtəlif narahatlıqlar yaradırlar: “Bu haqda kifayət qədər materiallar mövcuddur. Hesab edirəm ki, çıxış yollarından biri Dövlət Gömrük Komitəsinin ləğv olunmalı və fiskal siyasəti bir yerdə aparmaq üçün Vergilər Xidməti ilə birləşdirilməlidir. Təbii ki, ölkədə vergi toplayan bir qurum olmalıdır. Amma Gömrük Komitəsinin topladığı verginin 70 fazidən çoxu idxaldan əldə olunan əlavə dəyər vergisi, aksiz və yol vergisidir. Adından da göründüyü kimi bunların hamısı vergidir və bir qurum altında (Vergilər Xidməti) toplanmalıdır. Dünya ölkələrinin böyük əksəriyyətində Dövlət Gömrük Komitəsi adlı qurum yoxdur. Gömrük Xidməti var, bu da ki Maliyyə Nazirliyinin və ya fiskal siyasət həyata keçirən qurumların tərkibində olur”.

Əvvəlki yazı

Şəhidimiz Ağstafada dəfn edildi (FOTO)

Sonrakı yazı

Türkiyədə koronavirusdan daha 289 nəfər öldü

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.