• Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Reportyor
Cümə axşamı, 25 Fevral 2021
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor
Nəticə yoxdur
Bütün nəticələrə bax
Əsas səhifə Cəmiyyət

Dostum qucağımdaydı, başı yox idi, çırpınırdı… – Qəhrəman gizir danışır (FOTO)

2021-01-11
in Cəmiyyət
0
Dostum qucağımdaydı, başı yox idi, çırpınırdı… – Qəhrəman gizir danışır (FOTO)
0
Paylaşılıb
290
Oxunub
Facebook-da paylaş"Twitter"-də paylaş

Bənzər Yazılar

Əsas avtomobil yollarının vəziyyəti haqqında MƏLUMAT

Veteranlıq statusu kimlərə və necə verilir? – Mühüm arayış

AAYDA gücləndirilmiş iş rejiminə keçdi

Qaynarinfo İkinci Qarabağ savaşının iştirakçısı, gizir qazi Malik Əsgərovla müsahibəni təqdim edir.
Malik Əsgərov 16.12.1991- ci ildə Qazax rayonunda anadan olub. 03.01.2010-cu ildən hərbi xidmətdə gizir olaraq xidmət edir. Döyüşlərdən əvvəl Beyləqanda “N” saylı hərbi hissədə kəşfiyyata bölüyünün baş çavuşu vəzifəsində xidmət edib. Döyüşlər zamanı birinci dəfə 30.09.2020-ci il tarixində gözündən, sonra isə daha ağır yaralanaraq qazi olub.
– Malik, səhhətin necədir? Çox ağır yaralanmısan… Necə olmuşdu hadisə?
– Səhhətim hələ də pisdir. Ümid edirəm, düzələcək. Mən iki dəfə yaralanmışam. Birinci dəfə 30 sentyabr tarixində Füzuli rayonunun Alxanlı kəndi istiqamətində gedən döyüşlərdə yaralandım. Öz tağımımla mövqe tutmaq üçün 120 mm-lik batereyamızın yanına gəldim və hansı koordinantda mövqe tutacağımı soruşdum. Bu zaman düşmən 120-mm-lik mina atanlarla bizi hədəfə aldı və yanımda baş leytenant Quliyev Xaləddin qəlpə yarası aldı. Mən də gedib onu səngərə tərəf çəkəndə mina yanıma düşdü. Qəlpəsi tutmasa belə, təzyiqinə düşdüm. Sol gözümün ana və kapillyar damarları daxildən cırıldı, görmə qabiliyyətini tamamilə itirdim. Zabiti də tək qoymadım. Çıxartdım, onunla bərabər məni də apardılar qospitala.
 
– Sonra necə oldu bəs? Nə qədər qaldın qospitalda?
– Gecə ilə qaçdım. Qalmadım, qala bilmədim, qala bilməzdim də. Gəldim döyüşün yerinə, əsgərlərimin yanına. Başqa tibbi maşın gəlmişdi, o qayıdacaqdı. Ona minib qaçdım.
– Bəs, o vəziyyətdə döyüşlərə necə qatıldın? Ağrı hiss eləmirdin ki? Əvvəlki kimi davam edə bilirdinmi? Yoxsa, sadəcə arxa mövqedə olurdun?
– Ağrı təbii ki, çox idi. Hətta elə olurdu, ürəyim tab gətirmirdi. Mən ora yoldaşlarıma, əsgərlərə görə getmişdim. Axı komandir kimi əsgərimdən əvvəl birinci mən şəhid olmalı idim… Qismət olmadı… Nifrətim o qədər idi ki, əvvəlkindən də yaxşı döyüşürdüm. Ağrını unutmuşdum. Gözümün biri görmürdü. Amma problem deyildi. Onsuz da, düşməni tək gözlə də görə bilirdim. Silah atanda bir gözü həmişə qapayırıq. Məndə təbii qapanmışdı. (Gülür)
 
– Başqa hansı ərazilərdə döyüşdün?
– Hadrutda, Cəbrayılda, Qubadlıda, Şuşada, Daşaltında döyüşmüşəm.
 
– İkinci dəfə daha ağır yaralanmısan deyəsən. Hətta həyatda qalmağın da möcüzədir.  Harda yaralandın, necə yaralandın?
– O qədər dəhşətli idi ki, danışanda belə elə bilirəm həmin yerdəyəm, yenə olacaq…
Daşaltına keçid edirdik, ilk keçid idi və olduqca riskli. 14 saat yol qət etdik və düşmən qruplaşmasının bir neçəsini məhv elədik. Tanklarını, texnikalarını sıradan çıxartdıq. Qəfildən, yenidən top atəşinə tutulduq. İlahi, necə dəhşət idi. D-20 topu atırdılar. Ən güclü topdur o. Topu elə atırdılar, elə bil, güllədir. Dayanmadan yağdırırdılar. Bir neçəsindən yayına bildim. Amma biri tutdu. Həm də necə tutdu. Düz yanıma düşdü.  Uzanıb özümü müdafiə edirdim ki, yanıma düşəndə təzyiqi məni 9-10 metrə qaldırıb divara çırpdı. Yerə düşəndə hiss elədim ki, qarnımda istilik var… Hücum jiletim (bronojilet) partlamışdı. Sürünüb sığınacaq axtarırdım. Qalxmaq istədim, kürəyimdən nəsə “xırç” səsi eşitdim. Güllə ilə ürəyimdən vurdular bu vaxt, amma bəxtimdən jiletdə qaldı. Qabırğam sındı.
 
– Yəqin ki, həmin an təxliyə oluna bilmirdiz… Necə çıxdın, necə qala bildin orda o vəziyyətdə?
– Əlimi üzdüm bir anlıq. Yerdə kəlmeyi-şəhadətimi dedim və telefonu çıxardıb 7 aylıq oğlumun şəklinə baxıb ağladım, öpdüm…
Onda gördüm ki, kimsə məni çağırır. Gizir Əsgərov…
 
– Yaralı əsgərlərdən idi? Yoxsa, təxliyyə üçün gələnlər?
– Hə. Baxdım ki, əsgərimdir, yerdə uzanıb. Sürünüb onu çəkdim bir kənara. Ordan çıxış çətin görsənirdi. Hava qaranlıq idi. Əsgərimə dedim ki, erməni paltarı geyin, gələndə məni güllələ, elə bilsinlər ki, düşmən vurmusan, yaxına gəlməsinlər. Canını qurtar. O da razı olmadı. Gördük ki, dəstə gəlir bizi çıxartmağa…
– Yaralarını özün gördün….
– Hə. O nə idi elə! Bağırsaqlarım dağılmışdı. Üzr istəyirəm, oturacağımdan bağırsağım çıxmışdı…
– Özündən getmədin heç tibbi maşına çatana qədər? Bu olanlar olduqca böyük travmadır. Özünü necə ayıq saxlaya bildin?
– Özümdən tibbi maşına minəndə getdim. İynə vurdular. Gözümdə sis rəngində nəsə canlandı. Öldüyümü düşündüm. Sonrasını xatırlamıram.
– Ayılanda nə hiss elədin? Son nəfəs bilib oğlunun şəklinə baxdın və birdən ayılırsan ki, sağsan. Nə düşündün ilk olaraq?
– Desəm, gülməli gələcək, amma ayılanda tibb bacısına “salam, mələksən?” – deyə sual verdim. (Gülür). O da gülüb narkozdan indi ayıldığımı dedi. Özümə tam gələndə həyat yoldaşıma zəng elədim, oğlumun səsini eşitdim. Oğlum ağlayanda dözə bilmirəm. Amma o an istədim ki, elə ancaq ağlasın, səsini eşidim. Sonra yenə düşündüm. Həqiqətənmi sağam? Bunları mən yaşadımmı? Günü bugün də inana bilmirəm.
– Malik, müalicənlə bağlı problemlər yaşayırsan. Ağırdır vəziyyətin və hələ də qəbullana bilmirsən. İnsanıq. Ola bilər. Heç içindən kecirmi ki, dəyməzdi, niyə belə oldum? sözləri. Ən azından bir ömür dərmanla yaşamağa davam edəcəksən, sağlamlığını ağır şəkildə itirmisən…
– Bəli. Dəhşətli problemlər yaşayıram. Amma inanın ki, tam səmimi deyirəm, qətiyyən  peşman deyiləm. Əksinə, bir də olsa, yenə belə olmağa razıyam. Hər birimiz. Təki vətən sağ olsun. Bircə xalqımdan inciyirəm hərdən…
– Əslində, hamımız sizə borcluyuq. İnciklik isə yəqin ki, mualicənlə bağlıdır…
– Yox, qətiyyən. Mənə və ya bizə borclu deyilsiniz. Bizim borcumuz bu idi, biz lazım və vacib olanı etdik. Bu vətəndə yaşayan hər kəs mənim anamdır, bacımdır, qardaşımdır, əmim, dayımdır. İnternetdə şəkillərimi, vəziyyətimi paylaşırlar. Bəzən kömək gözləyirəm, amma insanlar sadəcə sözlərini ifadə edirlər.  Özümü reklam edə bilmərəm. Özümə gələndən sonra bir neçə dəfə müsahibə almaq istədilər, vermədim. Amma indi sizə, ümumiyyətlə, müsahibə vermək istədim. Adam bəzən çıxılmaz durumda qalanda bilmir nə etsin.
 
– Təşəkkür edirik. Ümid edək ki, hər şey yaxşı olacaq. Xalq da yanınızda olacaq. Ən azı xalqımız qədirbilən xalqdır. Dövlət də yanında duracaq.
– Təki…
– Malik, təltiflər necə, hansı medalları aldın?
 
– Cənab Prezdentimizin sərancamına əsasən “Cəsur döyüşçü”, “Qubadlının azad olunması” və “Füzulinin azad olunmasına görə”, ümumi olaraq da döyüşdə fərqlənməyə görə təltif olunmuşam. Daşaltı əməliyyatına görə də yaxınlarda təltif olunacağam.
 
– Malik, bizə heç vaxt yadından çıxmayan hansı hadisəni danışa bilərsən? Təbii ki, öz başına gələnlərdən başqa. Hansı ki, o hadisə ömür boyu yaddaşın itsə belə, yadından çıxmayacaq.
– Çox yaxın dostumun əllərimdə dəhşətli formada can verməyi. Daha doğrusu, çırpınmağı… Başı yox idi, qəlpələr başını aparmışdı. Əlləri ilə qollarından yapışdım.  Həmin an anasından zəng gəldi mənə. Götürdüm telefonu. Atası idi. Niyə ona zəng çatmadığı soruşdu. Dedim, sönüb telefonu, ona görə. Mən yaralıyam, yaxşıdı oğlunuz. İlk dəfə idi ki, belə bir çarəsiz duruma düşürdüm…
– Malik, sən “borclu deyilsiz” desən də, borcluyuq. Hər şey üçün sağ ol. Canından, qanından keçdin. Ümid edirik, hər şey yaxşı olacaq və etdiklərinə necə lazımdır dəyəcək.
– Dəyməz, siz sağ olun. Sonda onu demək istəyirəm ki, qanımız boş yerə getmədi. Torpaqlarımız alındı. Ən əsası, gələcəkdə övladım, mən və ailəm başıdik gəzəcəyik. Oğlumu Azərbaycan sevgisi və erməni nifrəti ilə böyüdəcəyəm ki, nəsə olsa, mənim edə bilmədiklərimi o etsin.
Yaşasın Azərbaycan, yaşasın xalqım!
Orxan Saffari
PaylaşTweetYollaYollaPaylaşQR oxut
Bizim Video
Əvvəlki yazı

Nikol Paşinyan Moskvaya yola düşdü

Sonrakı yazı

Kəlbəcərin 2 saylı məktəbində şıdırğı yığım - Video

Sonrakı yazı
Kəlbəcərin 2 saylı məktəbində şıdırğı yığım – Video

Kəlbəcərin 2 saylı məktəbində şıdırğı yığım - Video

Abşeronun sabiq baş memarının həbs müddəti artırıldı

Abşeronun sabiq baş memarının həbs müddəti artırıldı

Moskva görüşü: Əliyevin çantasında nə var?

Moskva görüşü: Əliyevin çantasında nə var?

Discussion about this post

Bizə Qoşulun

  • 21.1k Üzvs
  • 11.9k Abunəs
  • 1.2k Abunəs

Son Xəbərlər

Mübariz Mənsimovun işçiləri üsyan etdi: “Qul deyilik”

Mübariz Mənsimovun işçiləri üsyan etdi: “Qul deyilik”

2021-02-24
Sabah məktəblərdə dərs olacaq? – Nazirlikdən AÇIQLAMA

Sabah məktəblərdə dərs olacaq? – Nazirlikdən AÇIQLAMA

2021-02-24
“Müharibənin 3-cü günü Bakı-Ceyhanı “İsgəndər”lə vurmaq istədim – Paşinyan qadağan etdi…” – Şok açıqlama

“Müharibənin 3-cü günü Bakı-Ceyhanı “İsgəndər”lə vurmaq istədim – Paşinyan qadağan etdi…” – Şok açıqlama

2021-02-24
Əsas avtomobil yollarının vəziyyəti haqqında MƏLUMAT

Əsas avtomobil yollarının vəziyyəti haqqında MƏLUMAT

2021-02-24
Veteranlıq statusu kimlərə və necə verilir? – Mühüm arayış

Veteranlıq statusu kimlərə və necə verilir? – Mühüm arayış

2021-02-24
Pərvinin qarda şəkli cəzb etdi – Foto

Pərvinin qarda şəkli cəzb etdi – Foto

2021-02-24
“Relax”da Xocalı günü konsert: deputatdan açıqlama – Foto

“Relax”da Xocalı günü konsert: deputatdan açıqlama – Foto

2021-02-24
Azərbaycanda son sutkada neçə nəfər koronavirusa yoluxub?

Azərbaycanda son sutkada neçə nəfər koronavirusa yoluxub?

2021-02-24
“Azərişıq” xalqın işığını kəsir – Şikayət

“Azərişıq” xalqın işığını kəsir – Şikayət

2021-02-24
Bakıda 6 dərəcə şaxta var – FAKTİKİ

Bakıda 6 dərəcə şaxta var – FAKTİKİ

2021-02-24
Gecə və səhər yollar buz bağlayacaq – PROQNOZ

Gecə və səhər yollar buz bağlayacaq – PROQNOZ

2021-02-24
Abşeron icra başçısının bacısı oğlu həbs edildi

Abşeron icra başçısının bacısı oğlu həbs edildi

2021-02-24
“Xocalıya ədalət” üçün petisiya yayıldı

“Xocalıya ədalət” üçün petisiya yayıldı

2021-02-24
Vətən müharibəsi qazisi azadlığa çıxdı

Vətən müharibəsi qazisi azadlığa çıxdı

2021-02-24
Cəbrayılda xeyli silah-sursat aşkar edildi

Cəbrayılda xeyli silah-sursat aşkar edildi

2021-02-24
BNA: “Bəzi ərazilərdə avtobuslar tam hərəkət edə bilmir”

BNA: “Bəzi ərazilərdə avtobuslar tam hərəkət edə bilmir”

2021-02-24
Ermənistanda magistral yollar bağlandı

Ermənistanda magistral yollar bağlandı

2021-02-24
Bakıda 12 nəfər yıxılaraq xəsarətlər alıb

Bakıda 12 nəfər yıxılaraq xəsarətlər alıb

2021-02-24
AAYDA gücləndirilmiş iş rejiminə keçdi

AAYDA gücləndirilmiş iş rejiminə keçdi

2021-02-24
Canımızı vermişik ki, kresloda otursunlar? – Gəncə xəstəxanasında qazilərə laqeydlik…

Canımızı vermişik ki, kresloda otursunlar? – Gəncə xəstəxanasında qazilərə laqeydlik…

2021-02-24

Seçmə

  • Bütün
  • SEÇMƏ
Abşeron icra başçısının bacısı oğlu həbs edildi
Kriminal

Abşeron icra başçısının bacısı oğlu həbs edildi

2021-02-24
Elton Məmmədovdan Ramiz Mehdiyevə ittihamlara reaksiya – Video
SEÇMƏ

Elton Məmmədovdan Ramiz Mehdiyevə ittihamlara reaksiya – Video

2021-02-23
Ramiz Mehdiyevin dələduzluq işində – Sensasion faktlar
Kriminal

Ramiz Mehdiyevin dələduzluq işində – Sensasion faktlar

2021-02-23
Ramiz Mehdiyevdən AMEA əməkdaşlarının bağ evləri ilə bağlı şok qərar
Cəmiyyət

Ramiz Mehdiyevdən AMEA əməkdaşlarının bağ evləri ilə bağlı şok qərar

2021-02-23
Daha bir Vətən Müharibəsi qazimiz intihar etdi
SEÇMƏ

PA-ya gələn qazi deputatdan şikayət etdi: “Ülviyyə Ağayeva dərmanları almadı…” – Foto

2021-02-23
Karantin rejimi rədd edilməlidir” – İlqar Məmmədov
SEÇMƏ

Karantin rejimi rədd edilməlidir” – İlqar Məmmədov

2021-02-23
Reportyor

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon - (99477) 399-55-66

Votsap - (99455) 3490491

Email - reportyor.info@gmail.com

Follow Us

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • Idman
  • Köşə
  • Kriminal
  • Manşet
  • Rəsmi
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Təhsil
  • Uncategorized
  • Əyalət

Son əlavələr

Mübariz Mənsimovun işçiləri üsyan etdi: “Qul deyilik”

Mübariz Mənsimovun işçiləri üsyan etdi: “Qul deyilik”

2021-02-24
Sabah məktəblərdə dərs olacaq? – Nazirlikdən AÇIQLAMA

Sabah məktəblərdə dərs olacaq? – Nazirlikdən AÇIQLAMA

2021-02-24
  • About
  • Advertise
  • Privacy & Policy
  • Contact

© 2020 Qurdqanli Design.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Manşet
  • Siyasət
  • Rəsmi
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əyalət
  • Kriminal
  • SEÇMƏ
  • İdman
  • Şou

© 2020 Qurdqanli Design.