“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” (DOST) Publik Hüquqi Şəxsi “Azərbaycan” qəzeti ilə müqavilə bağlayıb. REPORTYOR.info xəbər verir ki, maliyyə dəyəri 8 743 AZN təşkil edən müqavilədə elanların dərci nəzərdə tutulur.
“Azərbaycan” qəzeti dövlət nəşridir, Milli Məclisin rəsmi orqanıdır. Qəzetin baş redaktoru deputat Bəxtiyar Sadıqovdur.
DOST agentliyi Prezident İlham Əliyevin 229 nömrəli 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentlik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.