Salyanda bir neçə gündür axtarılan gəncin meyiti tapılıb.
Hadisə rayonun Yenikənd kəndində baş verib.
Belə ki, kənd sakini 19 yaşlı Əhməd Ramil oğlu Dadaşzadə ötən axşam suvarma kanalından sakinlər tərəfindən ölü aşkar olunub.
Qeyd edək ki, Ə. Dadaşzadə sentyabrın 6-da evdən çıxaraq geri qayıtmayıb. Kənd sakinlərinin sözlərinə görə, o karta pul köçürmək adı ilə evdən çıxıbmış.
Gəncin cəsədi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırmalar aparılır.
