Rusiyanın işğal etdiyi Donetsk vilayətinin Makeyevka şəhərində neft bazası yanır.
Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Donetsk separatçılarının başçısı Denis Puşilin yanğının artilleriya zərbələri nəticəsində baş verdiyini deyib.
Məlumata görə, Makeyevkadakı neft bazasında hər birində 5 min ton yanacaq olan 4 anbar yanır.