O, ötən mövsüm Fatih Terimdən sonra “Qalatasaray”da vəzifəyə başlayan və mövsümün sonunda komandadan ayrılan Domenec Torrentə can atıb.
class=”medianet-inline-adv”>
Braziliya Liqası komandalarından olan Cuiaba ispan məşqçi üçün hərəkətə keçib. Cuiaba-nın rəhbərləri Torrent-in Cənubi Amerikadakı nümayəndəsi Karlos Leite ilə oturublar.
Torrentin gələcəyinin tezliklə bəlli olacağı gözlənilir.
60 yaşlı çalışdırıcı daha əvvəl 4 aya yaxın Braziliyada “Flamenqo”nu çalışdırmışdı.
“Qalatasaray”ın əvvəlində 20 oyun keçirən Torrent bu oyunlarda 7 qələbə, 5 heç-heçə və 8 məğlubiyyət alıb.