13-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

DOLLAR BAHALŞACAQ, NEFT DAHA DA UCUZLAŞACAQ… – FED bu gecə nə qərar verəcək?

19 Dekabr 2018, 20:18
Cəmiyyət
A A
DOLLAR BAHALŞACAQ, NEFT DAHA DA UCUZLAŞACAQ… – FED bu gecə nə qərar verəcək?

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) faiz dərəcəsinin növbəti artımına hazırlaşır. “Reuters” agentliyinin şərhində deyilir ki, FED-in faiz dərəcəsini artırması dünyanın az qala hər yerində biznesə təsir göstərir. Məsələn, FED-in dolları bahalaşdırması İndoneziya rupisini “vurur”, ancaq Cakartada mağaza sahibi Andy Kurniavan qiymətləri qaldırmaq istəmir.

“Hər şey batır, amma cəsarətimi toplayıram, adamların hələ də mağazama gələcəyinə ümid edirəm”, – o deyir.

FED-in bu həftə (qərar bu gecə veriləcək- AzPolitika.info) də faiz dərəcələrini qaldıracağı gözlənir və “Reuters” bu qərarın əhatə dairəsinin çox geniş olduğunu vurğulayır. Bəzi rəsmilər qurumu hərəkətlərinin yeni yaranan bazarlara təsirinə həssas yanaşmağa çağırıb.

ABŞ Prezidenti Donald Tramp da FED-i sürətlə və sərt şəkildə davranmaqda, elə də böyük uğur qazanmamaqda suçlayıb.

FED faiz dərəcəsini qaldırmaqla ABŞ-ın hökumət istiqrazlarını okeanın bu tayında daha riskli sərmayələrə qoyulması baxımından daha cəlbedici edir. Ancaq inkişaf etməkdə olan bazarlarda digər valyutalar hesabına dollara tələbat artır.

ABŞ mərkəzi bankı da qərarlarının ölkə sərhədlərinə təsir göstərməsini danmır, amma arqumenti budur ki, inflyasiyanı cilovlamalıdır, ölkədə işsizlik maksimum azaldılmalıdır.

FED-in Nyu York üzrə prezidenti iyunda istefaya getməmişdən öncə “Reuters”ə demişdi ki, qurumun hərəkətləri heç kəsi təəccübləndirməməlidir, digər ölkələrin siyasətçiləri hazırlıqlı davranmalı, qərarlara adaptasiya olunmalıdırlar.

Bu arada ABŞ Federal Ehtiyatlar Sisteminin dolları növbəti dəfə bahalaşdırmağa hazırlaşdığı bir vaxtda neftin qiyməti ilə bağlı bədbin proqnozlar verilir. Bu proqnozlara görə neft qiymətləri qarşıdan gələn həftələrdə indikindən də çox düşməkdə davam edəcək. Belə qənaətlə  neft təhlilçilərinə istinad edən CNBC saytı yazır.

Dekabrın 18-də neftin qiyməti kəskin düşüb və ekspertlər bunu bir tərəfdən qlobal səhmlərin kəskin satışı və neft bazarının az sonra izafi xam neftlə aşıb-daşacağından narahatlığı ilə izah edirlər.

Enerji bazarlarında səhm satışının artması həm də neft anbarlarının dolu olması və bazara gələn neftin həcminin artacağına dair verilən proqnozlarla bağlıdır. Bu proqnozlara görə ABŞ və Rusiyada neftin hasilatı rekord səviyyələrə yüksələcək. Bundan başqa həm də 2019-cu ildə qlobal iqtisadi artımın yavaşıyacağına dair də proqnozlar var.

PVM Oil Associates firmasının baş təhliçisi Tamas Varga yazır: “İndi neft qiymətinin bir yolu var, o da üzüaşağı..”

Ekspertin fikrincə hazırkı məlumatlar, gələcəkdə istənilən qiymət artımının qiyməti aşağı dartan elementləri ortaya çıxaracağını göstərir.

Brent markasından olan neftin qiyməti dekabrın 18-də 4 faiz azalaraq bir barrel üçün 57, 20 dollar olub. Bu neftin artıq üçüncü kəskin qiymət itkisidir. ABŞ-ın Texas neftinin qiyməti bir barrel üçün 50 dollardan aşağı düşüb və günorta saatlarında bir barrel üçün 47, 94 dollar olub.

Ümumiyyətlə isə hər iki markadan olan neftin qiyməti oktyabrda pik nöqtəsinə çatdıqdan sonra izafi xammala görə 30 faiz düşüb. UBS təhlilçiləri bildirirlər ki, 2018-ci ildə neft qiymətlərinin tam sabitləşdiyi və normala qayıtdığı təsəvvürü yaranmışdı, lakin hər şey oktyabrda dəyişdi.

Noyabr ayında ABŞ neftinin qiyməti 12 gün ərzində dalbadal düşməkdə davam edirdi. “Brent” markasından olan neft isə oktyabr ayında çatdığı 86 dollar qiymətindən 20 dollar ucuzlaşdı.

CNBC yazır ki, ekspertlər və hasilatçılar bu ayın əvvəllərində Vyanada keçirilən OPEC iclasını diqqətlə izləyirdilər. Lakin OPEC və qeyri-OPEC ölkələri arasında hasilatın ixtisarı barədə razılaşma hələ öz təsirini göstərməlidir. Bu enerji alyansı hasilatı 2019-cu ilin ilk altı ayı ərzində günə 1, 2 milyon barrel azaltmaq barədə razılaşma əldə edib.

Bu razılaşmaya görə Səudiyyə başda olmaqla 15 üzvlü OPEC hasilatı günə 800 min barrel, Rusiya və onun neft müttəfiqləri isə günə 400 min barrel ixtisar etməlidirlər.Lakin bu razılaşma yalnız yanvar ayında hərəkətə gələcək, üstəlik Rusiya bəyan edib ki, o hasilatı birdən-birə yox, tədricən azaldacaq.

PVM Oil Associates firmasından Varga deyir ki, neft qiymətinin qısamüddətli dirçəlişi hər an baş verə bilər, amma uzun müddətdə neft qiymətlərinin qalxacağına ümid verən əlamətlər yoxdur.

Əvvəlki yazı

Babək prospekti 3 qurumu üz-üzə qoydu: “Layihədən xəbərləri yoxdur…” – AÇIQLAMA

Sonrakı yazı

Prezident Qəbələyə 23 milyon manat ayırdı

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.