13-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“DOĞUŞUN SAYI İL ƏRZİNDƏ 170 MİNDƏN 103 MİNƏ DÜŞÜB” – Deputatdan ŞOK statistika

15 Noyabr 2018, 10:50
Cəmiyyət
A A
“DOĞUŞUN SAYI İL ƏRZİNDƏ 170 MİNDƏN 103 MİNƏ DÜŞÜB” – Deputatdan ŞOK statistika

“Biz bu gün sosial təminat və müdafiəni həyata keçirən orqanın fəaliyyətini müzakirə edirik. Doğrudan da, bizim keçmiş əməkdaşımız Sahil müəllim bu istiqamətdə xeyli işlər görür, isdlahatlar aparır. Xüsusilə Dost Mərkəzlərinin yaradılması insanlar tərəfindən təqdir olunur”.

Bunları Milli Məclisdə “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində çıxış zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

Millət vəkili xatırladıb ki, büdcə müzakirəsi zamanı bu və ya digər sahəyə daha artıq vəsait ayırmağın tərəfdarı kimi çıxış edib, amma təəssüflər olsun ki, fondun büdcəsi çox məhduddur: “Biz çalışmalıyıq ki, daha çox vəsait toplayaq. Vəsait toplamaq üçün insanların əmək haqqı artırılmalıdır. Burada Hadı Rəcəbli dedi ki, ölkəmizdə doğuşun sayı il ərzində 170 mindən 103 minə düşüb. Həqiqətən də bu hər birimizi düşündürməlidir. Adətən sosial vəziyyət aşağı olanda insanlar ailə qurmur, dünyaya uşaq gətirmək istəmirlər. Burada qeyd edildi ki, doğuşa görə, müavinət artırılsın, 3 yaşına qədər uşaqlara müavinətlərin verilməsi məsələləri həll edilsin. Avropanın ən inkişaf edən dövlətlərində uşaqlara 18 yaşına çatana qədər müəyyən müavinətlər verilir. Bu məbləğ bəzi hallarda 200 avro həcmində olur. Azərbaycanda da buna böyük ehtiyac var. Hesab edirəm ki, müəyyən islahatlar aparsaq, buna nail ola bilərik. Həmkarım Fazil Mustafa qeyd etdi ki, hər şey kadrlardan başlayır. Vaxtı ilə Stalin də deyirdi ki, hər şeyi kadrlar həll edir. Amma mən hesab edirəm ki, hər şeyi islahatlar həll edir. Biz islahatlara getməsək, bu problemləri həll edə bilməyəcəyik”.

Qüdrət Həsənquliyev bildirib ki, ilk növbədə idarəetmədə xərclər azaldılmalıdır:“Mən komitənin iclasında da qeyd etdim ki, Azərbaycanda büdcə vəsaitləri hesabına çalışanların sayının gələn il üçün 19300 nəfər artırılması proqnozlaşdırılır. Mətbuatdan oxudum ki, Ermənistanda gələn il büdcədən maliyyələşən 150 min insanın ixtisarı nəzərdə tutulur. Biz çalışmalıyıq ki, maksimum az sayda insanlarla daha çox iş görək, büdcə xərclərini maksimum dərəcədə azaldaq. Bundan başqa, bir çox müəssisələr var. “Azərkosmos”, “Azəriqaz”, “Azəristilik”, “Azərsu” və s. Ümumiyyətlə dövlətə məxsus olan səhmdar cəmiyyətləri var ki, onları özəlləşdirməyin vaxtı çoxdan çatıb. Xidmət sahələrini özəlləşdirməliyik. Həm buradan büdcəyə böyük pullar daxil ola bilər, həm də bu şirkətlər gələcəkdə büdcəyə vergi ödəyər. Məsələn, biz gələn ilin investisiya qoyuluşunda energetika və sənayeyə 782,9 milyon manat vəsait ayırırıq. Gəlin görək bu sektor büdcəyə nə qədər vergi verir? Biz müxtəlif adlarla onların ödədiyi vergini yenidən qaytarıb özlərinə veririk. Hesab edirəm ki, bu xidmət sahələrini mütləq özəlləşdirmək lazımdır. Siyavuş Novruzov burada qeyd etdiyi kimi uzun müddətə idarəetməyə verilməlidir ki, dövləti bu yükdən azad edək. Bu halda sizi əmin edirəm ki, gələcək 2-3 il ərzində büdcənin həcmini 40-50 milyard dolara qaldıra bilərik. O zaman pensiyaları artırmaq, uşaq pulunu ödəmək və əlillərlə bağlı məsələləri yoluna qoymaq üçün pul tapmış olacağıq. Amma bu islahatları aparmadan, dövlətin yükünü azaltmadan, bunları etmək çətin olacaq”.

Qüdrət Həsənquliyev Bakıda sərnişindaşıma ilə bağlı problemə də toxunub: “Bakı şəhərində sərnişindaşıma nədir ki? Əvvəllər çoxlu özəl şirkələr vardı və onlar vergi ödəyirdi. İndi onu da artıq dövlət öz üzərinə götürür. Sahibkarlar müasir avtobus ala bilmirlərsə, dövlət özü həmin pula avtobus alınca, bu maliyyəni sahibkarklara kredit kimi verə bilər. Həmin sahibkarlar da müasir avtobuslar ala bilərlər. Bir daha qeyd edirəm, biz sahibkarların ucuz və aşağı faizlə kreditlətə çıxışını təmin, ölkəyə xarici investisiyaları cəlb edə bilməyəcəyiksə, dövlət investisiya qoyuluşu, daha çox dövlətin idarə, müəssisə və təşkilatlarına dəstək vermək yolu ilə iqtisadiyyatın sürətli inkişaf tempini təmin edə bilməyəcəyik. Ona görə də ölkədə böyük özəlləşdirməyə gedilməlidir. Bunu etsək digər problemləri də həll edə biləcəyik”.

Əvvəlki yazı

Zakir Fərəcovun Sumqayıt hakimiyyətində dövlətə zərbələri – Özəl araşdırma/Rəqəmlər…

Sonrakı yazı

Erməni oliqarxın sirli ölümü:Ayrapetyanın cəsədi soyuducuda çürüyüb, ekspertizaya yararsız olub

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.