ABŞ-ın Kaliforniya ştatındakı Disneyland əyləncə parkında şənbə günü şou zamanı 13 metr hündürlüyündə “Malefisenta” adlı mexaniki əjdaha qəfildən alovlanıb.
Yanğın nəticəsində tüstünün səmanı bürüdüyü görülüb. Alov sürətlə yayıldığından ətrafdakı insanlar təşviş içində qaçıblar. Hadisə yerinə gələn yanğınsöndürənlər alovu söndürərkən, yanğında xəsarət alan olmadığı açıqlanıb.
Disney şirkətindən verilən açıqlamada, güclü tüstü səbəbindən ərazidəki rəsmilərin və ziyarətçilərin təxliyə edildiyi, yanğının baş vermə səbəbinin araşdırıldığı bildirilib. Bəyanatda eyni zamanda bənzər hadisənin təkrarlanmaması üçün dünyanın bütün Disneyland əyləncə parklarında alovlu şouların dayandırılacağı da qeyd edilib.
2018-ci ildə Floridada Disney World-də əyləncə zamanı mexaniki əjdahanın başı yanıb.