Reportyor.info xəbər verir ki, müsabiqə idarənin tabeliyində fəaliyyət göstərən, şagird sayı 500-dək olan məktəbləri əhatə edib.
Müsahibədə ümumilikdə 22 nəfər iştirak edib. Müsahibə nəticələri barədə məlumatlar namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrələrinə göndəriləcək.
Müsabiqənin müsahibə mərhələsindən uğurla keçən namizədlər müvafiq vəzifə üzrə təyinat alacaq.
Namizədlərin vəzifə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri nəzərə alınıb.