
Xocalı Rayon Polis Şöbəsi və DTX-nın rayon Şöbəsinin əməkdaşları tərəfindən Goranboy rayonunda silah sursat tapılıb.
Reportyor.info: DİN-in mətbuat xidmətindən bildirilib ki, Xocalı Rayon Polis Şöbəsi (Goranboy rayonu) və DTX-nın rayon Şöbəsinin əməkdaşları tərəfindən Buzluq kəndinin ərazisində 1 ədəd (alışqansız) “F-1” qumbarası, 2 ədəd patron darağı və 111 ədəd müxtəlif çaplı patron tapılıb.
Faktla bağlı araşdırma aparılır.


















