03-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

DİN onların saxlanma GÖRÜNTÜLƏRİNİ YAYDI –RƏSMİ

11 İyul 2020, 21:45
Manşet, Banner
A A
DİN onların saxlanma GÖRÜNTÜLƏRİNİ YAYDI –RƏSMİ
Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərmanından irəli gələrək cari ilin əvvəlindən fermerlərə dövlət yardımlarının vahid mexanizm vasitəsilə çatdırılması prosesinə başlanılıb. Lakin həmin vəsaitlərin təyinatı üzrə istifadə olunmaması və bir qrup mütəşəkkil cinayətkar dəstə halında birləşən şəxslər tərəfindən mənimsənilməsində əsaslı şübhələr olduğundan bu istiqamətdə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşları, Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərinin iştirakı ilə birgə xüsusi əməliyyat tədbirləri keçiriblər.
Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidmətlərindən Reportyor.info-ya verilən məlumata görə, kənd təsərrüfatına dövlət dəstəyindən sui-istifadə edərək bu sahəyə ayrılmış vəsaitləri saxta sənədlərə əsaslanan maliyyə əməliyyatları ilə nağdlaşdıraraq ələ keçirən mütəşəkkil dəstəyə daxil olan 30-a yaxın şəxsin dairəsi müəyyənləşdirilib.
Həmin şəxslər ətrafında kompleks əməliyyat tədbirləri hazırlanaraq həyata keçirilib, onların cinayət əməlləri qeydə alınaraq zəruri sübutlar toplanılıb. Cinayətkar dəstəyə rəhbərlik edən Quba rayon sakini Elnur Haxtari və İmişli rayon sakini Hümmət Həsənov, eləcə də əlaqədar şirkətlərin vəzifəli şəxsləri də daxil olmaqla ümumilikdə 12 nəfər əməliyyat nəticəsində saxlanılaraq  Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriliblər.
Araşdırma zamanı müəyyən olub ki, həmin şəxslər əvvəlcə Quba, Xaçmaz, İmişli, Şəmkir və sair rayonlarda fəaliyyət göstərən fermerlərə məxsus subsidiya vəsaitlərinin köçürüldüyü kartları qanunsuz olaraq öz əllərində cəmləşdiriblər. Daha sonra dəstə üzvləri onlara yaxın olan adamların adlarına formal hüquqi şəxslər yaradaraq müxtəlif əmtəəsiz maliyyə əməliyyatları aparmaqla vəsaitləri nağdlaşdıraraq mənimsəyiblər.
İlkin araşdırmalarla həmçinin o da müəyyən olunub ki, dəstə üzvləri tərəfindən yaradılan  “High Agro”, “Rövşənoğlu Agro” MMC-lər və digər 6 fiziki şəxs vasitəsilə cari ilin 3 ayı ərzində respublikanın ayrı-ayrı bölgəsindən 2 000-dən artıq fermerə məxsus subsidiya kartları toplanılıb. Daha sonra kartlardakı pul vəsaitləri saxta sənədlər əsasında formal şəxslərin adlarına yaradılmış şirkətlərin bank hesablarına köçürülüb və 25-40% ödəniş müqabilində nağdlaşdırılıb. Bu qanunsuz maliyyə əməliyyatları nəticəsində ümumilikdə 5 000 000 manata yaxın subsidiya üçün ayrılmış maddi vəsait təyinat üzrə istifadədən yayındırılaraq dəstə üzvləri tərəfindən mənimsənilib.
Əməliyyat zamanı dəstə başçılarının istifadə etdikləri ofislərə, avtomaşınlara və qeyri-yaşayış sahələrinə baxış zamanı çoxsaylı fermer kartları, külli miqdarda nağd pul, kartlardan vəsaitlərin yerində silinməsi üçün istifadə edilən mini POS-terminallar, elektron məlumat daşıyıcıları, kart sahibi olan fermerlərin siyahıları və sair maddi sübutlar aşkar olunaraq götürülüb.
Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstə üzvləri barəsində Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İş üzrə müvafiq istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, dövlət tərəfindən kənd təsərrüfatı sahəsinin daha da inkişafı üçün fermerlərin kart hesablarına köçürülən subsidiyaların nağdlaşdırılması və başqa təyinatlar üzrə istifadəsi  qadağan olunub. Həmin vəsaitdən kənd təsərrüfatı ilə məşğul olan şəxslər yalnız nağdsız ödəmələr etməklə gübrə, toxum və aqrar sektorda istifadə olunan sair məhsullar əldə edə bilərlər.

 

Əvvəlki yazı

Ali Məhkəmənin sədrinin ailəsinə ağır itki (FOTO)

Sonrakı yazı

Rəşad Mahmudov virusa yoluxan həkim Cavid Paşayevlə bağlı paylaşım edib

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34
DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

DTX rəsmisi: “Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək”

03 Fevral 2026, 11:32
Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı – “Evrascon”da nə baş verir?

03 Fevral 2026, 10:10
Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

Mədət Quliyevin 67 yaşında evlənən generala arzusu — FOTO

02 Fevral 2026, 17:56
Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

Quyu qazılarkən qaz borusu partladı — Yaralananlar var (YENİLƏNİB)

02 Fevral 2026, 17:54
Uitkoff İsrailə gedir

Uitkoff İsrailə gedir

02 Fevral 2026, 17:51
ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

ABŞ-İran danışıqları Türkiyədə aparıla bilər

02 Fevral 2026, 17:50
Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

Həbs olunan məmurun yerinə təyin edilən şəxs də bir ay sonra işdən çıxarıldı

02 Fevral 2026, 16:52
İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

İki general rayon prokuroru oldu – Kamran Əliyevdən əmr

02 Fevral 2026, 15:16
“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

“Yaxın günlərdə bütün növ pensiyalar artırılacaq”

02 Fevral 2026, 14:37
Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

Hamının gözlədiyi görüş – Nuruşov nokaut etdi+Video

02 Fevral 2026, 14:35

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.