Xətai və Binəqədi rayonlarında keçirilən əməliyyatlar zamanı əvvəllər məhkum olunmuş Röyal Məmmədov və Cavad Məmmədov saxlanılıb. Onlardan 15 kq 460 qram marixuana və elektron tərəzilər aşkarlanıb.
Reportyor.info-nun məlumatına görə, araşdırmalardan məlum olub ki, onlar İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotikləri satış məqsədilə paylamağı planlaşdırıblar.
Hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.