04-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

DİN Bakıda ƏMƏLİYYAT KEÇİRDİ: 26 nəfər saxlanıldı (VİDEO)

06 Noyabr 2021, 14:40
Seçmə
A A
DİN Bakıda ƏMƏLİYYAT KEÇİRDİ: 26 nəfər saxlanıldı (VİDEO)

 

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə, əllərdə saxlanılan odlu silah-sursatların aşkar olunmasına, həmçinin oğurluqlar edən şəxslərə qarşı son 10 gün ərzində rayon ərazisində silsilə əməliyyat tədbirləri həyata keçiriblər.

Bu barədə Reportyor.info ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Rayonun Hövsan, Əmircan, Bülbülə və Yeni Günəşli qəsəbələrində qeyd olunan hüquqazidd əməllər törədən 26 nəfər saxlanılıb.

Əməliyyat zamanı əvvəlcə Hövsan qəsəbəsində paytaxt sakini Rafiz Mustafayev saxlanılıb. Onun üzərindən 1 ədəd yivli avtomatik tapança, 1 ədəd daraq, 6 ədəd patron aşkar edilib. Əmircan qəsəbəsində həyata keçirilən digər əməliyyat zamanı isə Abidin Ağayev və Zaur Ağayev saxlanılaraq istintaqa təqdim ediliblər. Abidin Ağayevin yaşadığı evə baxış zamanı 1 ədəd əl qumbarası, 11 ədəd patron, 1 ədəd sənədləri olmayan ov tüfəngi, 1 ədəd pnevmatik tapança və 92 qram heroin aşkar edilib. Zaur Ağayevin qəsəbə ərazisində yaşadığı ünvandan isə 1 kiloqram 270 qram marixuana, 18 qram heroin, 48 qram metamfetamin, eləcə də tiryək, 10 ədəd psixotrop tərkibli metadon və preqabalin həbi, 2 ədəd elektron tərəzi və 1 ədəd sənədləri olmayan ov tüfəngi aşkar edilib.

Hövsan qəsəbəsində həyata keçirilən növbəti əməliyyatlar zamanı həmin ərazidə yerləşən binalardan 40 ədəd su sayğacı oğurlayan Alik Ələkbərov, eləcə də 3 evdən oğurluqlar edən İlham və Tural Məmmədov qardaşları saxlanılıblar. Alik Ələkbərovun üzərindən həmçinin narkotik vasitə olan heroin də aşkar edilib.

Qeyd edilən dövr ərzində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının Yeni Günəşli qəsəbəsində həyata keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 nəfər – Samir Abbasəliyev, Kamran Rəfibəyli, Ağaəli Ağayev, Bilal Səfərov, Vüsal Tanrıverdiyev, Natiq İrzayev, Əfsanə Rəsulova və Şəhriyar İslamov saxlanılıblar. Onların üzərində şəxsi axtarış aparılan və evlərinə baxış zamanı satış məqsədi ilə əldə etdikləri külli miqdarda heroin və elektron tərəzilər aşkar edilib.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyatlar zamanı Əmircan və Bülbülə qəsəbələrində narkotik vasitələrin qanunusuz dövriyyəsi ilə məşğul olan daha 7 nəfər – Cəfər Hacıyev, Əliseyran Seyfullayev, İlqar Nəcəfov, Valeh Mirzəzadə, Əjdər İsgəndərov, Kamil Kərimov və Elman İsmayılov saxlanılıblar. Onların da üzərindən və yaşadıqları evlərdən satış məqsədi ilə əldə etdikləri heroin və digər növdən olan narkotik vasitələr aşkar edilib.

İdarə əməkdaşlarının keçirdikləri daha bir əməliyyat zamanı Hövsan qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər – Yusif Qarayev, Emin Paşayev, Əli Əlizadə, Qılman Babayev və Emil Zeynalov saxlanılıblar. Onlardan da satış məqsədi ilə əldə etdikləri külli miqdarda heroin və elektron tərəzilər aşkar edilib.

Qeyd edək ki, sonuncu əməliyyatlar zamanı Suraxanı rayonunda ümumilikdə 2 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Təqdim edilən faktların hər biri ilə bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Suraxanı rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

Əvvəlki yazı

Sürücülərin nəzərinə – Bu yol bağlanır

Sonrakı yazı

AMEA-nın sənaye parkında ÖLÜM HADİSƏSİ

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.