
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Xalq Cumhuriyyətinin 100 illiyi ilə əlaqədar bir qrup media, qeyri-hökumət təşkilatları nümayəndələri və ictimai xadimlər yubiley medalı ilə təltif edib.
Reportyor.info xəbər verir ki, həmin şəxslər arasında yazıçı-jurnalist, kolleksiyaçı, Çapar dərgisinin baş redaktoru, Cumhuriyyət dövrü tədqiqatçısı Dilqəm Əhməd də var. Jurnalist bu barədə sosial şəbəkə hesabında məlumat verib. O, mükafata görə dövlət başçısına təşəkkür edib və yubiley medalını gələcəkdə açmağı planlaşdırdığı Cumhuriyyət Muzeyinə qoyacağını qeyd edib.
