15-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Dilimiz dünyanın ən qədim, ən məlahətli dillərindən biridir

21 Aprel 2022, 14:39
Cəmiyyət
A A
Dilimiz dünyanın ən qədim, ən məlahətli dillərindən biridir

Hər bir Azərbaycan vətəndaşı, hər bir
azərbaycanlı öz ana dilini – Azərbaycan dilini,
dövlət dilini bilməlidir.
Heydər Əliyev
Hər bir xalqın dili, bayrağı, gerbi, himni onun üçün müqəddəsdir. Doğma azərbaycan dilimiz, əlifbamız yüz illərdən bəri repressiyalara məruz qalıb. Dəfələrlə azərbaycan əlifbası dəyişdirilib. Əlifbamız, dilimizlə birgə tariximiz də təhrif edilib, dəyişdirilib. Lakin öz kökünə bağlı olan Azərbaycan xalqı hər bir çətinliyə sinə gərərək dinini, mədəniyyətini, dilini qoruyub yaşadaraq, inkişaf etdirərək və təkmilləşdirərək mükəmməl dil səviyyəsinə qaldırıb saxlaya bilib.
Azərbaycan dili zəngin, mədəni, ürəyəyatımlı dildir, azərbaycan dili poeziya, musiqi dilidir. Axıcı, gözəl səslənən dildir.
Azərbaycan dilini xalq əsrlərdən bəri qoruyub yaşatsa da, dilimiz müxtəlif dövrlərdə rəsmi dövlət dili kimi elan edilsə də bu statusu uzun sürməyib.
1969-cu ildə Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətə gələndən sonra həyata keçirdiyi ardıcıl dil siyasəti milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdi.
1970-ci illərin ortalarından başlayaraq SSRİ-nin tərkibində olan 15 respublikanın içtimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyası qəbul olunduqdan sonra SSRİ-nin tərkibinə daxil olan respublikalarda milli dillərin sıxışdılması başlanıldı. Respublikalarda bütün işlər rus dilində icra edilməli idi, bu dil ümumi dövlət dili kimi qəbul olunmalı idi. Belə bir vaxtda milli respublika rəhbərləri ana dili məsələsini gündəmə gətirməyə cürət etməzdi. Lakin Dahi Rəhbər Heydər Əliyev heç kimdən çəkinmədən cəsarətlə bu barədə öz mövqeyini bildirmişdir.
1978-ci ildə Heydər Əliyevin təklifi ilə Azərbaycan Konstitusiyasının 73-cü maddəsinə dəyişiklik edilmişdir. 1978-ci il 21 aprel tarixində bu təklif xalq tərəfindən yekdilliklə səsvermə yolu ilə olduğu kimi qəbul olunmuşdur – “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Bu Ümummilli Liderimizin öz xalqına etdiyi ən böyük tarixi xidmətlərdən biri idi ki, o, bu qərarı ilə Azərbaycanın milli rəmzlərindən birini qoruyub saxlamış və eyni zamanda dövlət dili uğrunda durmadan mübarizə aparmışdır.
Dilimizi qorumaq, dövlət dili kimi yaşatmaq üçün Dahi Rəhbər Heydər Əliyev bütün ziyalıları və bütün Azərbaycan xalqını mübarizəyə cəlb etmişdi. Azərbaycanın dilçi alimlərinə yüksək qayğı göstərilirdi. Onların fəal, məhsuldar işləməsi üçün lazımi şərait yaradılırdı.
Azərbaycan dilində nəşr edilən elmi və bədii kitabların nəşri artırılmışdı. Bu, insanların, xüsusən də gənc nəslin və yeniyetmələrin daha çox öz doğma dilində mütaliyə etməsi, öz dilini mükəmməl öyrənməsi və sevməsi üçün idi.
Ümummilli Lider Heydər Əliyev: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir.
Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir.
İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu onun müqəddəs vətəndaşlıq börcudur”.
1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapıb, 2001-ci il iyun ayının 18-də isə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalanmışdır. Həmin Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır.
Ulu Öndərimiz ana dilimizə böyük məhəbbətlə 2001-ci il 9 avqust tarixində “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərman imzalamışdır ki, bu Fərmana əsasən hər il avqust ayının 1-i ölkəmizdə Azərbaycan dili günü kimi qeyd olunur.
Son vaxtlar dilimizin inkişafı ilə əlaqədar bir çox uğurlar əldə olunub. Xalqımız artıq öz doğma ana dilində danışır. Ədəbiyyatımız Azərbaycan dilində yazılır. Kitablar, elmi əsərlər, mətbuat Azərbaycan dilində nəşr olunur. İdarə və təşkilatlarda işlər öz müqəddəs dilimizdə gedir.
Dünyada ən gözəl dil olan, gözəl səslənən ana dilimiz-azərbaycan dilimiz dünyanın ən qədim, ən məlahətli dillərindən biridir. Onu sevməli, qorumalı və nəsildən nəsilə ötürərək daim yaşatmalıyıq. Ümummilli Liderimiz dahi Heydər Əliyevin dediyi kimi: – “Azərbaycan dili bizi keçmişdə də, indi də, gələcəkdə də birləşdirəcək”.
Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru

Əvvəlki yazı

Quru sərhədlər açıla bilər – Önəmli açıqlama

Sonrakı yazı

İlham Əliyev Şuşada qurultayda çıxış edir

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.