02-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Diaspora və konsulluq Türkiyədə heç bir iş görmür” -Müsahibə

01 Avqust 2019, 12:05
Siyasət, Seçmə
A A
“Diaspora və konsulluq Türkiyədə heç bir iş görmür” -Müsahibə

 

Hazırda İstanbulda yaşayan beynəlxalq münasibətlər üzrə ekspert, politoloq Ramiyə Məmmədova Reportyor.info-nun suallarını cavablandırıb.

Xanım analitik müsahibəsində Türkiyə-Azərbaycan əlaqələri, Diasporla İş üzrə Dövlət Komitəsinin qardaş ölkədə fəaliyyəti və digər məsələlərə toxunub.

 

– Ramiyə xanım, uzun müddətdir ki, Türkiyədə fəaliyyət göstərirsiniz. Orada siyasi çevrələrin bizə münasibəti bəllidir, bəs Türkiyə cəmiyyətinin mövqeyi necədir?

 

– Türkiyə – Azərbaycan münasibətləri 1991-ci ildən bərpa olunub və bu günə kimi bir millət iki dövlət münasibəti davam edir. Həm iqtisadi-siyasi, həm təhsil və bir çox sahələrdə əməkdaşlıq var.

Türk iş adamları Azərbaycana telekommunikasiyadan tutmuş qidaya qədər yatırımlar elədilər və eyni qaydada bizim iş adamları Türkiyəyə investisiya qoyur.

Artıq dövlətlər arasında böyük layihələr də var Bakı – Tiflis – Ceyhan kimi ,  yəni Türkiyə – Azərbaycan üzərindən Rusiya və MDB məkanına və bazarına çıxa bilir.

Azərbaycan isə Türkiyə üzərindən Avropa bazarına çıxır. Əlbəttə ki, bu da iki dövlət arasındakı cəmiyyətə təsir edir.

Azərbaycanlılarla türklər arasında ticari münasibətlər var, bu yaxınlaşma ailə qurmağa qədər gəlib çıxıb. Ümumilikdə türklər Azərbaycana müsbət münasibətdədirlər və ölkəmizi sevirlər.

 

 – Türkiyədə hansı siyasi partiyanın hakimiyyətdə olmasının Azərbaycan üçün bir fərqi varmı? Yəni, AKP-nin gedişi diplomatik mənada Azərbaycana münasibəti dəyişə bilərmi?

 

– Türkiyədə hər zaman hakimiyyət dəyişikliyi olub: prezidentlər və hökumətlər gedib, gələn iqtidar öz platforması, daxili və xarici siyasəti ilə seçilib. Lakin Azərbaycan-Türkiyə əlaqələri inkişafda olub. Bilirsiniz ki, o zaman Süleyman Dəmirəlin Heydər Əliyevlə gözəl münasibəti varıydı.

İndi də eyni münasibəti biz Rəcəb Ərdoğanla İlham Əliyev arasında görə bilirik. Yəni, iki dövlət başçısı münasibətindən də artıq qardaşlıq münasibətidir.

Bu gün AKP və lideri Ərdoğanın simasında Türkiyə Azərbaycana Qarabağ münaqişəsində də dəstəyini verir, ali tribunalardan bunu bəyan edirlər.

Hansısa hakimiyyətin dəyişməsi ilə Azərbaycana münasibət dəyişməz, çünki bu, əslində Türkiyə dövlətinə də ziyandır. Nəzərə almaq laızmdır ki, iqtisadi maraqlar ön plandadır.

Amma münasibətlərin necə olması həm də bizdən asılıdır. Təəssüf ki, Türkiyədə Azərbaycanı hələ də lazımi dərəcədə tanımırlar.

 

–   İqtidar aydındır, bəs Türkiyə müxalifəti Qarabağ məsələsində niyə passivdir? Fələstin, Suriya və digər müsəlman ölkələrə olan diqqət bizə yoxdur.  

 

–  Razıyam. Bunun səbəblərini müxalif partiyaların öz içində axtarmaq lazımdır. Türkiyə çoxmillətli ölkədir, partiyalarda müxtəlif xalqların nümayəndələri təmsil olunur. Bu da öz təsirini göstərir. Eyni zamanda Türkiyə Suriya və Fələstinə daha çox atalıq edir, maddi-mənəvi və hərbi dəstək verir.

 

– Türkiyədəki Azərbaycan diasporunun fəaliyyəti nə yerdədir? Qarabağ münaqişəsi və ölkəmizin milli maraqları ilə bağlı hansı addımlar atırlar?

 

– Türkiyədə diasporamızın heç bir fəaliyyətini görmürəm. Əlbəttə, Türkiyə – Azərbaycan dərnəkləri var. Amma onların da hər birinin işi göz qabağındadır, yəni adı var, özü yox. Ən böyük bədbəxtliyimiz budur ki, real iş görülmür.

Bu sözlərimi çox adam daşa tuta bilər, çünki düz söz ağır gəlir, amma reallıq ortadadır. Dərnəklər maliyyə dəstəyi almaq üçün bir-iki jurnalisti bir araya toplayır, Azərbaycan naminə formal tədbirlər keçirir.

Azərbaycanın layiqincə tanınmasına diaspor fəaliyyətinin heç bir təsiri yoxdur. Diaspora komitəsinin və Azərbaycanın Türkiyədəki konsulluqlarının fəaliyyətsizliyini mütləq qeyd etməliyəm.

Əlbəttə, İstanbulda yaşadığım üçün İstanbuldakı konsulluğu ilk növbədə nəzərdə tuturam. Buradakı konsulluğun insanlara xidmət etməsi, onların problemlərinin həlli və ölkənin tanıdılması məsələlərində fəaliyyət göstərməsi lazımdır.

Bunun üçün konsulluq və təbii ki, diaspora nümayəndələri İstanbulda yaşayan insanlarla, ziyalılarla iş görməlidir. Dəfələrlə burada yaşayan insanlarla və ziyalılarla söhbətdən mənə məlum oldu ki, müsbət bir rəy yoxdur.

– Türkiyədə kifayət qədər soydaşımız var, kimisi vətəndaşdır, kimisi sonradan Azərbaycandan gedəndir. Niyə olnarın televiziyası, orta və ali məktəbləri yoxdur?

 

– Türkiyədə fəaliyyət göstərən və yaşayan çox millətlər var. Hər biri burada özünə layiqli yer tutmağa çalışır, dilini, mədəniyyətini tanıtmağa cəhd edir.

Elə götürək erməniləri – onlar neçə məktəb tikib, uşaqlarına təhsil verir. Ancaq bizimkilərin gedəcəyi bir Azərbaycan məktəbi tapmasınız.

Burada yaşayan azərbaycanlı uşaqları problemlər içində böyüyür, hamısı savadsız və ağır işlərdə çalışmağa məruz qalıblar. Bizim uşaqların onlardan nə əksikliyi var? Bunu artıq dövlət səviyyəsində həll etmək lazımdır.

Bu uşaqlar bir vaxt Azərbaycana qayıda bilər. O halda ölkəsinə hansı faydası dəyəcək?  Təəssüf ki, bu məsələləri dövlət başcçımızın qarşısında təqdim edən qurumlarımız lazımi dərəcədə çalışmır.

Telekanal məsələsinə gəlincə, erməni lobbisi Türkiyədə qəzet, TV və radio açıb. Yeri gələndə Türkiyəni “erməni soyqırımı”nda ittiham edirlər.

Bizim bir qəzetimiz, jurnalımız belə yoxdur. İstanbulda bir müddət öncə “Haber Qlobal” TV kanalı azərbaycanlılar tərəfindən və SOCAR-ın təsisçiliyi ilə açılıb.

Məqsəd Azərbaycanı  təbliğ etməkdir. Amma hələ o TV-də Azərbaycan haqda bir kəlmə eşitməmişəm. Deməli, kimlərsə dövlətin pulundan və adından istifədə edərək özləri üçün işləyir. Belə olmaz, harada olsan milli maraqlarını qoruyub saxlamaq lazımdır.

Mən prezidentimizdən və vitse-prezidentimizdən xahiş edirəm ki, bu problemləri ciddi nəzarətə götürsünlər. Əgər belə vəziyyət qardaş dediyimiz ən yaxın ölkədə baş verirsə, onda uzaq ölkələrdə görülən işlərdən heç danışmaga dəyməz.

 

– Soydaşlarımızın Türkiyənin siyasi çevrələrindəki passiv fəaliyyətini nə ilə əlaqələndirərdiniz?

– Yenə də də dediyim məsələyə gəlirik – Azərbaycanı tanıtmaq üçün güclü diaspor işi lazımdır, konsulluqlar bu insanları üzə çıxarmalıdır, onları cəmiyyətə təqdim etməlidir.

Sizə bir misal verim: Xocalı soyqırımı anım günüdür, televiziyada bu haqda kiçik xəbər gedir. Spikerdən Xocalı qətliamı haqda intervyu aldığı adam türkdür. Yəni, bu ciddi məsələ haqa türk yaxşı danışa bilər yoxsa azərbaycanlı?

Bu televiziyalara, qəzetlərə, radiolara bilən insanlar çıxmalıdır. Bu gün Türkiyədə yaşayan azərbaycanlıların sayı Rusiyadan yaşayanlardan daha çoxdur.

Ona görə Türkiyənin ictimai-siyasi həyatında lazımınca fəaliyyət göstərməyin zamanı gəlib. Türkiyə Məclisində üç erməni millət vəkili otura bilir, amma bir azərbaycanlı millət vəkili otura bilmir. Bax ele problem də buradan irəli gəlir.

Bütün neqativ xasiyyətlərimizi bir kənara qoyaraq həm dövlət işçilərimizi, həm ziyalılarımızı gələcəyimiz üçün birləşib Azərbaycan üçün çalışmağa səsləyirəm.

 

 

 

 

Əvvəlki yazı

Vaşinqtondan Cavad Zərifə sanksiya

Sonrakı yazı

İntihar edən qızın atası: “Qızımızı kiməsə verməyimizin…”

Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi

Görüntüsü yayılan sabiq şöbə müdirinin oğlu həbs edildi

02 Sentyabr 2025, 10:47
İlhamə Abdullayevanın “600 minlik nöqsanı” – İdarə müdiri vəzifəsinə “əlvida” deyə bilərmi?

İlhamə Abdullayevanın “600 minlik nöqsanı” – İdarə müdiri vəzifəsinə “əlvida” deyə bilərmi?

02 Sentyabr 2025, 10:44
Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

Ədliyyə Nazirliyi tərəfindən bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirilir

02 Sentyabr 2025, 10:27
İnsanların yasa az gəlməsindən gileylənən molla danışdı

İnsanların yasa az gəlməsindən gileylənən molla danışdı

02 Sentyabr 2025, 10:25
Məktəbli formalarının satıldığı ünvanlar açıqlanıb

Məktəbli formalarının satıldığı ünvanlar açıqlanıb

02 Sentyabr 2025, 10:23
Şəhid müəllimin oğlu tələbə, qızı magistr oldu

Şəhid müəllimin oğlu tələbə, qızı magistr oldu

02 Sentyabr 2025, 10:20
“Qarabağ” Juninyonu qaytarmaq istədi, klubu buraxmadı

“Qarabağ” Juninyonu qaytarmaq istədi, klubu buraxmadı

02 Sentyabr 2025, 10:19
Türkiyə XİN ATƏT-in Minsk qrupunun ləğvini alqışladı

Türkiyə XİN ATƏT-in Minsk qrupunun ləğvini alqışladı

02 Sentyabr 2025, 10:15
İlin II Ay tutulması – Azərbaycanda da izləyəcəyik

İlin II Ay tutulması – Azərbaycanda da izləyəcəyik

02 Sentyabr 2025, 10:14
Bu kanalın baş redaktoru vəzifəsindən getdi

Bu kanalın baş redaktoru vəzifəsindən getdi

02 Sentyabr 2025, 10:12
Kolleclərə ixtisas seçimi bu gün yekunlaşır

Kolleclərə ixtisas seçimi bu gün yekunlaşır

02 Sentyabr 2025, 10:09
Xızıda 2 gənc qardaş faciəvi şəkildə öldü – Yenilənib

Xızıda 2 gənc qardaş faciəvi şəkildə öldü – Yenilənib

02 Sentyabr 2025, 10:08
Bu kinoşünaslara 4000 manat pul veriləcək (SİYAHI)

Bu kinoşünaslara 4000 manat pul veriləcək (SİYAHI)

01 Sentyabr 2025, 15:56
İki uşaq anasının müəmmalı ölümü – İntihar, yoxsa qətl?

İki uşaq anasının müəmmalı ölümü – İntihar, yoxsa qətl?

01 Sentyabr 2025, 15:55
Birinci kurs tələbələri təhsil haqqını necə ödəyəcək?

Birinci kurs tələbələri təhsil haqqını necə ödəyəcək?

01 Sentyabr 2025, 15:45
“Çin Azərbaycan-Ermənistan münasibətlərində özünü ciddi oyunçu kimi aparır” – Deputat

“Çin Azərbaycan-Ermənistan münasibətlərində özünü ciddi oyunçu kimi aparır” – Deputat

01 Sentyabr 2025, 15:24
ATƏT-in Minsk qrupu rəsmən LƏĞV OLUNDU

ATƏT-in Minsk qrupu rəsmən LƏĞV OLUNDU

01 Sentyabr 2025, 15:22
Təhsildə gizli ticarət: Müəllimlər kitab satır?

Təhsildə gizli ticarət: Müəllimlər kitab satır?

01 Sentyabr 2025, 15:19
İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxış etdi

İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxış etdi

01 Sentyabr 2025, 14:27
Dərslər Formula 1-ə görə sentyabrın 21-i başlayacaq? – Açıqlama

Dərslər Formula 1-ə görə sentyabrın 21-i başlayacaq? – Açıqlama

01 Sentyabr 2025, 14:24

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.