21-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Deputatlığa namizədlərə bəd xəbər

10 Yanvar 2020, 09:22
Siyasət, Seçmə
A A
Deputatlığa namizədlərə bəd xəbər

Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu gün – yanvarın 10-da deputatlığa namizədlərin qeydə alınması üçün sənədlərin dairə seçki komissiyalarına (DSK) təqdim edilməsi müddəti başa çatır. Seçki Məcəlləsinə görə, namizədlər imza vərəqələri ilə yanaşı, gəlirləri və əmlakları barədə də məlumatları komissiyalara təqdim etməlidirlər.

 “Yeni Sabah” xəbər verir ki, son günlər müxalifətdən olan bəzi namizədlər hakim düşərgədən olan opponentlərindən əmlak və gəlirlərini açıqlamalarını istəyiblər. Onlar bununla bağlı seçki komissiyalarına da üz tutublar. Amma hələlik, qarşı tərəfdən bu çağırışa hər hansı münasibət bildirilməyib.

İki gün öncə, yanvarın 7-də bu məsələyə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov da münasibət bildirmişdi. M.Pənahov vurğulayıb ki, deputatlığa namizədliyini irəli sürmüş şəxslər öz əmlaklarını gizlətməməlidirlər: «Əmlak və gəlirlərin açıqlanması Seçki Məcəlləsinin tələbidir. Dairə seçki komissiyalarının namizədliyini irəli sürmüş şəxsə bu barədə məlumat vermək öhdəliyi yoxdur. Namizədliyini irəli sürmüş şəxslər bu barədə özləri məlumat verməlidirlər».

«Hüquq və İnkişaf» İctimai Birliyinin sədri Hafiz Həsənov Azadliq.org-a deyib ki, deputatlığa namizədlər dairə seçki komissiyalarına (DSK) bir sıra sənədlərlə yanaşı, gəlirləri, gəlirlərinin miqdarı və əmlakları barədə sənədlər təqdim etməlidirlər:

«Bu tələblər Seçki Məcəlləsinin 58.1.4-cü və 58.1.5-ci maddələrində yer alır».

Hüquqşünas deyib ki, bu barədə düzgün məlumat vermədikdə Seçki Məcəlləsinin 60.2.2 maddəsinə görə, namizədin qeydiyyatından imtina edilə bilər. H.Həsənov vurğulayıb ki, burada həm də söhbət bu məlumatların qəsdən gizlədilməsindən gedir. O, hesab edir ki, qanunvericilikdə bu məsələlər yer alsa da, indilikdə məqsəd heç də gəlirlər və əmlaklar barədə məlumat toplamaq deyil: «İndiki halda praktikada baş verənlər, sadəcə, hansısa arzuedilməz namizədin qeydə alınmamasına xidmət edir…»

Hüquqşünas hesab edir ki, seçki komissiyaları bu məsələ barəsində maarifçilik işi aparmalıdırlar. Onun sözlərinə görə, əgər hansısa namizəd bilmədən gəlirləri barədə məlumat verməyibsə və 24 saat müddətində onu aradan qaldıra bilsə, qeydiyyatda problem olmamalıdır.

«Amma problem budur ki, bu məsələyə aid maddə tətbiq edilmir. Bunu məqsədli şəkildə izah etmirlər və maarifləndirmə işi aparmırlar ki, bir növ arzuedilməz namizədlərə badalaq vurmaq yeri kimi qalsın», –H.Həsənov bildirib.

Yeri gəlmişkən, hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatlar bir müddət öncə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı ölkə rəhbərliyinə müraciət göndərərkən bunu islahatların sürətləndirilməsi məqsədi ilə izah etmişdilər. İndi bəzi ekspertlər sual edir ki, «öz gəlir və əmlakı haqqında məlumat verməyən şəxslərlə islahatları sürətləndirmək olarmı?»

Yeni Azərbaycan Partiyası (YAP) mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev də «Turan» agentliyinə deyib ki, Seçki Məcəlləsinin tələbinə görə, namizədlər əmlakları, gəlirləri barədə DSK-lara məlumat verməlidir. «Əgər bütün namizədlərimiz qeydə alınıbsa, demək, onlar Seçki Məcəlləsinin bütün tələblərinə əməl ediblər»,- H.Paşayev vurğulayıb.

Ancaq namizədlikləri qeydiyyata götürülən şəxslərdən indiyə kimi kimin öz gəlir və əmlakı haqqında məlumat verdiyini, kiminin isə vermədiyini, hələlik, Mərkəzi Seçki Komissiyasından dəqiqləşdirmək mümkün olmayıb. «Report» agentliyinin məlumatına görə, MSK sədri yanvarın 8-də keçirilən iclasda deyib ki, «əmlakla bağlı məsələni istəsək də, nəzərə ala bilmirik».

M.Pənahov yenə vurğulayıb ki, əmlak və gəlirlərin açıqlanması Seçki Məcəlləsinin tələbidir. «Digər düzəlməsi mümkün olan məsələlərlə bağlı MSK çalışır ki, iddiaçının xeyrinə məsələni həll etsin. Biz açıq qanun pozuntusu istisna olmaq şərtiylə çalışırıq ki, namizədin xeyrinə qərar qəbul edək», – agentliyin xəbərinə görə, MSK sədri qeyd edib.

Əvvəlki yazı

MSK: 689 nəfərin namizədliyi qeydə alınıb

Sonrakı yazı

Nərminin qətli haqda şok açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.