10-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

“Deputatların tənqid və çox vaxt təhqir atəşinə tutulmasını qətiyyən ədalətli saymaq olmaz”

14 Aprel 2020, 13:48
Cəmiyyət
A A
“Deputatların tənqid və çox vaxt təhqir atəşinə tutulmasını qətiyyən ədalətli saymaq olmaz”

Rəşad Mahmudov
Milli Məclisin deputatı,
Tibb elmləri doktoru

Hörmətli seçicilərim və əziz həmvətənlər,

Son dövrlər bəzi kütləvi informasiya vasitələrində və xüsusən də sosial şəbəkələrdə Milli Məclisin deputatlarına qarşı əsassız tənqid və hətta təhqirlərə yol verilməsi hallarının artması ilə əlaqədar fikirlərimi bölüşməyə ehtiyac duyur, deputatların vəzifələri və səlahiyyətləri barədə cəmiyyətə məlumat verməyin faydalı olduğunu düşünürəm. Deputatlardan olan tələblərin kökündə onların vətəndaşlara maddi yardım etməyə və bu barədə cəmiyyətə hesabat verməyə borcu olmaları barədə fikirlər qabardılır, deputatlar barədə mənfi fikirlər formalaşdırmağa cəhd edilir.

İlk öncə deməliyəm ki, COVİD-19 adlı dəhşətli bir təhlükə bütün dünyaya meydan oxuduğu bir dövrdə cəmiyyətin hər bir üzvünün mərhəmətli olmaq, xəstəliyin yayılmasının qarşısının alınmasında töhfəsini vermək, cəmiyyətə müsbət impulslar ötürmək, imkanı olan şəxslərin isə həm də ehtiyacı olanlara yardım etmək kimi bir insani, bir vətəndaşlıq, bir mənəvi borcu vardır. Cəmiyyətin avanqard üzvləri kimi deputatlar da özlərinin vətəndaşlıq, insani və mənəvi borclarını dərindən anlayır və yerinə yetirirlər, lakin bunların deputatın vəzifə borcu olmasını düşünmək və bununla bağlı hesabatlar istəmək cəhdləri yanlışdır. Qeyd etməliyəm ki, iş adamları, sahibkarlar, hüququ və fiziki şəxslər fərdi qaydada, konkret şəxslərə yardım etməkdə, bu barədə məlumatlar və hesabatlar yaymaqda sərbəst olduqları halda, qanunvericiliyin tələblərinə görə deputatlara, onlara təklif edilən hədiyyələrin qəbulu qadağan olduğu kimi, hər hansı fiziki və ya hüquqi şəxsə hədiyyələr təklif etməsi də qadağan edilmişdir.

Buna görə də, deputatlar etdikləri yardımları fərdi qaydada kiməsə maddi yardım vermək şəklində deyil, ümumi qaydada, müxtəlif hesablara və təşəbbüs qruplarına ianə verilməsi şəklində həyata keçirir və buna görə hesabat verməyə borclu deyildirlər.

Eyni zamanda, bəzən deputatlardan yol çəkmək, təmir işləri aparmaq, maddi yardım etmək, abadlıq işləri aparmaq, cehiz almaq, elektrik və qaz sərfiyyatına görə borcları ödəmək və onlarla sadalamadığım digər xarakterli şəxsi istəklər olur ki, bunların yerinə yetirilməsi nəinki deputatların səlahiyyəti xaricindədir, əksinə onun tərəfindən yerinə yetirilməsi qanunaziddir. Bunlara görə deputatların qınanmasını, tənqid və çox vaxt təhqir atəşinə tutulmasını qətiyyən ədalətli saymaq olmaz.

Deputatların səlahiyyətləri və vəzifələri çox aydın şəkildə Azərbaycan Respublikasının Konstitusiyasında, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” və “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının qanunlarında göstərilmişdir. Belə ki, deputatın Milli Məclisin və onun orqanlarının iclaslarında iştirak etmək, Milli Məclisin müzakirə etdiyi bütün məsələlərə dair səs vermək, fikrini bildirmək, təkliflərini və qeydlərini vermək, qanunvericilik təşəbbüsü ilə çıxış etmək, dövlət orqanlarına sorğular vermək, məlumat almaq və yaymaq kimi səlahiyyətləri, vətəndaşların hüquqlarını və azadlıqlarını, Azərbaycan Respublikasının mənafelərini qorumaq, Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını rəhbər tutmaq, deputatların etik davranış qaydalarına əməl etmək kimi hüquqları vardır.

Buna görə də, cəmiyyətin bütün üzvlərinə səslənərək xahiş edirəm ki, istək və tələblərini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunlaşdırsınlar, əsassız tələblərdən, xüsusən böhtan və təhqirlərdən çəkinsinlər, normal vətəndaş cəmiyyətinin qurulmasında töhfələrini versinlər.

Əminəm ki, Cənab Prezidentimiz və Mehriban xanımın arzuladığı və hədəflədiyi iqtisadi-siyasi və sosial tərəqqiyə qanunverici, icraedici orqanlar və cəmiyyətin hər bir üzvünün şüurlu, qanuna və əxlaqa əsaslanan qarşılıqlı münasibəti və fəaliyyəti zəminində nail olunacaqdır.

#rashadmahmudov #astara #evdəqal #bizbirlikdəgüclüyük #milliməclis

Əvvəlki yazı

“Yardım”, yoxsa dövləti gözdənsalma kampaniyası?

Sonrakı yazı

TƏBİB xalqa müraciət etdi – maskadan öncə…

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.