20-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Deputatların Qarabağa qanunsuz səfəri ilə bağlı Almaniya XİN-ə nota veriləcək

19 Oktyabr 2020, 19:01
Siyasət
A A
Deputatların Qarabağa qanunsuz səfəri ilə bağlı Almaniya XİN-ə nota veriləcək

 

“Bu ilin 18 oktyabr tarixində Almaniya üçün radikal sağçı Alternativ (AfD) partiyasının Bundestaq və Brandenburq federal torpağının Landtaqındakı fraksiyalarının nümayəndələrindən ibarət dörd nəfərlik nümayəndə heyəti Şteffen Kotre (Steffen Kotré), Ştefan Koyter (Stefan Keuter),  Andreas Qalau (Andreas Galau), Andreas Kalbits (Andreas Kalbitz) işğal altında olan torpaqlarımıza səfər edib”.

“Reportyor.info”nun məlumatına görə, bu barədə  AR XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Almaniya üçün radikal sağçı Alternativ (AfD) partiyasının Bundestaq və Brandenburq federal torpağının Landtaqındakı fraksiyalarının nümayəndələrindən ibarət dörd nəfərlik nümayəndə heyətinin işğal altında olan torpaqlarımıza səfəri ilə bağlı sorğuya cavabında bildirib.

“Qeyd etmək istərdik ki, Almaniyada olduqca mənfi imicə sahib olan bu deputatlar AfD partiyasında Ermənistanın xeyrinə təbliğat aparan qruplaşmanın üzvləridir. Andreas Kalbits AfD partiyasının idarə heyətinin 15 may 2020-ci il tarixli iclasında neonasist Respublikaçılar partiyasına üzv olması əsas gətirilməklə, neonasist keçmişinə görə partiya sıralarından xaric edilmişdir. Qeyd edək ki, Bundestaqın deputatı Ştefan Koyter də ictimaiyyətdə nasist və anti-semitist şüarlardan həvəslə istifadə etməsinə görə seçilir.

Yuxarıda adları qeyd olunan deputatların adları 2019-cu ildə Azərbaycanın işğal olunmuş torpaqlarına qanunsuz səfər etdiyi üçün Azərbaycan Respublikasının “arzuolunmaz şəxslər” siyahısında yer alıb.  AfD siyasətçilərinin adları təkcə Azərbaycanın işğal olunmuş bölgələri deyil, bütövlükdə post-sovet məkanındakı münaqişə bölgələrinə tez-tez qanunsuz səfərlər etməkdə hallandırılır.

Qeyd edək ki, bu dördlüyün ötən ilin mayında etdikləri qanunsuz səfərlə bağlı Bundestaqın və Brandenburq Landtaqının prezidentlərinə göndərilən etiraz məktublarına müvafiq tərəflərdən verilmiş cavablarda səfərin həmin qurumlarla razılaşdırılmadığı, hər hansı komitəsinin icazəsi ilə baş vermədiyi və səfərlə əlaqədar bütün məsuliyyətin onun iştirakçısı olan deputatların üzərinə düşdüyü vurğulanmışdır. Eyni zamanda qeyd edək ki, Bundestaqın AfD fraksiyası münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə dair ortaq mövqe ortaya qoyur.

Ökəmizin Almaniyadakı səfirliyi tərəfindən sözügedən qanunsuz səfərlə əlaqədar AFR XİN-ə nota, Bundestaq və Brandenburq Landtaqlarına etiraz məktubları göndərəcəkdir.

Bu fakt bir daha onu göstərir ki, Ermənistanın ekstremist və neonasist baxışlara sahib olan şəxslərlə tarixən mövcud olan əməkdaşlığı bu gün də davam etməkdədir.

Beləliklə də Qaregin Njde timsalında faşizmi qəhrəmanlaşdıran Ermənistanın radikal sağçı, mənfi imicə malik olan AfD partiyası ilə əməkdaşlığı, bu ölkənin dövlət səviyyəsində faşizmin qəhrəmanlaşdırılması siyasəti yürütdüyünü və bu cəhdləri ilə Azərbaycanın işğal etdiyi ərazilərində yaratdığı qanunsuz rejimi təbliğ etmək üçün istifadə etdiyini növbəti dəfə açıq şəkildə nümayiş etdirir”, – deyə qurum rəsmisi qeyd edib.

Əvvəlki yazı

Hərbçimiz 27 il sonra Füzulidəki doğma evini ziyarət edib (VİDEO)

Sonrakı yazı

Düşmən ordusunun kapitanı məhv edildi (FOTO)

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

Vatsap yazışmaları izlənilə bilər? – Ali Məhkəmədən açıqlama

18 Fevral 2026, 16:58
12 ölkədə Ramazan ayı başlayıb

12 ölkədə Ramazan ayı başlayıb

18 Fevral 2026, 16:57
Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

Klinikada xanım həkimin qapısını zorla açan şəxs həbs edildi: “Onu sevirəm…”

18 Fevral 2026, 16:54
Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

Azərbaycanda həbsdə olan klub prezidentinin daha bir DƏLƏDUZLUĞU ÜZƏ ÇIXDI

18 Fevral 2026, 16:53
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 16:51
Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

Müştərisinin başına torba keçirib təqaüdünü talayan bərbər saxlanıldı — VİDEO

18 Fevral 2026, 16:48
Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

Suyun qiyməti qalxacaq: Tarif Şurasında hazırlıq

18 Fevral 2026, 16:44
Bakıda 23° isti olacaq

Bakıda 23° isti olacaq

18 Fevral 2026, 14:04
Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

Anar Ələkbərov 95 yaşlı Nəriman Həsənzadəni ziyarət etdi – Fotolar

18 Fevral 2026, 14:02
Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

Dubaydan gələn 33 yaşlı Azərbaycan vətəndaşı aeroportda saxlanıldı – Brilyantlarla bəzədilmiş platin və qızıl ərintili üzüklər…

18 Fevral 2026, 14:00
“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

“Yuxa”nın fəaliyyəti məhdudlaşdırıldı

16 Fevral 2026, 17:13
Əli Əhmədovun oğluna yeni vəzifə verildi

Əli Əhmədovun oğluna yeni vəzifə verildi

16 Fevral 2026, 17:10
Güclü külək əsəcək – Xəbərdarlıq

Güclü külək əsəcək – Xəbərdarlıq

16 Fevral 2026, 17:08
TƏBİB-in yeni sədrindən AÇIQLAMA

TƏBİB-in yeni sədrindən AÇIQLAMA

16 Fevral 2026, 17:07
“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

“MediHall Hospital’”da ölüm faktı ilə bağlı araşdırma aparılır

16 Fevral 2026, 14:00
Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

Villası yanan iş adamı Rusiyada diaspor rəhbəri imiş – Foto-Video

16 Fevral 2026, 13:31
“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovla bağlı qərar verildi

16 Fevral 2026, 13:21
Sosial müavinətlə bağlı rəsmi məlumat

Sosial müavinətlə bağlı rəsmi məlumat

16 Fevral 2026, 13:16
Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

Kanaldan 76 yaşlı kişinin meyiti tapıldı

16 Fevral 2026, 13:15
Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

Şabrandakı qəzalı məktəblə bağlı – Açıqlama

16 Fevral 2026, 13:14

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.