05-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Deputatlardan generalların cəbhə bölgəsinə getməsinə – Reaksiya

07 May 2020, 11:46
Gündəm, Manşet
A A
Deputatlardan generalların cəbhə bölgəsinə getməsinə – Reaksiya

Siyasi partiyalar Azərbaycan Prezidentinin köməkçisi general-polkovnik Məhərrəm Əliyev, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyətinin ön xətdə yerləşən hərbi hissələrə səfərinə münasibət bildirib.

“Report” xəbər verir ki, Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bu səfərlərin ən azı düşməni narahat etdiyini və bu narahatlığın Azərbaycan üçün vacib olduğunu bildirib.

O hesab edir ki, Azərbaycan Prezidentinin köməkçisi general-polkovnik Məhərrəm Əliyevin, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun, hərbi rəhbərlikdə təmsil olunan digər yüksək vəzifəli şəxslərin cəbhə bölgəsinə səfərləri hərbçilər üçün faydalıdır: “Çünki belə səfərlər ruh yüksəkliyini qaldırmağa və vəziyyəti yerində daha dərindən öyrənməyə imkan verir. Bu, eyni zamanda əsgər və zabitlərin birbaşa yuxarı komandanlıqla əlaqə saxlaması, fikirlərini söyləməsi, şikayətlərini çatdırması üçün müsbət addımdır”.

Partiya sədri deyib ki, dünyada koronavirus pandemiyasının tüğyan etdiyi dövründə əsgərlərin ayıq-sayıqlığını artırmaq vacibdir və generalların hərbi hissələrə, o cümlədən ön xəttə səfərləri bu baxımdan da böyük önəm daşıyır: “Nəzarət olanda bu məsələlərdə daha ciddi dəyişikliklər olur. Koronavirusa görə çağırışlarla və tərxislə bağlı proseslər də əvvəlki qaydada aparılmır. Ona görə də vəziyyəti yerində araşdırmaq çox müsbət addımdır. Qarşı tərəf də görür ki, Azərbaycan Ordusuna rəhbərlik edən şəxslər kifayət qədər ciddi şəkildə ordunun fəaliyyətinə nəzarət edirlər və hər an döyüşə hazırlıq istiqamətində addımlar atırlar. Onlar görsünlər ki, Azərbaycan tərəfi torpaqlarının itirilməsi ilə barışmayıb və son damla qanına qədər vuruşacaq. Ona görə də hərbi rəhbərliyin cəbhə bölgəsinə səfərləri düşmənə bu mesajın verilməsi baxımından da çox faydalıdır”.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı generalların cəbhə bölgəsinə səfərlərini Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətini artırmaq, ordunu ən müasir döyüş vasitələri və hərbi texnika ilə təmin etmək, eyni zamanda şəxsi heyətin sosial vəziyyətini müasir tələblər səviyyəsinə qaldırmaq məqsədi daşıyan tədbirlər kimi qiymətləndirib.

O bildirib ki, Azərbaycan Ordusunun potensialı qısa vaxt ərzində torpaqlarımızı erməni işğalından azad etməyə imkan verir: “Prezident İlham Əliyevin ən çox diqqət yetirdiyi məsələlərdən biri də ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsidir. Cənab Prezident 2003-cü ildən indiyə qədər bununla bağlı ciddi layihələrə imza atıb və Müdafiə Nazirliyi, bütövlükdə Silahlı Qüvvələrimizdə böyük irəliləyişlərə nail olmuşuq. Azərbaycanda hərbi sahəyə ayrılan maliyyə vəsaiti dəfələrlə deyildiyi kimi Ermənistanın bütövlükdə dövlət büdcəsindən çoxdur. Başqa variant da yoxdur. Çünki Azərbaycanın ərazisi işğala məruz qalıb, Ermənistan və onu himayə edən dövlətlər torpağımızın 20%-ni bu günə qədər işğalda saxlamaqdadır. Ermənistana qarşı beynəlxalq səviyyədə ciddi təzyiqlər yoxdur. Halbuki təcavüzkar ölkə kimi ən azı diqqəti cəlb edən sanksiyalarla üzləşə bilər, lakin bunu etmirlər. BMT-nin Təhlükəsizlik Şurasının və ayrı-ayrı qurumların qərar və qətnamələri yerinə yetirilmir. Aparılan sülh danışıqları da konkret nəticələr vermir. Deməli bizim müharibədən başqa variantımız qalmır. Ona görə də hər zaman ən müxtəlif səviyyələrdə Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətini artırmaq üçün bu və buna bənzər tədbirlər həyata keçirilir”.

Partiya sədri vurğulayıb ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti tez- tez cəbhə bölgəsinə gedir, əsgər və zabitlərin şəraiti ilə tanış olurlar. Müdafiə naziri eyni zamanda təlimləri birbaşa müşayiət və idarə edir: “Orduda cərəyan edən bu proseslərdə rəhbərlik fəal iştirak edir. Görünən budur ki, Azərbaycanın işğal olunmuş torpaqlarını igid əsgərlərimiz və zabitlərimiz azad edəcəklər. Belə bir missiyanı Silahlı Qüvvələrimiz yerinə yetirəcək və 300 ildən çox davam edən, torpaqlarımızı zaman-zaman alıb özünə dövlət yaradan, ərazisini genişləndirən ermənilərə qarşı son döyüş aparılaraq onlara ciddi tarixi dərs veriləcək”.

F.Ağamalı hesab edir ki, torpaqlarımızı azad edəcəyimiz gün çox da uzaqda deyil: “Biz tarixi qələbəni qeyd etmək üçün həmin son döyüşə artıq yaxınlaşmaqdayıq. Son döyüşün tarix çox da uzaqda deyil. Prezident İlham Əliyevin 2013-cü ildə Müdafiə Nazirliyinin rəhbərliyində etdiyi dəyişiklik, xüsusi ilə Zakir Həsənovun Müdafiə naziri təyin edilməsi nazirlik sistemində islahatların aparılmasında, hərbçilərimizin döyüş qabiliyyətinin artırılmasında, şəraitlərinin yaxşılaşdırılmasında mühüm rol oynadı. Bu gün Zakir Həsənovun rəhbərlik etdiyi Müdafiə Nazirliyi Ermənistana qarşı müharibəyə tam hazırdır, lakin müəyyən beynəlxalq amillər var ki, o amillər müharibəni başlamağımızı və qalib gəlməyimizi yubadır”.

Qeyd edək ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Prezidentin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti ön xətdə yerləşən hərbi hissələrdə olublar.

Qoşunların təmas xəttindəki əməliyyat şəraiti barədə məruzələri dinlədikdən sonra general-polkovnik M.Əliyev və general-polkovnik Z.Həsənov üzbəüz yerləşən düşmən mövqelərini müşahidə ediblər. Müdafiə naziri bölmələrin daim döyüşə hazır vəziyyətdə olması barədə müvafiq tapşırıqlar verib.

Ön xətdə olan Müdafiə naziri cəbhənin Talış kəndi istiqamətindəki döyüş mövqelərində xidmət edən hərbi qulluqçularla görüşüb, onların xidmət şəraiti ilə maraqlanıb. Şəxsi heyətlə görüş zamanı Ali Baş Komandanın Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi və hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı verdiyi tapşırıqların icrası istiqamətində fəaliyyətlərin davam etməsindən danışan general-polkovnik M.Əliyev bu məsələlərin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu da xüsusi vurğulayıb.

Sonra tank bölmələrində olan general-polkovnik M.Əliyev və general-polkovnik Z.Həsənov tank ekipajları ilə görüşərək onların döyüş hazırlığını yoxlayıb və xidmətləri ilə maraqlanıblar.

Generallar cəbhə bölgəsindəki hərbi hissələrin silah və hərbi texnikasının döyüş qabiliyyətini yoxlayıblar.

Hərbi hissələrdə şəxsi heyət üçün yaradılan şəraitlə tanışlıqdan sonra hərbi hissələrin sərəncamında olan silah və hərbi texnikanın müxtəlif növlərinə baxış keçirilib.

M.Əliyev, Z.Həsənov və nazirliyin digər rəhbər heyəti Azərbaycan Ordusunun şəxsi heyətinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində aparılan islahatlar çərçivəsində cəbhəboyu zonada tikintisi yekunlaşmaqda olan hərbi hissədə olublar.

Generallar ön xətdə yerləşən növbəti hərbi hissədə olublar. Hərbi hissənin əsgər yeməkxanası, əsgər yataqxanası, silah və ideoloji otaqlar, əşya və ərzaq anbarlarına baxış keçirilib.

Döyüş növbətçiliyi aparan şəxsi heyətin xidməti ilə maraqlanan general-polkovnik M.Əliyev və general-polkovnik Z.Həsənov komanda-müşahidə məntəqəsindən düşmən mövqelərini müşahidə ediblər.

Hərbi hissədə yaradılan şəraitlə tanışlıqdan sonra Müdafiə naziri hərbi qulluqçuların xidməti və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görüləcək işlərlə bağlı müvafiq tapşırıqlar verib.

Əvvəlki yazı

“Nazir həbs edilsə, təəccüblənməyəcəm” – Deputat

Sonrakı yazı

DTX Vilyam Hacıyevlə bağlı məlumat yaydı

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.