11-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

DEPUTATLA İCRA BAŞÇISI ARASINDA “30 MİNLİK” QALMAQAL-Adil Əliyevin hansı küçədəki obyektə qapı açdırmaq istədiyi bilindi

22 Noyabr 2018, 10:01
Seçmə
A A
DEPUTATLA İCRA BAŞÇISI ARASINDA “30 MİNLİK” QALMAQAL-Adil Əliyevin hansı küçədəki obyektə qapı açdırmaq istədiyi bilindi

“İcra başçısı var ki, mənim özümdən bir qapının açılması üçün 30 min manat pul istəyir… Bir icra başçısı məndən, millət vəkilindən bir qapının açılması üçün 30 min manat istəyirsə, gör, sadə vətəndaşdan nə istəyir?”

Deputat Adil Əliyevin – qanunverici hakimiyyət qolunun hakimiyyətyönlü üzvünün canlı yayımda (Musavat.com) hətta Azərbaycan reallığı üçün sensasiyalı (Rəsmi şəxslərin belə etiraflarına nadir hallarda rast gəlinir – R.Ə.) açıqlamasından bir neçə gün keşsə də, ölkənin hüquq-mühafizə orqanları, o cümlədən yuxarı instansiyalar hələ də susurlar. Sanki, belə ağır cinayət ittihamı ilə bir deputat yox, yoldan keçən hansısa məsuliyyətsizin biri çıxış edib.

Normal cəmiyyətlərdə isə deputatın belə bir bəyanatı bomba kimi partlayar, həmin ölkənin KİV-ləri tərəfləri, o cümlədən nəzarət orqanlarını “divara dirəyər”, işin bütün hallarını açıb ortaya tökər, nəticədə kimlərsə birbaşa həbsə, kimlərsə ən azı istefaya gedərdi. Lakin “xoşbəxtlikdən” bizdə belə “bombalar partlamır”, hüquq-mühafizə orqanları belə məsələləri bir qayda olaraq “görməzlikdən” gəlir, xalq isə sadəcə başını yelləyib keçir. Çünki ölkədə sözün əsl mənasında ŞƏFFAFLIQDIR! Gizlində heç nə baş vermir. Hər şey göz önündədir. Bir icra başçısının bir deputatdan 30 min rüşvət tələb etməsi kimi…

Amma yenə də adamı maraq bürüyür: deputatdan bir qapının açılmasına görə 30 min rüşvət tələb edən hansı icra başçısıdır?

Adil Əliyev ad çəkməkdən imtina edib. Lakin açıq şəkildə bildirib ki, bu işdən “yuxarıların” xəbəri var, çünkü özü məlumat verib və icra başçısının cəzalandırılmasını xahiş edib. Deputat, kimdən şübhələnməli olduğumuza eyham vurmasa da, kimlərdən şübhələnməməli olduğumuzu adlar çəkərək bəyan edib: Qaradağ, Nərimanov, Nizami, Sabunçu və Xətai rayonlarının başçıları deyil.

Belə olduqda, “şübhəlilər” sırasında kimlər qalır?

Bakının 11 rayonu var, yuxarıda adları çəkilənləri çıxsaq, yerdə qalanlar bunlardır: Səbail, Yasamal, Nəsimi, Binəqədi, Suraxanı və Pirallahı. Demək ki, deputatdan rüşvət tələb edən icra başçısı bu rayonlardan birinə rəhbərlik edir.

Həmin icra başçısının kim olduğunu qətiyyətlə söyləmək çətindir. Lakin “AzPolitika”nın bu istiqamətdə araşdırması zamanı bəzi ipucları əldə etmək mümkün olub.

Məlumatlı mənbənin bildirdiyinə görə, deputat Adil Əliyev özünün Salatın Əsgərova – 101 ünvanında yerləşən obyektinə əlavə qapı açmaq üçün icra hakimiyyətinə müraciət edib. İcra başçısı “mənim də xərclərim var, 30 min versin, açsın”, – deyə, deputata ismarıc göndərib.

Salatın Əsgərova küçəsi isə Yasamal rayonunun ərazisində başlayıb, Nəsimi rayonunun ərazisinədək uzanır…

Deməli, daha konkret fikir bildirmək üçün sözügedən ünvan ətrafında bir qədər dərin araşdırmaya ehtiyac var.

Mövzuya qayıdacağıq.

Rasim ƏLİYEV
AzPolitika.info

Əvvəlki yazı

XİN:”Paşinyanın azərbaycanlı girovlarla bağlı bəyanatı onun ümumbəşəri humanizm prinsiplərini rədd edən biri olduğunu göstərir”

Sonrakı yazı

RAMİZ MEHDİYEV NİKOLAY PATRUŞEVLƏ GÖRÜŞDÜ –Xəzərin hüquqi statusu müzakirə edilib

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.