12-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Deputatın sədrlik etdiyi Şura ilə bağlı şok hesabat – Azay Quliyev vəziyyətdən çıxa biləcəkmi?

06 Aprel 2021, 11:40
Araşdırma
A A
Azay Quliyev rüşvətlə həbs edilənə 40 min ayırdı

Hesablama Palatası ötən il dövlət qurumlarında aparılan maliyyə nəzarəti barədə yekun nəticəni açıqlayıb. Hesabat aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.
Sənəddə korrupsiya, mənsəmə və digər pozuntu faktları ilə bağlı maraqlı məlumatlar var. Hesabatda qeyd olunub ki, il ərzində ən çox nöqsan ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda, Aqrar Xidmətlər Agentliyində və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında aşkar olunub.
Qeyd edək ki, Hesabalama Palatasının ötən illə bağlı hesabatı dərc olunmazdan xeyli əvvəl QHT-lərə Dövlət Dəstəyi Şurasında aparılan yoxlmalar barədə mediada və sosial şəbəkələrdə məlumat yayılmışdı. Həmin informasiyalarda qeyd olunurdu ki, Şurada bir neçə milyon manatdan artıq vəsait düzgün xərclənməyib.
Məsələn, sənədlərdə 1 milyon manata yeni mətbəənin alınması göstərilsə də köhnə avadanlıq quraşdırılıb, daxili xərclər üçün ayrılan 2 milyon manat vəsait düzgün bölüşdürülməyib. O cümlədən Şuranın fəaliyyətinə ştatdan əlavə çoxsaylı işçilər cəlb edilib ki, onların əksəriyyəti Şuranın sədri Azay Qulievin qohumları olub.

İki il əvvəl istifadəyə verilmiş “Səlis” xidməti üçün hər il yüz minlərlə manat vəsait xərclənib. Daha sonra satınalmalarda açıq tenderler olmayıb, digər üsullardan istifadə olunub. Eyni zamanda tenderlərədə qalib gələn şirkətlər, MMC-lər də “dost-qardaş”lara, sədrə yaxın insanlara məxsus olub. Bundan başqa QHT Şurası xeyli sayda avadanlıqlar və avtomobiilər alıb, bu zaman xeyli sayda büdcə vəsaiti şişirdilərək silinib. Palata bütün bu halları ciddi nöqsan kimi qeydə alıb.
Mediada yayılan məlumatlarda QHT Şurasının əvvəl yerləşdiyi ofisin Prezidentin keçmiş köməkçisi Əli Həsənova məxsus olduğu, onun təmirinə kifayət qədər iri vəsaitlər sərf olunduğu qeyd olunur. Şura Əli Həsənova hər ay 18 min manat kirayə haqqı ödəyib.

Keçmiş şöbə müdiri hakimiyyətdən qovulduqdan sonra A. Quliyev onun ofisindən çıxaraq “Çinar” Plazada məskunlaşıb. Tənqidçiləri iddia edirlər ki, bununla o Əli Həsənovla işbirliyini ört-basdır etməyə cəhd edib.
İttihamlarda bildirilir ki, Azay Quliyevin mediada toxunulmaz şəxs olması da təsadüfi deyil. Çünki əksər media rəhbərləri bu və ya digər şəkildə Şuranın işinə cəlb edilib, layihələri maliyyələşdirilib.
Qeyd edək ki, Hesabalama Palatasının sənədində nöqsanlarla bağlı düzgün ölçü götürülməməsindən şikayət edilir: “Əvvəlki illərdə də qeyd edildiyi kimi, dövlət vəsaitlərinin qanunauyğun, səmərəli, qənaətli və nəticəli istifadəsində nöqsanlara yol verən vəzifəli şəxslərə münasibətdə zəruri intizam tədbirləri tətbiq edilmir”.
Palata həmin vəzifəli şəxslərə yalnız xəbərdarlıq edildiyini, həmin şəxslərin öz vəzifələrini davam etdirməsi ilə gələcəkdə də bu istiqamətdə xarakterik nöqsanlara yol vermə riskinin əhəmiyyətli olması qənaətini bir daha vurğulayır.
Yeri gəlmişkən, Palatanın bu iradını QHT-lərə Dövlət Dəstəyi Şurasına aid etmək olar. Əldə etdiyimiz məlumata görə, yaxın günlərdə Şura publik hüquqi şəxsə çevriləcək. Onun yeni Müşahidə Şurası isə yenə Azay Quliyev tərəfindən formalaşdırılıb.

Yeni tərkibdə QHT rəhbərlərindən Günel Səfərova, İsrail İsgəndərov, İlqar Orucov, Əvəz Həsənov, Mehriban Zeynalova, Ramil İsgəndərov və “ASAN” Könüllüləri Təşkilatının rəhbərinin təmsil olunacağı gözlənilir. Azay Quliyevin yenidən sədr kimi qalması isə qanunvericiliyə uyğun gəlmir. Çünki qanunverici orqanın təmsilçisinin icra strukturunda təmsil olunması hüquqi baxımdan doğru deyil.
Xatırladaq ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin icraçı direktoru Fərasət Qurbanov musavat.com saytına müsahibəsində bu ittihamlara cavab vermişdi. Onun sözlərinə görə, Hesablama Palatası keçən ilin sentyabrın 15-dən oktyabrın 15-dək Şuranın Katibliyində yoxlamalar aparıb və bu yoxlamalar Katibliyin fəaliyyətinin 3 ilini (2017–2019-cu illər) əhatə edib.
Yoxlama zamanı aşkar olunan nöqsanlar haqqında danışan F. Qurbanov bildirib ki, qeyd olunan 3 il üzrə Şuranın Katibliyinin maliyyə fəaliyyətinin bütün sahələri yoxlanılıb.

İcraçı direktor Şura Katibliyinin xərcləri barədə deyib ki, proqnoz layihələrin hazırlanması prosesində Şuranın funksional fəaliyyəti, Katibliyin saxlanılması və QHT-lərin qrant müsabiqəsi layihələri üzrə keçirilməsi nəzərdə tutulmuş tədbir və layihələrin sayına uyğun ehtimal olunan xərclərin müəyyənləşdirilməməsi və maliyyə yardımının həcminin əsaslandırılması barədə dəlillərin tam olmaması ilə bağlı bir sıra iradlar bildirilib.
F. Qurbanovun sözlərinə görə, Palata Şura Katibliyinin satınalmalarına əsasən iki irad bildirilib: “Birinci irad bəzi malların ehtimal qiymətlərinin müəyyənləşdirilməsi metodologiyasının tətbiqi vəziyyəti ilə bağlıdır. Bütün satınalma əməliyyatlarına ehtimal qiymətlərin müəyyənləşməsi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanuna müvafiq aparılıb. Qanunda ehtimal qiymətlərin müəyyən edilməsinin metodologiyası qeyd olunmadığına görə ehtimal qiymətlər müəyyənləşdirilərkən orta bazar qiyməti əsas götürülüb. Şuranın 2020-ci ildə keçirilən tenderlərində bu məsələlər nəzərə alınıb və tenderin ehtimal qiymətləri qaydalara uyğun olaraq müəyyənləşdirilib.
Digər bir irad isə Şura Katibliyinin həyata keçirdiyi tədbirlərə bağlıdır. Şura Katibliyi şəffaflığa xüsusi önəm verən dövlət qurumu kimi keçirdiyi bütün tədbirlərlə bağlı daim ictimaiyyətə geniş məlumatlar verir. Bu məlumatlar hazırlanarkən onların ictimai-siyasi əhəmiyyətinə diqqət yetirilir və daha çox tədbirlərin işgüzar mühiti fotolarda canlandırılır. İaşə və bəzi texniki xarakterli məsələlər isə bəzən diqqətdən kənarda qalır. Bu tədbirlərin icrasını həyata keçirən podratçı təşkilatlar tələb olunan bütün komponentlərə yetərincə diqqət yetirməyiblər.

Bu səbəbdən Hesablama Palatasının yekun rəyində qeyd olunan nöqsanlar podratçı təşkilatlar tərəfindən aradan qaldırılıb.
İcraçı direktor ittihamlarda ən çox istinad olunan “QHT Nəşriyyatı” ilə bağlı məsələdən də danışınb: ““QHT Nəşriyyatı” MMC 2012-ci ildə təsis edilib və öz hesabına fəaliyyət göstərib. Yəni, Şura nəşriyyata hər hansı bir dotasiya ayırmayıb. Ümumiyyətlə, nəşriyyatın yaradılması qərarı bu sahədə aparılan araşdırmalardan sonra qəbul edilib. İlk illərdə QHT layihələrinin icrası çərçivəsində orta hesabla 500 minə yaxın vəsait nəşr xərclərinə yönəldilib. Burada ən böyük problemlərdən biri çap məhsullarının keyfiyyəti ilə bağlıdır. Fəaliyyətə başladığı ilk illər ərzində bu nəşriyyat QHT-lərin sifarişlərini icra etsə də, sonrakı illərdə sifarişlərin həcmi tədricən azalıb, son bir-neçə ildə isə ümumiyyətlə QHT sifarişləri olmayıb”.
Xatırladaq ki, bir müddət əvvəl “QHT Nəşriyyatı”ının ləğv olunduğu açıqlanıb.
F. Qurbanov 3 ili əhatə edən yoxlamalar nəticəsində aşkarlanan bütün nöqsanların QHT-lər, podratçı təşkilatlar və Katiblik tərəfindən artıq aradan qaldırıldığınıl vurğulayıb(Azpolitika.info).

Əvvəlki yazı

MTN generallarını uzunmüddətli həbs gözləyir

Sonrakı yazı

DİN-dən Xatirə İslamın “gizli toy” iddiasına cavab gəldi

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Rəsmi Bakı

10 İyul 2025, 15:19
Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

Tramp Zelenskinin istədiyi silahların bəzilərini verməyə razılaşıb

10 İyul 2025, 15:03
Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

Türkiyə MN 12 hərbçinin ölümü ilə bağlı iddialara aydınlıq gətirib

10 İyul 2025, 15:00
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki güllələndi – Video

10 İyul 2025, 14:58
Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

Əbu-Dabidə liderlərin görüşü başa çatdı – Video

10 İyul 2025, 14:48
Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

Məhkəmə Tolik haqda şikayətlə bağlı qərar verdi

10 İyul 2025, 14:46
Zooparkda şir qadına hücum edib, qolunu qopardı

Zooparkda şir qadına hücum edib, qolunu qopardı

07 İyul 2025, 14:30
Prezident onu rektor təyin etdi

Prezident onu rektor təyin etdi

07 İyul 2025, 14:27
Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

Albinanın ölümü ilə bağlı yayılan xəbərə Mətbuat Şurasından – Reaksiya

07 İyul 2025, 14:15
“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

“Azərişıq”ın 1 ayda 26, 3 milyonluq sifariş verdiyi şübhəli şirkət

07 İyul 2025, 13:59
DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

DİN bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

07 İyul 2025, 13:36
Sabah leysan olacaq, dolu düşəcək

Sabah leysan olacaq, dolu düşəcək

07 İyul 2025, 13:20
DYP radarlarla bağlı müraciət yaydı

DYP radarlarla bağlı müraciət yaydı

07 İyul 2025, 12:59
Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

Metan qazından zəhərlənərək ölən türkiyəli hərbçilərin sayı artdı

07 İyul 2025, 12:52
Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları eskalatordan yıxıldılar

07 İyul 2025, 12:47
Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

Ödənilə bilinməyən bu borcları dövlət qaytaracaq – Qanun dəyişir

07 İyul 2025, 12:36
Natiq Cəfərli atasını itirdi

Natiq Cəfərli atasını itirdi

07 İyul 2025, 12:29
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

04 İyul 2025, 12:46
Ərdoğan Azərbaycandadır

Ərdoğan Azərbaycandadır

04 İyul 2025, 12:41
Xankəndidə Zirvə görüşü başlayır

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

04 İyul 2025, 12:39

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.