09-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Deputatın ölümlə əlləşənlərin antiMilli Onkologiya Mərkəzindən tükürpədici dosye – Video

17 İyul 2018, 10:39
Seçmə, Manşet, Banner
A A
Deputatın ölümlə əlləşənlərin antiMilli Onkologiya Mərkəzindən tükürpədici dosye – Video
“Hansı evə daxil olaramsa, ancaq xəstənin xeyrini düşünəcəyəm, qəsdli olan bütün pisliklərdən qaçacağam, istər azad, istər kölə olsun, kişi və qadınların bədənini sui-istifadə etməkdən çəkinəcəyəm”.
Anaxeber.Az xatırladır ki, bu sətirlər Hippokrat adından bir sitatdır. Hippokrat andı həkimlərin Tanrıdan sonra ən ali səcdəgahıdır.
Amma Azərbaycan səhiyyəsində xidmət edənlərin neçə faizinin Hippokrat andına sadiq olduğunu təxmin etmək çox çətindir. Hətta mümkün deyil.
Onların nifrət və qəzəb doğuran hərəkətlərinin dəfələrlə şahidi olmuşuq: həkim səhlənkarlığından ölümlər, pulu olmayan xəstə baxılmaması, səhv diaqnoz və müalicələr, dərmanların satışı, yoxsula, təcili əməliyyata ehtiyacı olan kasıblara zərrə qədər mərhəmət göstərməmək – Hippokrat andında olmayan, Azərbaycan səhiyyəsində isə olan hallardır.
Bunun üçün çox uzağa getmək də lazım deyil: Milli Onkologiya Mərkəzinin qapısından həkim otağına, müayinəxanadan əməliyyat stoluna qədər pul, pul və yenə pul tələb olunur.
Pulun yoxdursa, bədənindəki o zəhrimar şişin torpağa gedənə qədər yayılmasına məhkumsan.
Neçə-neçə yalvarışlar, göz yaşları, imdad çığırtılarına baxmırlar, ölümlə əlləşən xəstələri soğan qabığı kimi soyurlar – antiMilli Onkologiya Mərkəzinin işçiləri…
Onlara fərq etmir ki, xəstənin həyatı ağırdır, yaşayışı necədir, əsas həmin gün gəliri olsun, axşam ailəsinə gedəndə fərasətli, pulqazanan adam kimi ad çıxarsın.
Və ən dəhşətlisi budur ki, hansısa uşaq poliklinikasında, mərkəzi xəstəxanada yaxud adi tibb ocağında rüşvət baş alıb getsə, yenə də Azərbaycan reallıqlarına uyğun anlayarsan.
Amma söhbət xərçəng xəstəliyindən əziyyət çəkən, yaşamağa ümidi az olan adamların yaxınlarından pul qoparılmasından gedir. Onların pulu da gedir, xəstənin sağalmasına nicat da yoxdur.
AntiMilli Onkologiya Mərkəzinin işçiləri isə qurulan sistemə biət edərək, rüşvəti xərçəng kimi bütün mərtəbələrə yayıblar.
Bu işin başında kim durur sualına gəlincə, təqdim etdiyimiz linkdə onların (http://mom.gov.az/?smode=idare-heyeti) kimliyi aydınlaşır.
Xüsusən də baş direktorun müavini, parlamentin üzvü olan deputat Kamaləddin Qafarov MOM-da tükürpədici şərait yaradıb.
Bir gün canından bezmiş, səfalət içində yaşayan xəstələrdən biri özünü Milli Onkologiya Mərkəzinin qarşısında yandırsa, heç bir təəccüb doğurmaz.
Çünki mətbuat ardıcıl yazıb, hüquqşünas Alsan İsmayılov dəfələrlə problemi ictimailəşdirib, jurnalistlər MOM-dan rüşvət videolarını yayıblar, di gəl çi fayda?!
Anaxeber.Az mediaya istinadla yazır ki, insanlar onkoloji xəstəlik şübhəsi yarananda ilk müraciət etdikdə müayinə üçün cürbəcür adlarla 500 manata yaxın pul verməli olurlar.
Onkoloji xəstəlik müəyyən edildikdə kimyaterpiya keçmək üçün müayinə sənədlərini müalicə edəcək həkimə çatdırılması insanların özlərinə qadağandır.
Həmin müayinə kağızlarını bir korpusdan başqasına aparmaq üçün əməkdaşlara 20 manat verilməlidir. Kimyaterapiya 300 manatdır.
Bundan əvvəl də bəzi müayinləri keçmək üçün 60 manatdan 100 manata qədər də rüşvət verilməlidir.
Nəzərə almaq lazımdır ki, xərçəng xəstəliyinə tutlumuşlar hər 21 gündən bir kimyaterapiya qəbul etməlidirlər və hər dəfə də eyni pulları verməlidirlər.
Bəzi xəstələrin şüa da qəbul etməsi qaçılmazdır. Onun da 28 seansı 1000 manatdır. Bu faktları təqdim edəcəyimiz videolardan da görmək olar.
Həmçinin, sosial şəbəkələrdə yazırlar. Məsələn, Səbuhi Hüseynov yazır: “6 il əvvəl şahidi olmuşam. Elə murdarlar var ki…bütün xərclər həkimə yox, kassaya ödənilirdi”.
Ruslan Əfəndi yazır: “Leukeran qan xərçnəgində xlorombusil pereparatlardandir. Pulsuz verilməlidir, 25 manata satılır”.
Rada Əliyeva: “MRT üçün 110 manat yerinə 55 manat verdim, nazirliyin işçisi olduğumu dedim, az qala məni güllələsinlər”.
Dəyanət Sabir Ağayev: “Qohumum Fərəcova Leyla Baba qızı Mərkəzi Onkoloji Mərkəzdə pullu müayinə edildi və 600 manat çıxdı.
Pulu çatmadığına görə əvvələ Gəncədə, sonra ev şəraitində müalicə edildi, axırda dünyasını dəyişdi. Bu faciəni bu sistemi quranların da başına gəlməsini arzulayıram”.
Və saysız-hesabsız belə şikayətlər, məlumatlar şərhlərdə yer alıb. Onlar bu səhiyyə ocağındakı dəhşətlərdən söz açıblar. Amma indiyə qədər heç nə dəyişməyib.
Amma ölüm ayağında olanlara MOM rəhbərliyi tərəfindən heç bir mərhəmət göstərilmir. Deputat K.Qafarov seçicilərinə laqeyd olduğu kimi, həkim peşəsində də ağır xəstələrə qarşı biganədir.

Axı bu mərkəzə gələnlər qrip, bağırsaq çöpü olan, ya da böyrək daşı olanlar deyil, onlar ölümlə çarpşırılar, yaşamaq üçüm mübarizə aparırlar, amma belə həssas məsələyə bazarlıq gözü ilə baxırlar. Bunu Allah da bağışlamaz, qanunlar da…
Əvəzində isə bu il Milli Onkologiya Mərkəzi (MOM) “Azəri Med” MMC ilə ümumi məbləği 26,8 mln manat olan müxtəlif mal və xidmətlərin satınalmasına dair altı müqavilə imzalayıb. Deyərsiniz ki, hə, nə olsun?
Məsələnin mahiyyəti odur ki, şirkət bu müalicə mərkəzinin direktor müavini, həmçinin parlamentin deputatı olan Kamaləddin Qafarova məxsusdur. Deçəyə başqa söz qalmır, şərhsiz…
Xatırladaq ki, dövlət satınalmalar reyestrinə əsasən, yanvar və mayda “Azəri Med” MMC MOM-dən ümumi məbləği 9 mln 699,9 manat olan dərman, sarğı materialları və müalicə preparatlarının alışına dair iki müqavilə imzalayıb.
Şirkət avadanlıqların təchizatı üzrə ümumi məbləği 12 mln 996,6 min manat olan iki müqavilə alıb. “Azeri Med” MOM-nin iki qeyri-profil sifarişini yerinə yetirməlidir: xarici ekspertlərin xidmətlərinin ödənişi (121,7 min manat) və yuyucu və dezinfeksiyaedici materialların alınması (144,9 min manat).
Əvvəlki illərdə də şirkət Onkologiya Mərkəzinin çoxmilyonluq sifarişlərini yerinə yetirirdi.
Satınalmalar üzrə dövlət portalında 2017-2018-ci illərdə bununla bağlı tenderlərin elan edilməsinə dair məlumat yoxdur. “Azəri Med” MMC (VÖEN 1500072561) 2004-cü ildə təsis edilib.
Müstəqil qiymətləndirmələrə görə, şirkət Azərbaycana dərman preparatları və tibbi avadanlıq idxal edən şirkətlərin ilk onluğuna daxildir.
Kamaləddin Qafarov “Kanon” MMC, “Mega Pharmacy” MMC, “Azəri Med MNK” MMC, “Versal” MMC, “Versal Palace” MMC, “Naturalist” firmasına nəzarət edir. Daha iki şirkət (“Cardinal Health” və “Ruslan-Az”) ləğv edilmə mərhələsindədir.


Əvvəlki yazı

Paşinyan bu raundu niyə uduzdu – sayıqladı, amma olmadı

Sonrakı yazı

YOL POLİSİ QARABAĞ ƏLİLİNİN OĞLUNU DÖYÜB? – Anası şikayət etdi

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.