14-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Deputatın oğlu 10 min manat cərimələndi

05 Sentyabr 2018, 01:21
Cəmiyyət
A A
Deputatın oğlu 10 min manat cərimələndi

Deputat Elmira Axundovanın oğlu Həbib Axundovun 10 min manat cərimələnməsi barədə məhkəmə qərar çıxarıb. O, vaxtilə parlament seçkisində anasının nümayəndəsi olmuş Fərman Məmmədova görə cəzalandırılıb. Deputat oğlu F.Məmmədov haqqında yalan məlumatlar yaymaqda təqsirli bilinərək cərimələnib.
Binəqədi Rayon Məhkəməsində bu çəkişmə üç ildir davam edirdi. Bu işdə məhkəməyə ilk müraciət edən H.Axundov özü olmuşdu. O, beş nəfərə (Fərman Məmmədov, Şahin Məhərrəmov, Elvin Vəliyev, Sabir Ağayev və Firuz Həşimov) qarşı iddia qaldırmışdı. İddia edirdi ki, bu adamlar müxtəlif sayt və qəzetlərdə onun haqqında şərəf və ləyaqətini ləkələyən, yalan məlumatlar yayıblar. Bundan sonra F.Məmmədov məhkəmədə qarşılıqlı iddia qaldırmışdı.
Hakim Kamran Əsədov deputat oğlunu cərimələməklə yanaşı, onun da beş nəfərə qarşı iddiasını qismən təmin edib – adları çəkilən şəxslərin hər biri H.Axundova 10 min manat ödəməlidir.

Məhkəmənin gedişində prosesə E.Axundova özü də qoşulub – müstəqil iddia tələbi irəli sürən üçüncü şəxs qismində. Oğlunun iddia qaldırdığı beş nəfərdən dördünə (F.Həşimov istisna olmaqla) qarşı tələb irəli sürüb. Deputat da həmin şəxslərin onun haqqında yalan məlumatlar yaydığını iddia edirdi. E.Axundova özəlliklə Müdafiə Nazirliyinin tenderlərində müəyyən yollarla qalib elan edilməsi haqda yazılara etiraz edirdi.
Hakim onun da iddiasını qismən təmin edib – dörd nəfərin hər biri 10 min manat da E.Axundovaya ödəməlidir. F.Məmmədov da məhkəmənin gedişində E.Axundovaya münasibətdə qarşılıqlı iddia qaldırmışdı. Ancaq onun iddiası təmin olunmayıb.

Yuxarıda adları çəkilən şəxslərlə E.Axundova və oğlu arasında böyük pul qalmaqalı var. Həmin məsələ ilə bağlı hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmalar gedir. Birgə iş qurmaq adıyla adamları aldadıb pullarını əllərindən almaqda suçlanaraq həbs olunan Elnur İbrahimov isə H.Axundovun dostudur. Ancaq F.Məmmədov və digərləri iddia edir ki, onlar pulu deputatın oğluna veriblər. İş materiallarından da görünür ki, məsələn, F.Məmmədovdan alınmış pulun bir hissəsini deputat E.Axundova özü qaytarıb.

Həmin şəxslər E.Axundova və oğlundan müxtəlif dövlət orqanlarına şikayət məktubları göndəriblər. Məktublara deputatın səs yazıları da əlavə olunub. Səs yazıları sosial şəbəkələrdə də yayılıb və orada E.Axundova Müdafiə Nazirliyindən pul aldığını etiraf edir.
Axundova səs yazısının ona məxsus olduğu indiyədək təkzib etməyib, amma bu söhbətin 2013-cü ildə baş verdiyini, orada deyilənlərin montaj edilməməsindən əmin olmadığını deyib, gizli səs yazmağın isə cinayət olduğunu vurğulayıb.
F.Məmmədov Binəqədi Rayon Məhkəməsinin qərarının qərəzli və ədalətsiz olduğunu bildirib. Azadlıq Radiosuna deyib ki, qərardan apellyasiya şikayəti verəcək: «Kamran Əsədov faktiki heç bir araşdırma aparmadan, hazır qərarı elan etdi. Qərarı elan etmək üçün müşavirə beş dəqiqə çəkdi. Beş dəqiqəyə onu yazmaq mümkün deyil. Kamran Əsədovdan əvvəl bu iş iki hakimdə olub. Görünür, onlar belə qərəzli qərar çıxarmaq istəməyiblər, ona görə proses üç il uzanıb. Qərarda elə məqalələrə istinad olunub ki, mənə heç bir aidiyyəti yoxdur».

Deputatın vəkili Rövşən Yusifov isə deyir ki, bu qərar E.Axundova haqqında yayılmış məlumatların həqiqətəuyğun olmamasını sübut edib: «Qərarda eyni zamanda göstərilib ki, cavabdehlər deputat haqqında yaydıqları həqiqətəuyğun olmayan məlumatları təkzib etməlidirlər».

Azadlıq Radiosu

Əvvəlki yazı

“Azərişıq” şəhid oğluna görə 7 erməni öldürmüş anadan rüşvət istəyir – Rəzalət/Video

Sonrakı yazı

Polis polkovniki Müşfiq Rəhimovun 7 milyonu necə batıb?

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

Boşandığı üçün ailəsini öldürmək istəyirmiş – Dayısı arvadı xilas ola bilməyib…

12 Sentyabr 2025, 14:52
Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

Daha bir dövlət teatrı rəhbərsiz qalıb: 3 ildir direktor təyin edilmir

12 Sentyabr 2025, 14:50
Xalq artisti oğluna toy edir

Xalq artisti oğluna toy edir

12 Sentyabr 2025, 14:01
Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

Culfada 4 polisin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanıldı (YENİLƏNİB)

12 Sentyabr 2025, 13:59
Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

Bu şirkətin 600 min borcu var – Rəhbərinə “stop” qoyuldu

11 Sentyabr 2025, 16:29
Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

Amerikalı siyasətçi çıxışı zamanı güllələndi – Anbaan video – Yenilənib

11 Sentyabr 2025, 09:12
Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

Dörd gündür axtarışda idi – Kanaldan meyiti tapıldı

11 Sentyabr 2025, 09:10
Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

Bakıda bağçada tərbiyəçinin uşağa qarşı kobud rəftarının görüntüləri yayıldı – Video

11 Sentyabr 2025, 08:55

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.