Cümə axşamı, Mart 23, 2023
Reportyor
Xarı Bülbül
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əlaqə
No Result
View All Result
  • Manşet
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Əlaqə
No Result
View All Result
Reportyor
Xarı Bülbül
No Result
View All Result
Home Cəmiyyət

Deputatdan şok təklif: “Qarabağ ermənilərinin problemlərin həllinə pul ayıraq”

15 Yanvar 2023, 10:46
in Cəmiyyət
Deputatdan şok təklif: “Qarabağ ermənilərinin problemlərin həllinə pul ayıraq”

 

Erməni separatçıların Qarabağdakı talanlarına və törətdikləri ekoloji terrora etiraz olaraq Laçın yolunda dinc aksiya davam edir. Məsələnin mahiyyətini bir kənara qoyan Ermənistan və erməni separatçı rejimi dünya boyunca hay-küy salaraq Azərbaycanı günahlandırmağa cəhd göstərirlər.

Təəssüf ki, beynəlxalq miqyasda bəzi ciddi dairələr də bilərəkdən, yaxud bilməyərəkdən erməni toruna düşür və Azərbaycana “Laçın yolunu açmaqla” bağlı çağırış edirlər. Yolun bağlı olmadığını isə aksiya müddətində 300-dən artıq minik və yük avtomaşınının sərbəst şəkildə hərəkəti, Beynəlxalq Qırmızı Xaç Komitəsinin tibbi müayinəyə ehtiyacı olanları Xankəndidən Ermənistana aparması, həmçinin erməni ailələrinin təhlükəsiz keçidinə şərait yaratması da təsdiq edir. Üstəlik, baş separatçı Ruben Vardanyan da etiraf edir ki, blokada yoxdur, hətta alternativ “həyat yolu”nun olduğunu da söyləyir. Bir neçə gün əvvəl Azərbaycan hərbçilərindən yemək və siqaret istəyən Toros Kazaryanın kefikök, əlidolu Xankəndiyə yola salınması da Azərbaycanın gerçək münasibətinin göstəricisi oldu. Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində bir daha Qarabağ ermənilərinə şans verdi, ölkəmizin qanunlarına əməl etməyənlər üçünsə Laçın yolunun açıq olduğunu söylədi. Qarabağ ermənilərini girovluqda saxlayan separatçı rejimsə onların bölgədən qaçmasını və yaxud Azərbaycan hökumətinə tərəf meyillənməsini əngəlləyirlər. Elə sonuncu hal, bankomatlardan pul çıxarılmasına limit qoyulması da bu planın tərkib hissəsidir. Azərbaycan hökuməti Qarabağ ermənilərinin bəhanələrini kəsməkdən, erməni əhalinin birgəyaşayış təkliflərinə müsbət reaksiyasını almaqdan ötrü hansı təkliflərlə müraciət, yaxud proqramları təqdim edə bilər?

Deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli bununla bağlı Musavat.com-a açıqlamasında maraqlı fikirlər səsləndirdi:

“Bu məsələ ilə bağlı müxtəlif təkliflər irəli sürülür. Fikrimcə, sözügedən problemi hansısa fraqment xarakterli sirnikləndirici vədlərin köməyi ilə həll etmək mümkün deyil. Ən azından ona görə ki, həmin proseslərin əsas bədxahları Azərbaycan torpaqlarını 30 il ərzində işğal altında saxlayanlar, Xocalı soyqırımı törədələr, 1 milyondan çox azərbaycanlının öz doğma yurdlarından didərgin salanlar, Azərbaycan xalqının mədəni irsinin məqsədli şəkildə dağıdanlar, sərvətlərimizi talan edənlər, ekoloji terror tördənlərdir. Bunu təkcə biz demirik… Bu baxımdan italiyalı professor Daniel Pommier Vinçellinin mövqeyi diqqətçəkəndir. Daniel Pommier vurğulayıb ki, “son günlərdə Laçın yolunda baş verənlərin kökündə məhz ermənilər arasında sülh müqaviləsinə qarşı çıxan və qərbdən daha çox rəsmi Moskva ilə bağlı qüvvələrin gərginliyi artırması dayanır: bunun əvəzində isə rəsmi Bakı nəyin bahasına olursa-olsun regionun gələcəyinin təməl daşı sayılacaq sülh müqaviləsini imzalamaq istəyir”. Ona görə də sözügedən kateqoriyadan olanlarla bir, Azərbaycana inteqrasiya olmaq istəyənlərlə isə çox lazımı fərqli dillə danışmaq lazımdır. Bu baxımdan məsələyə münasibətdə paralel olaraq iki istiqamətdə tədbirlərin həyata keçirilməsini zəruri hesab edirik: Birincisi, ermənilər tərəfindən törədilən ekoloji terrorun aradan qaldırılması ilə bağlı bizə qardaş, dost ölkələrin, beynəlxalq təşkilatların da dəstəyinə nail olmaq lazımdır”.

Ə.Məsimlinin sözlərinə görə, bizim Qarabağdakı yataqlarımızın qanunsuz istismarı ilə bağlı arqumentlərimizin beynəlxalq miqyasda eşidilməsinə nail olmaqla yanaşı, digər işlər də sistemli şəkildə həyata keçirilməlidir: “Həm də Ermənistanın Azərbaycana qarşı ekoloji terroru və sərvətlərimiz talan etməsi ilə bağlı çoxaylı digər məsələlər də beynəlxalq məhkəmələrədək aparılmalı, Ermənistanda, həmçinin Qarabağda olan kriminal işbazlar və bir sıra müharibə cinayətkarları, ekoloji fəlakət törədənlər, bu əməllərin digər iştirakçıları layiqli cəzalarına çatmalı, həm də Ermənistan Azərbaycana dəymiş zərəri ödəməlidir. Bizim yurisdiksiyamıza keçirilmə ilə bağlı prosesin nəticələrindən asılı olaraq, həmin təzminatın bir hissəsi Qarabağ ermənilərinin qarşılaşdığı problemlərin həllinə yönəldilə bilər. Bundan ötrü həm də əvvəlcə Laçın dəhlizində gömrük və sərhəd postlarımızı təşkil etməli, həmin yolla silah-sursat daşınmasının qarşısı alınmalııdr. İkincisi, Azərbaycan, Ermənistanın öz havadarlarının bilavasitə iştirakı və dəstəyi ilə işğal edib, 30 il ərzinə talan etdiyi və xarabazara, hər qarışını minalanmış döyüş meydanına çevirdiyi əraziləri işğaldan azad edib, tikinti meydanına, sülh və əməkdaşlıq arenasına çevirir”.

Ə.Məsimli Qarabağın bərpasına böyük vəsaitlərin ayrıldığını xatırlatdı: “Son iki ildə Böyük Qayıdış planının layihəsinə dövlət büdcəsindən 5,8 mlrd. manatdan çox vəsait yönəldilib. 2023-cü ildə isə əlavə 3 milyard manat vəsait yönəldiləcək və növbəti illərdə bu rəqəm xeyli artırılacaq. Azərbaycanın Vətən müharibəsindəki qələbəsini genişləndirməkdən və əbədiləşdirməkdən ötrü öz doğma torpaqlarından köçkün düşən insanların vətənə qayıdışı prosesi sürətləndirilməlidir. Bu prosesin sürətlənməsi vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında həlledici rol oynayacaq. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpa olunması işğaldan azad edilmiş ərazilərin inkişafına əhəmiyyətli təkan verəcəkdir. Təbii ki, bu prosesə davamlı xarakter verməkdən ötrü işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, bu region ölkənin ən abad guşələrindən birinə çevrilməlidir”.

Deputat qeyd etdi ki, müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunmalıdır: “Belə bir şərait Qarabağ erməniləri arasından da Azərbaycana münasibətdə konstruktiv mövqe sərgiləyənlərə qoşulanlarını sayınına artmasında ən ciddi stimul rolunu oynayacaq”.

ShareSendTweetShare
Previous Post

“Gün ərzində Ukraynaya 3 hava və 57 raket zərbəsi endirilib”

Next Post

Azərbaycanlı aparıcı plastik cərrahla evlənir – FOTOLAR

Related Posts

Türk Dövlətləri Təşkilatı bir qurum kimi beynəlxalq münasibətlərdə önəmli rol oynayır
Cəmiyyət

Türk Dövlətləri Təşkilatı bir qurum kimi beynəlxalq münasibətlərdə önəmli rol oynayır

by reportyor info
22 Mart 2023, 14:38
Novruz bayramını qalib xalq olaraq qeyd edirik
Cəmiyyət

Novruz bayramını qalib xalq olaraq qeyd edirik

by reportyor info
19 Mart 2023, 15:01
Bakıda 23 yaşlı qadın 30 yaşlı ərinin qətlini təşkil edib?
Cəmiyyət

Bakıda 23 yaşlı qadın 30 yaşlı ərinin qətlini təşkil edib?

by reportyor info
19 Mart 2023, 13:18
Azərbaycanın bəzi bölgələrində yağış yağıb
Cəmiyyət

Azərbaycanın bəzi bölgələrində yağış yağıb

by reportyor info
19 Mart 2023, 13:04
Tələbələr kriminal avtoritetə həsr olunan mahnıya niyə oynayır? – “Rektorun başı qarışıb pul silməyə…”
Cəmiyyət

Tələbələr kriminal avtoritetə həsr olunan mahnıya niyə oynayır? – “Rektorun başı qarışıb pul silməyə…”

by reportyor info
19 Mart 2023, 13:02

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Xəbər lenti

Türk Dövlətləri Təşkilatı bir qurum kimi beynəlxalq münasibətlərdə önəmli rol oynayır

Türk Dövlətləri Təşkilatı bir qurum kimi beynəlxalq münasibətlərdə önəmli rol oynayır

22 Mart 2023, 14:38
Novruz bayramını qalib xalq olaraq qeyd edirik

Novruz bayramını qalib xalq olaraq qeyd edirik

19 Mart 2023, 15:01
Bakıda 23 yaşlı qadın 30 yaşlı ərinin qətlini təşkil edib?

Bakıda 23 yaşlı qadın 30 yaşlı ərinin qətlini təşkil edib?

19 Mart 2023, 13:18
Azərbaycanın bəzi bölgələrində yağış yağıb

Azərbaycanın bəzi bölgələrində yağış yağıb

19 Mart 2023, 13:04
Tələbələr kriminal avtoritetə həsr olunan mahnıya niyə oynayır? – “Rektorun başı qarışıb pul silməyə…”

Tələbələr kriminal avtoritetə həsr olunan mahnıya niyə oynayır? – “Rektorun başı qarışıb pul silməyə…”

19 Mart 2023, 13:02
Azərbaycan-Almaniya münasibətləri yeni mərhələdə

Azərbaycan-Almaniya münasibətləri yeni mərhələdə

19 Mart 2023, 12:57
Xızı polisi şəhid ailələrini ziyarət edib

Xızı polisi şəhid ailələrini ziyarət edib

18 Mart 2023, 18:53
Azərbaycan və Türkiyə arasında mühüm protokol təsdiq olundu

Azərbaycan və Türkiyə arasında mühüm protokol təsdiq olundu

18 Mart 2023, 18:48
Polisdən Bakıda əməliyyat: Avtomatlı şəxslər tutuldular – Video

Polisdən Bakıda əməliyyat: Avtomatlı şəxslər tutuldular – Video

18 Mart 2023, 18:46
Abşeron rayonunda Novruz şənliyi keçirilmişdir

Abşeron rayonunda Novruz şənliyi keçirilmişdir

18 Mart 2023, 17:26
“Doğma Qarabağda, Zəngəzurda əbədi yaşayacağıq”

“Doğma Qarabağda, Zəngəzurda əbədi yaşayacağıq”

18 Mart 2023, 14:41
Azərbaycan Xankəndidə hərbi qüvvələr qruplaşdırıb –  Mikaelyan

Azərbaycan Xankəndidə hərbi qüvvələr qruplaşdırıb – Mikaelyan

17 Mart 2023, 15:21
Vardanyan Xankəndini tərk edir: Çevriliş anonsu…

Vardanyan Xankəndini tərk edir: Çevriliş anonsu…

17 Mart 2023, 14:35
Qubada narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib

Qubada narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib

17 Mart 2023, 14:33
Eldar Sultanov vəzifəsindən azad edildi

Eldar Sultanov vəzifəsindən azad edildi

17 Mart 2023, 14:29
Vüqar Qurbanovdan yeni təyinatlar

Vüqar Qurbanovdan yeni təyinatlar

17 Mart 2023, 14:27
“Qiymət bizdə niyə düşməyə başlamır?” – Deputat

“Qiymət bizdə niyə düşməyə başlamır?” – Deputat

17 Mart 2023, 14:22
Baş nazirin müavini quru sərhədlərin açılması ehtimalından danışdı

Baş nazirin müavini quru sərhədlərin açılması ehtimalından danışdı

17 Mart 2023, 14:18
Zaxarova Paşinyanı ələ saldı

Zaxarova Paşinyanı ələ saldı

17 Mart 2023, 13:16
Araik “istefaya” hazırlaşır

Araik “istefaya” hazırlaşır

17 Mart 2023, 13:13
Sevgilisini öldürüb, qadınla hotelə getdi – Video

Sevgilisini öldürüb, qadınla hotelə getdi – Video

16 Mart 2023, 23:11
“Nərmin işi”ndə ekspert rəyini əsaslandıra bilmədi

“Nərmin işi”ndə ekspert rəyini əsaslandıra bilmədi

16 Mart 2023, 23:01
“İnterpol” ilə axtarışa verilən azərbaycanlı Norveçdə saxlanıldı

“İnterpol” ilə axtarışa verilən azərbaycanlı Norveçdə saxlanıldı

16 Mart 2023, 16:03
“Qadın “qarpız” kimidir, kəsəndə görürsən ki…” – İfaçı

“Qadın “qarpız” kimidir, kəsəndə görürsən ki…” – İfaçı

16 Mart 2023, 13:56
Paşinyandan Putinə: “Rusiya Qarabağda bunu bacarmırsa…”

Paşinyandan Putinə: “Rusiya Qarabağda bunu bacarmırsa…”

16 Mart 2023, 13:18
PUTİN XOCALIDA RUS SƏRKƏRDƏLƏRİNƏ NİYƏ ABİDƏ QOYDURUB?

PUTİN XOCALIDA RUS SƏRKƏRDƏLƏRİNƏ NİYƏ ABİDƏ QOYDURUB?

16 Mart 2023, 12:13
“İstəyərdim Bülənt Ərsoy kimi atam olsun” – Günel

“İstəyərdim Bülənt Ərsoy kimi atam olsun” – Günel

16 Mart 2023, 11:58
Bakıdan yeni təkliflər almışıq – Paşinyan

Bakıdan yeni təkliflər almışıq – Paşinyan

16 Mart 2023, 11:50
Kafedə öldürülən və yaralanan şəxslər DSX hərbçiləri olub

Kafedə öldürülən və yaralanan şəxslər DSX hərbçiləri olub

16 Mart 2023, 11:34
Sahibkar Bakı Baş Gömrük İdarəsi qarşısında etiraza qalxdı – Video

Sahibkar Bakı Baş Gömrük İdarəsi qarşısında etiraza qalxdı – Video

15 Mart 2023, 16:19

Baş redaktor: Arifə Əliyeva Vahid qızı
Reportyor.info saytının redaksiyası ilə əlaqə:
Telefon – (99477) 399-55-66
Votsap – (99455) 3490491
Email – [email protected]

Kateqoriyalar

  • Araşdırma
  • Banner
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Köşə
  • Manşet
  • SEÇMƏ
  • Siyasət
  • Sosial
  • Şou
  • Uncategorized
Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Fev    

© 2022 Reportyor.info

No Result
View All Result
  • Haqqımızda
  • Əlaqə

© 2022 Reportyor.info