11-09-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Deputatdan nazirə sərt sözlər

23 Aprel 2020, 14:04
Siyasət
A A
Deputatdan nazirə sərt sözlər

“Diplomatik fəaliyyətə qəbul çox hallarda yerliçilik və regionçuluq prinsipləri əsasında aparılır. Onların marağı isə xalqın və dövlətin marağı ilə eyni deyil”

Milli Məclisin deputatı Cavanşir Feyziyev Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanın Azərbaycana “ərazi güzəştləri”ni nəzərdə tutan Qarabağ məsələsinin həllinin yolverilməz olması barədə açıqlamalarına reaksiyasını kəskin tənqid edib.

C.Feyziyev deyib ki, cəmiyyət Ermənistan rəhbərliyinin bu qədər aqressiv və vicdansız ritorikasına Xarici İşlər Nazirliyindən sərt cavab gözləyirdi.

Amma Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən görüşlərdən sonra XİN-in reaksiyası həmişə olduğu kimi bu dəfə də standart, eyni məzmunlu, dəfələrlə təkrarlanmış bir bəyanat oldu: “Biz eyni bəyanatları 20 ildən çoxdur eşidirik və çox təəssüf ki, heç nə dəyişmir. Qarabağ probleminin müzakirə olunduğu bütün onilliklər ərzində hər dəfə Ermənistanda hakimiyyət dəyişikliyi olanda, yaxud danışıqlara cəlb olunmuş şəxslər dəyişildikdə, cəmiyyətimizdə ümid yaranır ki, bəlkə bu dəfə işğalçı ölkədə daha praqmatik, daha anlaqlı, doğrudan da, erməni xalqının mənafeyini güdən hakimiyyət olacaq və nəhayət ki, danışıqlar prosesi ölü nöqtədən tərpənəcək. Amma təəssüf ki, bu, indiyədək baş verməyib. Əksinə, bütün bu illər ərzində, hər dəfə Ermənistanda hər hansı dəyişiklik baş verdikdən sonra Dağlıq Qarabağ münaqişəsi ilə aparılan danışıqlarda vəziyyət bir qədər də mürəkkəbləşir. Yəni erməni tərəfi daha sərt ritorika ilə danışıqlara başlayır. Bunun müqabilində isə Azərbaycan xarici siyasət idarəsinin hər dəfə təkrarladığı bəyanatın mətni və məzmunu heç vaxt dəyişmir”.

Deputat bildirib ki, elə sonuncu bəyanat da növbətçi, təkrar bəyanatlardan biri idi: “Azərbaycan XİN-in bəyanatında ritorik sual qoyulur ki, Ermənistanın xarici işlər naziri utanmır. Əlbəttə, utanmır. Utanan adamın siyasətdə nə işi var? Siyasət utananlar üçün deyil. Bu məntiqlə belə çıxır ki, bizim xarici siyasət idarəmiz utanır. Biz bu ətalətdən və təkrarçılıqdan yaxa qurtarmayınca, bu danışıqların heç bir nəticəsi olmayacaq və Ermənistan da bu vəziyyətdən sui-istifadə edərək status-kvonu qorumağa çalışacaq. Ermənistan xarici siyasətinin bu həyasızlığı qarşısında Azərbaycan diplomatiyasının, XİN-in verdiyi reaksiyalardan çıxan qənaət budur: haqlı olduğumuz halda sanki haqsız kimi görünürük, hücum etmək əvəzinə sanki müdafiə olunuruq”,-deyə deputat vurğulayıb.

Millət vəkili xatırladıb ki, Prezident İlham Əliyev, müdafiə olunmaq taktikasından hücum taktikasına keçməli olduğumuzu dəfələrlə bəyan edib. Beynəlxalq məsələlərlə bağlı bütün çıxışlarında da dövlət başçısının həqiqətən daim hücum mövqeyində olduğunu görürük. BMT Baş Assambleyasının iclaslarında, Münhen Təhlükəsizlik konfranslarında, Davos İqtisadi Forumlarında, “Valday” Diskussiya Klubunda və onlarla digər mötəbər tribunalarda Prezident Ermənistanın təcavüzkar mövqeyini dəfələrlə ifşa edib, ölkəmizdə aparılan ardıcıl islahatlar haqqında ətraflı məlumatlar verib. Hər dəfə belə cıxışlardan sonra Azərbaycana münasibətdə müsbət dəyişikliklərin şahidi oluruq: “Xarici siyasət diplomatiyamızda isə adekvat canlanma hələki müşahidə olunmur. Dünyanın təxminən 80 ölkəsində səfirliklər, konsulluq və ya diplomatik missiyalar şəklində təmsilçiliyimiz var. Son 10 il ərzində həyata keçirilən islahatların mahiyyətinə, həcminə və nəticəsinə görə Azərbaycan dünyada lider ölkədir. Bunu danmaq mümkün deyil və hətta müxalifət düşərgəsində dayanan qüvvələrin də böyük əksəriyyəti bu reallığı etiraf edir və qəbul edir. Amma bir sıra beynəlxalq təşkilatlar, o cümlədən bir çox ölkələrin ictimai rəy yaradan siyasi dairələri hələ də ölkəmizə qarşı qarayaxma kampaniyasını davam etdirir. Bəs bu islahatların nəticələrini xarici ölkələrdə necə tanıdırıq və ya kifayət qədər tanıda bilirikmi? Əgər bu qədər uğurlardan sonra yenə də köhnə, çeynənmiş bəhanələrlə Azərbaycana təzyiqlər davam edirsə, deməli ki, daxili və xarici siyasətdəki uğurlarımızı beynəlxalq səviyyədə tanıda və qəbul etdirə bilməmişik”.

C.Feyziyev qeyd edib ki, bəzən ikili standartların mövcudluğundan lazım olduğundan çox danışırıq və hər şeyi onun ayağına yazmağa çalışırıq. Amma etiraf etməliyik ki, bu bizim diplomatik fəaliyyətimizdən də asılıdır: “Bayaq dediyim kimi, dünyanın çox böyük bir hissəsində diplomatlarımız çalışır. Amma onların faydalılıq əmsalını dəyərləndirən olubmu? Əlbəttə təcrübəli, vətənpərvər və fədakar diplomatlarımız da var və mən onların bəzilərini şəxsən tanıyıram. Amma bir çox hallarda diplomatik fəaliyyətlə məşğul olanlar bu sahədən uzaq, heç bir siyasi, intellektual hazırlığı olmayan və hətta tutduğu vəzifəyə görə heç bir məsuliyyət hiss etməyənlər də var. Ona görə də diplomatik fəaliyyətimiz bərbad haldadır. Ona görə də ermənilər bu dərəcədə həyasızlıq etməyə cürət edirlər”.

Bəs çıxış yolu nədədir?

Millət bu suala cavab verərkən vurğulayıb ki, çıxış yolu yalnız və yalnız islahatlardır: “Əslində bizim xarici siyasət fəaliyyətimizdə köklü islahatlara ehtiyac var. Xüsusilə kadr islahatlarına. Bizim Diplomatik Akademiyamız var, Prezident yanında İdarəçilik Akademiyamız var, xaricdə təhsil alıb qayıtmış minlərlə gəncimiz var. Onlar haradadır, onların diplomatik fəaliyyətdə iştirakı varmı? Əlbəttə yox. Çünki diplomatik fəaliyyətə qəbul prosesi şəffaf deyil, çox hallarda yerliçilik və regionçuluq prinsipləri əsasında işə qəbul olunurlar. Onların marağı isə xalqın və dövlətin marağı ilə eyni deyil. Onlara sadəcə dünyanın qabaqcıl ölkələrində yaşamaq maraqlıdır. İşlədikləri ölkədə hər hansı kiçik bir uğur qazanılarsa dərhal öz adlarına yazmağa hazırdırlar, uğursuzluq olanda isə səbəbini kimlərinsə üstünə atmağa çalışırlar. İşlədikləri ölkələrdə keçirdikləri tədbirlərin çoxu görüntü xarakterlidir, heç bir effekti yoxdur. Sıralarında olan çalışqan, vətənpərvər gənclər isə ədalətsiz yanaşma nəticəsində tamamilə demotivasiya olunublar. Çünki onlar da görürlər ki, diplomatik karyerada uğur qazanmaq üçün peşəkarlıq qabiliyyəti yox, başqa amillər əsas götürülür”.

Əvvəlki yazı

Tağı Əhmədov: “Üç milyonu Çovdarova halal edirəm”

Sonrakı yazı

“Ermənistanı məhv etməliyik” – Deputat

10 Sentyabr 2025, 18:53
Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

Emin Ağalarovun Moskvadakı restoranları bağlandı

10 Sentyabr 2025, 18:49
“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

“DeFacto” Azərbaycandakı mağazalarını bağlayır?

10 Sentyabr 2025, 17:58
Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

Fransada saxlanılanların sayı 300-ə çatır – Video – Yenilənib

10 Sentyabr 2025, 17:56
Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

Rusiyadakı səfirimiz hansı avtomobildən istifadə edir? – FOTO

10 Sentyabr 2025, 17:54
DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

DİQQƏT: Bu baş versə, metroda qiymətlər artacaq

10 Sentyabr 2025, 17:52
“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

“Vətəndaşın burada nə işi var?” – Aygün həmkarını pərt etdi-Video

10 Sentyabr 2025, 17:49
Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

Nərə balığı və kürü satan şəxslərlə bağlı REYD

10 Sentyabr 2025, 17:44
“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

“Qumar mafiyası”nın 20 milyonluq sərvəti – Evlər, obyektlər, lüks avtomobillər… – FOTO

10 Sentyabr 2025, 17:42
“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

“BakuBus” avtobuslarının yarışması ilə bağlı açıqlama – Video

10 Sentyabr 2025, 17:41
Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

Komaya düşən baş həkimin vəziyyəti açıqlandı

09 Sentyabr 2025, 13:51
“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu -VIDEO

09 Sentyabr 2025, 13:43
Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

Rusiyada polis azərbaycanlını vəhşicəsinə döydü – VİDEO

09 Sentyabr 2025, 13:34
Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

Sumqayıtda avtoxuliqanlıq edənlər həbs edildi

09 Sentyabr 2025, 13:32
Sevdadan yeni mahnı – FOTO- VİDEO

Sevdadan yeni mahnı – FOTO- VİDEO

09 Sentyabr 2025, 13:31
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

09 Sentyabr 2025, 13:30
Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı – QİYMƏT

09 Sentyabr 2025, 13:29
Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – Rəsmi açıqlama

09 Sentyabr 2025, 13:27
“Rezonans” klinikasında pasientin telefonu oğurlandı

“Rezonans” klinikasında pasientin telefonu oğurlandı

09 Sentyabr 2025, 13:24
Lənkəranda qonşular arasında dava olub, xəsarət alan var

Lənkəranda qonşular arasında dava olub, xəsarət alan var

09 Sentyabr 2025, 13:21

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.