11-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Deputat və professordan hökumətə tövsiyələr

02 İyul 2020, 14:59
Cəmiyyət
A A
Deputat və professordan hökumətə tövsiyələr

Bakıda koronavirus pandemiyası ilə bağlı qurulmuş postlar iyulun 2-dən yığışdırılıb. Daxili İşlər Nazirliyinin açıqlamasına görə, qapalı məkanlarda, ictimai nəqliyyatda tibbi maskanın taxılması, sosial məsafə gözlənilməsi kimi karantin qaydalarına əməl olunmasına nəzarət gücləndirilir. Bu məqsədlə polisin və Daxili Qoşunların əsgərlərinin sayı artırılıb. 

Tibb elmləri doktoru, professor Adil Qeybulla “azadliq.org”-a bildirib ki, bu tədbir pandemiyanın yayıldığı ilk dövrdə görülməli idi və o zaman çox effekt verərdi.

“Lap əvvəldən karantin tədbirlərinin görülməsi daha əhəmiyyətli olardı. İndi artıq infeksiyanın xeyli yayılması fonunda bu, o qədər də məntiqi görünmür”, – deyə A.Qeybulla söyləyib.

O deyir ki, rayonlarla paytaxt Bakı arasında “karantin xətti” olsa da, çox sayda vətəndaş bölgələrdə istirahət və əyləncə mərkəzlərindədir.

Professorun fikrincə, bu durumda hökumətin son addımı daha çox daldan atılan daşa bənzəyir: “Artıq böyük yoluxma potensialı var. Bundan sonra inanmıram ki, belə bir addım hansısa effekt verə bilər, xeyli insanlar infeksiyaya yoluxmuş durumdadır”.

A.Qeybullanın fikrincə, karantin tədbirlərini sərtləşdirməkdən daha çox, insanları maarifləndirmək yolu tutulmalıdır. Professorun sözlərinə görə, insanlar hər şeydən öncə karantin qaydalarına əməl etməyi vərdişə çevirməlidirlər.

Deputat Sabir Rüstəmxanlı da razılaşır ki, koronavirusla mübarizədə daha çox maarifçilik işi vacibdir və KİV-lərin, sosial medianın imkanlarından daha geniş istifadə olunmalıdır: “Əhali də öz məsuliyyətini artırmalıdır”. Deputat şəhər daxilində postların götürülməsini müsbət hal kimi dəyərləndirir: “Şəhər içindəki postlardakı yoxlamalar daha çox nəqliyyatın hərəkətini yubadırdı. Hamı da keçib gedir, saxlanılan olmur, amma vaxt itkisi əmələ gəlirdi”.

S.Rüstəmxanlı hesab edir ki, polisin və Daxili Qoşunların əsgərlərinin maska taxılması, sosial məsafə gözlənilməsi kimi karantin qaydalarının yerinə yetirilməsi ilə bağlı nəzarət aparması məqbuldur. 

“Amma düşünürəm ki, maarifləndirmə işi daha öndə olmalıdır, çünki cərimələrlə bu işi həll etmək mümkün görünmür. Cərimə olacaqsa belə, cərimə özü də bir maarifləndirmə rolu daşımalıdır, maliyyə itkisi ehtimalı insanları karantin qaydalarına riayət etməyə sövq etməlidir”, – deputat belə deyib .

Əvvəlki yazı

Bayram Nurlu karantin qaydalarını pozduğuna görə cəzalandırıldı

Sonrakı yazı

İstanbul-Bakı aviareysinə kimlərin buraxılacağı müəyyənləşdi

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

Leyla Əliyeva Deqatinin sərgisində – Fotolar

10 Fevral 2026, 13:33
AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

AXCP-nin rayon şöbəsinin sədri həbs edildi

09 Fevral 2026, 16:37
Bu məktəbə Elza İbrahimovanın adı verildi

Bu məktəbə Elza İbrahimovanın adı verildi

09 Fevral 2026, 16:30
Həm deputatdır, həm rektor… — Bu necə olur?

Həm deputatdır, həm rektor… — Bu necə olur?

09 Fevral 2026, 16:28
Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

Şikayətlər kütləviləşir — Məşhurlar şikayət dalğasına qoşulur

09 Fevral 2026, 16:26
Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib – FOTO

09 Fevral 2026, 13:19
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

09 Fevral 2026, 13:15
Sabah Bakıya qar yağacaq

Sabah Bakıya qar yağacaq

09 Fevral 2026, 13:09
Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.