05-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Deputat Salyan Xəstəxanasını ana ölümündə ittiham etdi: “Şöbədə əməlli “bazar”dır”

20 Fevral 2021, 12:40
Seçmə
A A
Deputat Salyan Xəstəxanasını ana ölümündə ittiham etdi: “Şöbədə əməlli “bazar”dır”

 

Milli Məclisin deputatı Jalə Əhmədova Salyan Rayon Mərkəzi Xəstəxanasında fevralın 5-də qeydə alınan ana ölümünə münasibətini açıqlayıb.

Reportyor.info xəbər verir ki, J.Əhmədova özünün sosial şəbəkə hesabında yazıb ki, Gülnarə Hümmətovanın doğuş zamanı ölməsindən sonra onun üç azyaşlı körpəsi anasız qalıb.

“Üç azyaşlı körpə bundan sonra anasız böyüyəcək, ana nəvazişindən, ana qayğısından, sevgisindən məhrum olacaq”, – deyə J.Əhmədova bildirib.

Millət vəkilinin sözlərinə görə, mərhumun valideynləri həkimlərin səhlənkarlığından şikayətlənir, qızlarının ölümündə həkimləri təqsirləndirirlər.

Deputat hesab edir ki, bu cür faciəvi ölümlərə səbəb həkimlərin səhlənkarlığından çox, onların qeyri-peşəkarlığıdır.

“Çünki qeysəriyyə əməliyyatı zamanı qan laxtalanmaya bilər və ya daxili qanaxma baş verə bilər. Peşəkar həkim xəstəni əməliyyata almamışdan öncə, onu yoxlamalı, baş verə biləcək hər şeyə hazır olmalıdır”, – deyən J.Əhmədova onu da əlavə edib ki, son zamanlar həkimlər nədənsə qeysəriyyə əməliyyatlarına daha çox üstünlük verirlər:

“Burada həm maddiyyat, hə də vaxt məfhumu böyük rol oynayır, desəm yanılmaram. Çünki qeysəriyyə əməliyyatı təxminən 30 dəqiqə, təbii doğuş isə saatlarla davam edə biləcək bir prosesdir. Qeysəriyyə əməliyyatına görə daha çox pul alan həkimlər həm də vaxt baxımından xəstəyə bu üsulu məsləhət görürlər”.

J.Əhmədova qeyd edib ki, Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğuş şöbəsində rüşvət almaq adi hala çevrilib, şöbədə əməlli “bazar”dır.

O, həkimlərin qeyri-peşəkarlığı ucbatından baş verən ana ölümlərinə görə cəza sisteminin işə salınmasının vacibliyini də vurğulayıb.

“Həkimlərin qeyri-peşəkarlığı səbəbindən baş verən ana ölümlərinə görə məsuliyyət daşımağın, cəzalandırılmağın vaxtı çatmayıbmı?! Nəyə görə 32 yaşlı Gülnarə Hümmətovanın ölümünə görə Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğuş şöbəsinin müdiri İradə Ağalarova və ya digər həkimlər məsuliyyət daşımamalıdır? Üç körpənin anasız qalmasına görə cəzasızlıq mümkündürmü?

Əlbəttə ki, yox! Biz demokratik, hüquqi dövlətdə yaşayırıq. Vətəndaşlarımızın hüquqlarını qoruyan prokurorluq, hüquq mühafizə orqanlarımız var. Və mən əminəm ki, Hümmətova Gülnarə Mahir qızının ölüm işi hərtərəfli və obyektiv şəkildə araşdırılacaq, baş vermiş hadisəyə qanunvericiliyə uyğun hüquqi qiymət veriləcək. Ən əsası isə günahkar şəxslər öz layiqli cəzalarını alacaqlar”, – deyə J.Əhmədova fikrini yekunlaşdırıb.

Qeyd edək ki, G.Hümmətova fevralın 5-də saat 21:40 radələrində hamiləliyin 39-40-cı həftəsində xəstəxananın doğuş şöbəsinə daxil olub və üzərində qeysəriyyə əməliyyatı aparılıb.

Körpə ana bətnindən götürülüb. Bundan iki gün sonra ana qanaxmadan həyatını itirib.

Xatırladaq ki, deputat J.Əhmədova 59 saylı Salyan Seçki Dairəsindən parlamentə deputat seçilib.

Əvvəlki yazı

İcra başçısı özünə köməkçi təyin etdi

Sonrakı yazı

Bakının hansı rayonlarında koronavirusa yoluxma daha yuxarıdır?

Sabah hava necə olacaq?

04 Fevral 2026, 16:08
Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

Ərinin videosuna görə ərizə yazmışdı – İşdən çıxarıldı

04 Fevral 2026, 16:07
Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb – YENİLƏNDİ

04 Fevral 2026, 16:06
Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

Bakıda atasını öldürməkdə şübhəli bilinən 15 yaşlı qız saxlanıldı

04 Fevral 2026, 16:02
Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

Kərimov qardaşlarının Rumıniya macəraları – Çoxsaylı mülklər necə əldə edilib?

04 Fevral 2026, 13:37
Qaz kəsiləcək

Qaz kəsiləcək

04 Fevral 2026, 13:34
“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

“Epşteyn sənədləri”ndə COVID-19-la bağlı – Şok məktub

04 Fevral 2026, 12:54
Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Bakıya qar yağacaq, yollar buz bağlayacaq

04 Fevral 2026, 12:52
Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

Prezident İlham Əliyevlə Paşinyan TRIPP-i müzakirə edib, ölkələr arasında etimad quruculuğu tədbirləri genişləndiriləcək

04 Fevral 2026, 12:51

Sabiq icra başçısının oğlu bu ölkədə 40 villa aldı

04 Fevral 2026, 12:49
Azərbaycanda güclü palçıq vulkanı püskürdü

Azərbaycanda güclü palçıq vulkanı püskürdü

03 Fevral 2026, 15:38
Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

Sumqayıtda almaları aparan məmura VƏZİFƏ VERİLDİ

03 Fevral 2026, 15:23
Bu xəstəxanada yenə qalmaqal — FOTO

Bu xəstəxanada yenə qalmaqal — FOTO

03 Fevral 2026, 14:19
Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

Vəfa Şərifova Yıldız Tilbeni məhkəməyə verir? — VİDEO

03 Fevral 2026, 14:17
Günel Gözəlova: “İşdən çıxarılmamışam”

Günel Gözəlova: “İşdən çıxarılmamışam”

03 Fevral 2026, 14:16
Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

Veysəl Rzayevin bıçaqlandığı hadisənin digər iştirakçısı da futbolçu imiş

03 Fevral 2026, 14:15
Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

Sabiq nazir yenidən 8 milyonluq borca düşüb

03 Fevral 2026, 12:51
DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

DİN əməliyyat keçirdi, narkoşəbəkə üzvləri həbs edildi (VİDEO)

03 Fevral 2026, 12:49
Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakıya qar yağacaq

03 Fevral 2026, 12:32
Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi üzrə şahidlər dindirildi

03 Fevral 2026, 11:34

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.