25-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Deputat Qüdrət Həsənquliyev:”PAŞİNYANIN QOVULMASI PROSESİNDƏ BİZ DƏ İŞTİRAK ETMƏLİYİK” – Müsahibə

23 May 2019, 10:57
Seçmə
A A
Deputat Qüdrət Həsənquliyev:”PAŞİNYANIN QOVULMASI PROSESİNDƏ BİZ DƏ İŞTİRAK ETMƏLİYİK” – Müsahibə

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyasının mətbuat xidmətinə müsahibə verib. Strateq.az həmin müsahibəni oxucularına təqdim edir:

 

– Qüdrət bəy, Ermənistanda baş verən hadisələri necə qiymətləndirirsiniz?

– Mən əvvəllər də söyləmişdim ki, Paşinyanın hakimiyyətə yolu Rusiya tərəfindən qərbyönümlü siyasəti iflasa uğratmaq üçün açıldı. Çünki Ermənistanda qərbyönümlü siyasət tərəfdarları xeyli artmışdı. Paşinyan isə çılğın və təcrübəsiz olduğu üçün həmin qüvvələrin lideri kimi işə çox yarayırdı. Rusiyada başa düşürdülər ki, xalq arasında nüfuzunu tam itirmiş baş nazir Sarkisyandan sonra yeni və etibarlı adamlarını hakimiyyətə gətirmək üçün qərbyönümlülər hakimiyyətə gəlib iflasa uğramalıdır. Paşinyan isə bu missiyanı uğurla həyata keçirəcək.

Ermənistan kimi ölkələrdə hakimiyyəti dəyişmək üçün iki faktor önəmlidir. Birincisi, güclü dövlətlərdən hər hansı biri həmin ölkədə hakimiyyətin dəyişməsində maraqlı olduğunu açıq nümayiş etdirir ki, xalq bundan ruhlansın. İkincisi, siyasi fəaliyyət üçün böyük məbləğdə pullar ortaya çıxarılır.

Ermənistanda Koçaryanın həbsindən sonra Rusiya açıq şəkildə öz narazılığını ifadə etdi. Pulu isə kənardan gətirməyə ehtiyac yox idi. Paşinyanın narazı salıb, tam siyasətdən uzaqlaşdıra bilmədiyi oliqarxların pulları kifayətdir.

Bundan başqa, Paşinyanın Qarabağ məsələsində sələflərindən daha sərt mövqe sərgiləməsi və hakimiyyətdə ola-ola xalqı dövlət hakimiyyətinin müstəqil qanadı olan, Koçaryanı azad etmiş məhkəmələrin fəaliyyyətini iflic etməyə çağırması onun nə qədər emosional və kal birisi olduğunu bir daha təsdiqlədi. Müasir dövlət qurmaq üçün şüurlu surətdə çətinliklərə hazır olmayan xalq isə inqilabdan dərhal sonra gözlədiyi möcüzənin baş vermədiyini anlayıb, Paşinyanın çağırışı ilə küçələrə axışmadı. Bu, Paşinyanı nə qədər məyus etdisə, onun rəqiblərini bir o qədər ruhlandırdı. Paşinyanın hakimiyyətdən qovulması zaman məsələsidir. Yaxşı olar ki, milli maraqlarımız naminə, biz bu prosesdə iştirak edək.

1993-cü ildə Azərbaycanda baş verən hakimiyyət dəyişikliyindən istifadə edən Ermənistan Qarabağ ətrafındakı beş rayonu heç kimə əhəmiyyət verməyərək, işğal etdi. İndi eyni cəsarəti biz nümayiş etdirib, ən azı, həmin rayonları azad etməliyik. Əlbəttə, bu məsələdə Rusiya ilə anlaşa bilsək, daha yaxşı olar.

– Qüdrət bəy, Milli Məclisin son iclasında Ziyafət Əsgərov Fazil Mustafanın müzakirə olunan məsələdən kənara çıxdığına görə əsəbiləşdi və həmin məsələ ilə əlaqədar çıxışa yazılmış deputatların çıxış üçün təkid edib-etmədiyini öyrənmədən, məsələni səsə qoydu. Bununla bağlı nə deyə bilərsiniz?

– Təəssüf ki, Milli Məclisin nüfuzuna xələl gətirən bu cür hadisələr baş verir. Bundan daha iyrənc hadisə isə dərhal sonra növbəti məsələnin müzakirəsi zamanı baş verdi. Çıxışa yazılan Siyavuş Novruzov dedi ki, deputatları narahat edən məsələlər barədə biz, Ziyafət Əsgərovun dediyi kimi, feysbukda yox, burda danışmalıyıq və xeyli də mövzudan kənar danışdı. Ziyafət Əsgərov isə nəinki onun çıxışını kəsə bilmədi, əksinə, onun çıxışından sonra ona dəstək məqsədilə bir xeyli özü də mövzudan kənar danışdı.

Düşünürəm, bu kimi məsələlər iqtidar partiyasının diqqətindən kənarda qalmamalı, müvafiq iradlar bildirilməli, Milli Məclisin gözdən salınmasına imkan verilməməlidir.

Əvvəlki yazı

Məcburi köçkünün dərdinə şərik çıxan yoxdur: ”R.Rzayev isə vədinə əməl etmir”

Sonrakı yazı

Yanvardan sonra xalqı iqtidara qarşı qaldıran ilk məmur – Yasamal çalxalanır…

23 İyul 2025, 13:04
Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

Azərbaycanda 100 minə yaxın sənədsiz evin amnistiyasına start verilir

23 İyul 2025, 13:00
DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

DİN əməliyyat keçirdi – İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanıldı – VİDEO

23 İyul 2025, 12:55
Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edildi

23 İyul 2025, 12:54
Sabah Bakıda 38° isti olacaq

Sabah Bakıda 38° isti olacaq

23 İyul 2025, 12:52
Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

23 İyul 2025, 12:48
ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.