08-02-2026
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Deputat: “Qoy erməni jurnalistlər Azərbaycandakı inkişafı görsünlər”

18 Noyabr 2019, 15:50
Seçmə
A A
Deputat: “Qoy erməni jurnalistlər Azərbaycandakı inkişafı görsünlər”

“Erməni jurnalistlərin Azərbaycana, azərbaycanlı jurnalistlərin isə Ermənistana səfərinin təşkil edilməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı əsas faktor olmasa da, müəyyən yardımçı funksiyanı həyata keçirə bilər. Buna “xalq diplomatiyası” deyirlər. Hər kəsə bəllidir ki, bu münaqişəni Ermənistan və Azərbaycan həll etməlidir”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov qeyd edib ki, bu prosesə dinamika vermək, ölkə daxili ictimai fikri formalaşdırmaq üçün mətbuatın böyük imkanları var: “Mətbuat sözün həqiqi mənasında, IV hakimiyyət rolunu oynayır. Belə olan halda, erməni jurnalistlər Azərbaycana səfər etdikdə ölkəmizdəki inkişafı, sabitliyi, təhlükəsizlik mühitini öz gözləri ilə görəcəklər. Onlar dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı ilə tanış olacaqlar. Burada insanlar dinc, təhlükəsiz şəraitdə yaşayırlar. Erməni jurnalistlər əmin olacaqlar ki, ermənilər Azərbaycanın torpaqlarının bir hissəsini işğal etməklə ölkənin zəiflədilməsinə, geri düşməsinə nail ola bilməyiblər. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf yolunu seçib, bu istiqamətdə siyasət davam etdirilir. Erməni jurnalistlər ölkədə bir çox sahələr üzrə islahatların aparıldığının şahidi olacaq. Onlar bunu mətbuatdan oxuyurlar, amma Bakıda olanda öz gözləri ilə görəcəklər, geri döndükdən sonra fərqli ampulada təqdim etmək niyyətləri olsa da belə, bir çox hallarda gördükləri həqiqətləri çatdırmaq məcburiyyətində qalacaqlar. Eyni zamanda, azərbaycanlı jurnalistlər də Ermənistana gedib, oradakı prosesləri izləmək şansı əldə edəcəklər. Ermənistanın işğal siyasəti onlara heç bir zaman fayda verməyib. Hazırda Ermənistan dünyanın ən kasıb ölkələrindən biridir, heç bir investisiya cəlbedicilik əmsalı yoxdur. Orada sözün həqiqi mənasında, heç bir islahatdan söhbət gedə bilməz, ölkədə iqtisadi durum acınacaqlıdır. Bütün bunları azərbaycanlı jurnalistlər öz gözləri ilə görəcəklər və geri döndükdən sonra geniş şəkildə işıqlandıracaqlar. Qoy ermənilər və azərbaycanlılar jurnalistlərin gözü ilə həqiqətləri görsünlər. Görsünlər ki, işğal siyasəti Ermənistana necə zərbə endirib… Ermənistan işğal siyasətinə son qoyarsa, böyük qlobal layihələrdə iştirakına baxıla bilər”.

Deputat vurğulayıb ki, belə səfərlərin olmasının müsbət tərəfləri kifayət qədərdir: “Ermənistan xalqı əmin olmalıdır ki, Azərbaycan xalqı sülhpərvərdir. Əvvəllər də “xalq diplomatiyası” istiqamətində addımlar atılırdı. Amma Ermənistanın sabiq prezidenti Serj Sarkisyan bunun qarşısını aldı. O, bunu niyə etdi? Çünki Azərbaycana gələn ziyalılar Ermənistana qayıtdıqdan sonra tamamilə fərqli fikirlər söylədilər. Onlar bildirmişdilər ki, Azərbaycan xalqının bir istəyi var: İşğala son qoyulsun, xalqlar dinc şəraitdə yaşasın. Təmaslar Ermənistanın o vaxtkı hakimiyyətinin maraqlarına zidd idi”.

Əvvəlki yazı

“Türkiye” qəzeti: Mehriban Əliyeva ilə dəyişiklik rüzgarı

Sonrakı yazı

“Beynimi 100 milyona sığortalandıracam” – Telli

Bakıda qadın kafedə oğlanı döydü

Bakıda qadın kafedə oğlanı döydü

06 Fevral 2026, 13:42
Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

Mikayıl Müşfiq və Cəfər Cabbarlının ev muzeyləri təmir olunacaq – Rəsmi

06 Fevral 2026, 13:37
“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

“Çalışıram ki, gənclərlə ayaqlaşım ” – 88 yaşlı Xalq artisti

06 Fevral 2026, 13:36
Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

Psixoloq “İdrak”dakı hadisədən danışdı: “Bu, ailə, media, sosial mühit və nəzarətsizlik faktorlarının birgə təsirinin nəticəsidir”

06 Fevral 2026, 13:35
“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

“İdrak” liseyinin “əl yandıran” qiymətləri – Tam təhsil üçün 165 min tələb olunur

06 Fevral 2026, 13:19
Moskvada generala sui-qəsd edildi

Moskvada generala sui-qəsd edildi

06 Fevral 2026, 13:17
Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

Rüşvətə görə mühakimə olunan bələdiyyə sədri niyə azadlıqda qalmışdı?

06 Fevral 2026, 13:14
Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev İranın müdafiə nazirini qəbul edib

06 Fevral 2026, 13:12
Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

06 Fevral 2026, 13:11
“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

“İdrak” Liseyinin təsisçisi kimdir? — DOSYE

06 Fevral 2026, 13:09
Sabahın havası

Sabahın havası

06 Fevral 2026, 13:08
Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

Azərbaycanda pişikdən uşağa xəstəlik keçdi — VİDEO

06 Fevral 2026, 13:07
Trampa qızıl heykəl qoyulacaq — FOTO

Trampa qızıl heykəl qoyulacaq — FOTO

06 Fevral 2026, 13:05
Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Polis şagirdlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

06 Fevral 2026, 13:04
Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

Müəllimi güllənənən liseyin direktorundan AÇIQLAMA

06 Fevral 2026, 13:03
Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

Xəstəxana direktorlarını və icra başçısının müavinini şantaj edən “reket jurnalist”lə bağlı QƏRAR

06 Fevral 2026, 13:00
Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

Bakıda şagirdi tərəfindən güllələnən müəllimənin kimliyi bilindi

06 Fevral 2026, 12:56
Sumqayıt bulvarında ağır qəza – Video

Sumqayıt bulvarında ağır qəza – Video

05 Fevral 2026, 17:13
Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşağın FOTOSU

05 Fevral 2026, 17:12
Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

Prezident: Türkiyənin bərpa səylərinə Azərbaycanın dəstəyi dostluq münasibətlərimizin əyani ifadəsidir

05 Fevral 2026, 17:11

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.