22-08-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Deputat qonşusunu məhkəməyə verdi – Mülk qalmaqalı / VIDEO

27 Fevral 2018, 09:55
Manşet
A A
Deputat qonşusunu məhkəməyə verdi – Mülk qalmaqalı / VIDEO
Deputat Hacı Salayev qonşusu, keçmiş müstəntiq Nazım Bağırovu məhkəməyə verərək, “şərəf və ləyaqətinə, həmçinin işgüzar nüfuzuna zərbə vurduğuna görə” 15 min manat cərimələnməsini tələb edir. Deputatın iddiasına Nərimanov Rayon Məhkəməsində hakim Abbas Əliyevin sədrliyi ilə baxılır. Bu gün növbəti məhkəmə prosesi baş tutub.
H.Salayev öz qonşusunu “AzPolitika.info” saytının 04.11.2017-ci il tarixli buraxılışında yayımlanmış “Müstəntiqlə deputatın məhkəmədə bitən qonşuluğu – Kim haqlıdır” sərlövhəli reportaja görə məhkəməyə verib. Həmin reportaj keçmiş müstəntiq N.Bağırovun sayta müraciəti əsasında Bakının Şağan qəsəbəsində hazırlanıb. Keçmiş prokurorluq əməkdaşı bildirib ki, deputat Hacı Salayev Şağan qəsəbəsinin R.Məmmədbəyov küçəsində yerləşən imarətinin ərazisini genişləndirmək üçün bir çox qonşular kimi, onun da həyətini almaq istəyib. Lakin o, öz evini satmaq istəməyəndə deputat müxtəlif dövlət orqanlarının, ən sonda isə məhkəmənin vasitəsilə ona təzyiq etməyə başlayıb.
“1997-ci ildə 2 mərtəbəyə icazəm olsa da, imkanım olmadığından o zaman birmərtəbəli ev tikdim. Bu ilin yayında İcra Hakimiyyətindən müvafiq sənədləri alaraq, evin 2-ci mərtəbəsini tikməyə başladım. Elə bu zaman da deputat Hacı Salayevin müdaxiləsi ilə qarşılaşdım. Belə ki, 2008-ci ildə Şağan qəsəbəsinə köçən Hacı Salayev həyətinin ərazisini genişləndirməyə başladı. Bu məqsədlə də qonşuların ərazilərini almağa xeyli pul xərclədi. Hətta bir qonşunun həyətini almaq üçün ona 2 mərtəbəli ev tikib verdi. Bu yolla təxminən 1 hektara yaxın ərazini öz həyətinə birləşdirdi” – N.Bağırov bildirib. Onun sözlərinə görə, deputat onun da həyətini almaq üçün çoxsaylı təkliflər verib. Ancaq o, qəbul etməyib: “2010-cu ildən keçən 7 il ərzində Hacı Salayev dəfələrlə bu istiqamətdə təkliflər verdi. Hətta konkret məbləğlər də təklif etdi. Lakin mən imtina etdim”.
Şikayətçi daha sonra qeyd etmişdi ki, yay aylarında (2017) evinin 2-ci mərtəbəsini tikməyə başlayıb. Ancaq Hacı Salayev buna imkan verməyib: “Hacı Salayev Xəzər Rayon Məhkəməsinə müraciət edərək, mənim evimin tikintisi zamanı guya təhlükəsizlik qaydalarına əməl etmədiyimi, onun evinə də təhlükə yaratdığımı iddia edib. Və evin tikintisinin dayandırılması barədə qərar çıxarılmasını istəyib. Hakim Tərlan Əkbərov əlində heç bir ekspertiza rəyi, İcra Hakimiyyətinin mövqeyi olmadan iddianı təmin edib və tikintinin dayandırılması barədə qərardad çıxarıb. Həm də mənim iştirakım olmadan”.
Keçmiş müstəntiq məhkəmənin qərarının tamamilə qanunsuz olduğunu bildirmiş, deputatı özbaşınalıqda, qanunla qadağan olunmasına baxmayaraq, biznes fəaliyyəti göstərməkdə ittiiham etmişdi: “Necə olur ki, bəzi deputatlar maaşlarının gündəlik ehtiyaclarını ödəməyə yetmədiyini bildirdiyi halda, deputat H.Salayevin Şağan qəsəbəsində 1 hektara qədər torpaq sahəsi, Şüvəlan qəsəbəsində 4 hektar və Zirə qəsəbəsində 60 hektar torpaq sahəsi var? Belə böyük pullara malik olması da onun bizneslə məşğul olduğunu göstərir”.
Qonşusunun bu ittihamlarına saytın əməkdaşı H.Salayevin də mövqeyini öyrənmişdi. O, bildirmişdi ki, bizneslə deputatlıqdan əvvəl məşğul olub, qonşusu N.Bağırov isə öz evini əvvəl 150 min manata ona satmağa razılaşsa da, daha sonra 150 min dollar tələb etməyə başlayıb. Buna görə də sövdə baş tutmayıb. H.Salayev həmçinin israr etmişdi ki, N.Bağırov evinin 2-ci mərtəbəsini tikinti normalarına zidd olaraq inşa etmək istəyir.
Sözügedən yazıda “AzPolitika” tərəflərin mövqeyini heç bir şərh vermədən təqdim etsə də, deputat saytı da məhkəməyə verib, ona böhtan atıldığını iddia edərək, üzrxahlıq və təkzib tələb edib. Halbuki, reportajda deputatın mövqeyi daha geniş formada təqdim olunub.
Qeyd edək ki, N.Bağırov da öz növbəsində deputata qarşı Yasamal Rayon Məhkəməsində qarşılıqlı iddia qaldırıb. İddia ərizəsi icraata qəbul olunub və yaxın günlərdə məhkəmə prosesi başlayacaq.
Onu da qeyd edək ki, bugünkü iclasda hakim A.Əliyev tərəflərə barışıq təklif edib. N.Bağırov barışığa hazır olduğunu bildirsə də, qarşı tərəfin vəkili Muxtar Mustafayev deputatın adından barışıqdan imtina edib. Hakim, martın 12-nə təyin etdiyi növbəti iclasda qərarını elan edəcəyini bildirib.
Əvvəlki yazı

DSX Astarada əməliyyat keçirdi: xeyli miqdarda qaçaqmal narkotik ələ keçirildi – FOTOLAR

Sonrakı yazı

“YAP-ın namizədinin nəinki ölkə daxilində, xaricdə belə alternativi yoxdur”

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

Bir vəkilin fəaliyyətinə xitam verilib – Altısına xəbərdarlıq

20 Avqust 2025, 14:48
“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

“Dalga Beach”dən açıqlama! – “Fəaliyyətsiz məkandan maaş tələb etmək əsasızdır!”

20 Avqust 2025, 14:41
İlham Əliyev xanımı ilə Gəncəyə getdi

İlham Əliyev xanımı ilə Gəncəyə getdi

20 Avqust 2025, 14:29
Roza Cəlilova qızını polisə verdi – Video

Roza Cəlilova qızını polisə verdi – Video

20 Avqust 2025, 12:33
“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

“Palsüd” vətəndaşa olan 49 min manat borcunu niyə ödəmir?

20 Avqust 2025, 12:30
Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

Bakıda 60 yaşlı kişi qətlə yetirilib, bacısı oğlu saxlanılıb

20 Avqust 2025, 11:52
“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

“Titanik”in qalıqlarını görmək üçün 10 milyon ödəyəcək

20 Avqust 2025, 11:51
TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

TEKNOFEST “Mavi Vətən”ə qeydiyyat başladı

20 Avqust 2025, 11:49
“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

“Çudo Peçka”nın bərpa olunacağı barədə xəbər təsdiqləndi

20 Avqust 2025, 11:38
“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər – VİDEO

“Dalga Beach”in işçiləri 5 aydır maaşlarını ala bilmirlər – VİDEO

20 Avqust 2025, 11:32
Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş etdi

Düşənbəyə uçan təyyarə Bakıda məcburi eniş etdi

20 Avqust 2025, 11:30
FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

FHN yanğın təhlükəli sexlərin fəaliyyətini dayandırdı

19 Avqust 2025, 11:44
Pezeşkian Göy məsciddə namaz qıldı

Pezeşkian Göy məsciddə namaz qıldı

19 Avqust 2025, 11:43
Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı — TƏFƏRRÜAT

19 Avqust 2025, 11:41
“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

“Sizin həmin turistlərdən fərqiniz nədir?” — VİDEO/FOTO

19 Avqust 2025, 11:39
Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

Azərbaycanda rayonlararası marşrutlar üzrə qatarların qrafiki dəyişdi

19 Avqust 2025, 11:37
Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

Xocavənddə yanğına səbəb olan şəxslər saxlanıldı

19 Avqust 2025, 11:35
Paşinyan Pezeşkianla görüşdü

Paşinyan Pezeşkianla görüşdü

19 Avqust 2025, 11:33
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 228 minlik tenderi ləğv olundu

19 Avqust 2025, 11:32
Evində yıxılıb öldü

Evində yıxılıb öldü

19 Avqust 2025, 11:30

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Digər
    • Maqazin
    • Kriminal
    • Mədəniyyət
    • Sağlamlıq
    • Şikayət
    • Təbib

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.