22-07-2025
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
Reportyor.İnfo
Advertisement
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin
Nəticə yoxdur
Bütün nəticələrə bax
Reportyor.İnfo
Nəticə yoxdur
Bütün nəticələrə bax

Deputat: “Parlamentin gəncləşməsi qaçılmazdır”

21 Avqust 2019, 12:15
Siyasət, Seçmə
A A
Deputat: “Parlamentin gəncləşməsi qaçılmazdır”

Gələn ilin payızında keçiriləcək parlament seçkiləri ilə əlaqədar indidən bəzi iddialar yayılmağa başlayıb.

Belə iddialar var ki, yaşlı deputatlar bu dəfə qanunverici orqana düşə bilməyəcəklər. Xüsusilə 70-80 yaşdan yuxarı olanlara bunun daha çox şamil olunacağı bildirilir. Hətta bu sırada bəzi Milli Məclis üzvlərinin adları da çəkilir. Qaynar.info bununla bağlı siyahı təqdim edib.

Parlamentin ən qocaman deputatı Zeynəb Xanlarovanın (83), eləcə də Ağacan Abıyevin (82 yaş) və  Yaqub Mahmudovun (80) adı ən öndə xatırlanır.

Eyni zamanda  2020-ci ildə indiki deputatlardan Elxan Süleymanovun 80, Arif Rəhimzadənin 79, Xanhüseyn Kazımlının 78, Eldar İbrahimovun, Rafiq Məmmədhəsənovun və Hüseynbala Mirələmovun 75, Valeh Ələsgərov, Mixail Zabelin və Əliağa Hüseynovun 74, Vahid Əhmədov, Madər Musayev, Əhliman Əmiraslanov, Fəzail Ağamalı, Flora Qasımova və Hadi Rəcəblinin 73, Tahir Süleymanov və Yevda Abramovun 72, Mahir Aslanov və İsa Həbibbəylinin 71, Şəmsəddin Hacıyev, Mirkazım Kazımov, Tahir Rzayev və Elman Məmmədovun isə 70 yaşları olacaq.

Adları çəkilən bu şəxslərdən hətta Z.Xanlarova, E.Süleymanov, A.Abıyev, R.Məmmədhəsənov və Ə.Hüseynovun, ümumiyyətlə, növbəti parlament seçkilərində öz namizədliklərini irəli sürməyəcəyi gözlənilir.

Bizneslə məşğul olan deputatlar üçün bu dəfə daha sərt addımların atılacağı qeyd olunur. Onlardan Əsabil Qasımovun, Rüstəm Xəlilovun və Xanlar Fətiyevin gələn ilin payızından etibarən bir daha Milli Məclisdə oturmayacağı deyilir.

Adları çəkilən deputatlardan bəzilərinin fikirlərini aldıq.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Yeni Müsavat”da səslənən iddialara bu cür aydınlıq gətirdi: “Hesab edirəm ki, bu təhlil, verilmiş olan siyahı, sadəcə olaraq, redaksiyanın özünün yanaşması, subyektiv mövqeyidir. Bu cür variantlar hər parlament seçkiləri ərəfəsində mətbuata çıxır, müxtəlif xarakterli yanaşmalar olur, təhlillər aparılır. O təhlillərin demək olar ki, 80-90%-i seçkilərdə və onun nəticələrində özünü doğrultmur. İndi qarşıdan gələn parlament seçkiləri var. Təbii ki, hər bir insanın özünün potensialı, potensialının tükənmək zamanı var. Bu da təbii olan haldır. Burada da qeyri-adi heç nə axtarmaq lazım deyil. İnsanlar bir qayda olaraq, 80 yaşdan sonra ahıllaşır, fiziki və potensial imkanları 50-60 və ya 70-dəki kimi olmur. Bizim hamımız belə olacağıq. Şükürlər olsun ki, həmkarlarımız 80-ə qədər gəliblər və ya bu yaşı ötüblər. Yaş əsas deyil. Əsas olan insanın potensialı və onun reallaşma imkanlarıdır.

Əgər potensial fiziki və psixoloji cəhətdən tükənirsə, məncə, hər bir kəs bu baxımdan özünə dəyər verməli və hörmətlə vermiş olduğu dəyərlə o proseslərdə iştirak edib-etməməyi ortalığa qoymalıdır. Yəni mən parlamentə seçilim, gəlim orada oturum, hərdən bir kəlmə danışım, bu da olmur. Bu təkcə yaş məsələsi deyil. Qarşıdan gələn parlament seçkilərində siyahıda göstərilənlərdən kimin iştirak edib-etməməsi hörmətli həmkarlarımın şəxsi seçimidir. Bu, mətbuatda gedən təhlillərlə seçilmir, yaxud başqa formada öz həllini tapmır. Qarşıdan gələn parlament seçkilərində yaş həddi yuxarı olanlar özlərində güc tapsalar, fiziki və intellektual, psixoloji imkanları olsalar, nədən onlar iştirak etməsinlər? O insanlar ki, potensialı fiziki, psixoloji və intellektual cəhətdən tükənib, onlar artıq parlament seçkilərində iştirak etməli deyillər. Şəxsən mənə gəldikdə, seçkilərə bir il var. Hazırda özümü gümrah hiss edirəm. Qarşıdan gələn seçkilərdə iştirak etmək niyyətindəyəm. Başqaları özləri haqqında qərarları özləri də verməlidir. Hər kəsin öz taleyini, yolunu seçmək hüququ var.

Qaldı yaş məsələsinə, baxın, beşinci çağırışa seçilən gənclərdən neçəsi özünü təsdiq edə bilməyib? Bizim həmkarlar keçən 4 il ərzində ən ciddi məsələlərdə, istər parlament daxilində, istərsə də parlamentdən kənarda, fikirlərini ifadə etdilər, millət vəkili kimi cəmiyyətə özlərini təqdim etdilər. Mənə elə gəlir ki, artıq onlar özlərini intellektual səviyyəsi, vətəndaşlıq, dövlətçilik mövqeyi ilə seçilən deputatlarımız oldu. Ona görə də, məncə, millət vəkilinin yaşa görə təsnifatının aparılması doğru deyil. Hər şey onun intellekti, xüsusi olaraq, dövlətçiliyə birmənalı şəkildə mövqeyi, prinsipallığı, xalqımıza konstitusiyanın vermiş  olduğu tələblər səviyyəsində xidmət etməyi özünə şərəf bilməsidir. Bu və ya bunabənzər keyfiyyətləri özündə ifadə edən vətəndaşlarımız parlament seçkilərində iştirak edib qalib gəlməli, dövlətçiliyə xidmət göstərməlidirlər. Burada yaş fərqli önəmli olmamalıdır. Önəmli olan dediyim keyfiyyətləri özündə daşıyan soydaşlarımızın parlamentdə təmsil olunmasıdır”.

Elman Məmmədov isə parlamentin tərkibinin bu dəfə dəyişəcəyinin labüd olduğunu düşünür: “Hələ 2020-ci il seçkilərinə bir ildən çox var. Bəri başdan nəsə demək, proqnoz vermək mənə elə gəlir ki, tələskənlik olar. Bu məsələnin bir tərəfidir. Digər tərəfdən, ölkəmizdə çox ciddi kadr islahatları, yenilənmə, gəncləşmə gedir. Bütün sahələrdə olduğu kimi, Milli Məclisin tərkibində də dəyişikliklər hər zaman öz əksini tapır.

Bunun son bir neçə seçkilərdə şahidi olmuşuq. Qarşıdan gələn seçkilərdə də təbii ki, yenilənmə olacaq. Bu baxımdan Milli Məclisin tərkibində yenilənmələrin olacağı labüddür.  Parlament seçkilərində yaş məhdudiyyəti yoxdur. Ancaq tərkibdə yenilənmə, gəncləşmə olması qaçılmazdır”.

Əvvəlki yazı

İbrahimbəyovun kino ittifaqı ətrafında qalmaqal – Açıqlama

Sonrakı yazı

Tovuz RİH ətrafında ağac qətliamı – Fotolar

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

ABŞ UNESCO-dan çıxmaq barədə qərar qəbul edib

22 İyul 2025, 17:07
Dövlət başçısından FƏRMAN

Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb

22 İyul 2025, 17:06
Dövlət başçısından FƏRMAN

Dövlət başçısından FƏRMAN

22 İyul 2025, 17:05
Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

Özəl klinikada qanunsuzluq – Blogeri əməliyyat otağına saldılar – VİDEO

22 İyul 2025, 17:03
Prezident Trampa təşəkkür etdi

Prezident Trampa təşəkkür etdi

22 İyul 2025, 16:03
Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

Ülvi Mehdiyevin direktor əmisi işdən çıxarıldı

22 İyul 2025, 16:01
34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

34 yaşlı qadın borc verdiyi kişini küçədə döydü

22 İyul 2025, 15:52
Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

22 İyul 2025, 15:49
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

22 İyul 2025, 15:47
“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

“Tərəqqi” medalına layiq görüldüyüm üçün çox xoşbəxtəm

22 İyul 2025, 15:37
Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

Pərvin Abışova: İcraçı məhkəmə qərarını icra etməyə imkan vermir

22 İyul 2025, 15:31
Azərbaycan mətbuatı – 150 yaşında!

Azərbaycan mətbuatı – 150 yaşında!

22 İyul 2025, 15:26
ABŞ UNESCO-dan çıxır

ABŞ UNESCO-dan çıxır

22 İyul 2025, 15:22
DTX “Abu Malik” kod adlı şəxsi saxladı

DTX “Abu Malik” kod adlı şəxsi saxladı

21 İyul 2025, 14:41
Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

Bakıda susuzluq fəlakəti – Zaur Mikayılov əhaliyə yenə zülm edir

21 İyul 2025, 14:36
Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

Milli Mətbuatın 150 illiyi münasibətilə – “CineMastercard”dan hədiyyə!

21 İyul 2025, 14:30
Aeroport yolundakı qəzadan görüntülər – Video

Aeroport yolundakı qəzadan görüntülər – Video

21 İyul 2025, 14:16
Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

Yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyəti fərqlidir? – AÇIQLAMA

21 İyul 2025, 13:57
Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

Bakıdakı məşhur hotel niyə sökülür? — Rəsmi CAVAB (VİDEO)

21 İyul 2025, 13:51
Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

Bilal Əliyevi bu dəfə Almaniyada dincələrkən “ÖLDÜRDÜLƏR”

21 İyul 2025, 13:47

Reportyor.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün nəticələrə bax
  • Gündəm
  • Siyasət
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Seçmə
  • Sosial
  • Maraqlı
  • İdman
  • Özəl
  • Köşə
  • Araşdırma
  • Maqazin

REPORTYOR © 2023 - Bütün hüquqları qorunur.